Günümüzün ziyalı xanımı: Nurlana Əliyeva

 

 

Tarixdə özünə qəhrəmanlıq səhifəsi yazmış Azərbaycan qadınlarının əksi bu günümüzə də təcəssüm edilmişdir. Qadınlıq ilahi qüvvə, ulu varlıq, alilik, adilik, yaradan, yaşadan, qoruyan varlıqdır. Qadın eyni zamandabəşərə zinnət, insanlığa şöhrətdir, ucalıq, ülvilik timsalıdır. Gözlərə işıq, qəlblərə yaraşıqdır.

 

Bu gün Azərbaycan cəmiyyətində çoxluq qadınlarımızın tərəfindədir. Bildiyiniz kimi, say tərkibinə görə, əhalimizin 51%-ni qadınlar təşkil edir. Ona görə , xanımlarımızın bütün sahələrdə fəal olmaları da təbii labüddür. Ölkəmizin gələcəyi ilə bağlı olan bütün sahələrdə qadınların böyük üstünlüklə təmsilçilik hüququ əldə etməsi təqdirəlayiq bir haldır. Bu isə, cəmiyyətin daha ədalətli sivil dəyərlərlə əhatə olunmasında öz töhfəsini vermiş olur. Çünki qadın, hər şeydən əvvəl ana, bir ocağın qoruyucusu, adət-ənənənin daşıyıcıdır. Dünyanın qloballaşdığı mədəniyyətlərin bir-birinə inteqrasiya etdiyi zamanda, Azərbaycan mentalitetinin əsas qoruyucusu, təbii ki, qadınlarımızdır.

 

Bu gün - hal-hazırki dövrümüzdə, siyasətdə, maarifçilikdə, elmdə bir çox sahələrdə özünəməxsus layiqli yer tutan ziyalı, öncül qadınlarımız çoxdur. Onlar bu dövlət, xalq yolunda sıravi əsgərə çevrilib vətənimizə layiqincə xidmət etməkdədirlər. Belə əzmli Azərbaycan ziyalı qadınlarımızdan biri öz ocağının odunu qoruyub, o oddan elm, təhsil müəssisəsinə işıq tutan xoşməramlı insan Bakı Slavyan Universitetinin (BSU) rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor Nurlana xanım Əliyevadır. O, bu günün maarifçi qadını olmaqla, alqışalayiq missiya sahibidir. Azərbaycan gəncinin maariflənməsində, gələcəyə işıq tutan bir vətəndaş kimi yetişdirilməsində onun komandasının əməyi qədərsiz, cəfası sayagəlməzdir.

 

Nurlana Əliyeva bir Azərbaycan ziyalı qadını kimi öz zərif çiyninə bir neçə şərəfli vəzifəni götürmüş ləyaqətlə bu öhdəçilikləri yerinə yetirməkdədir. Bu günlərdə maarifpərvər xanım Nurlana Əliyevanın doğum günü tamam oldu. Biz öz adımızdan, eyni zamanda Azərbaycan qadınları adından bu əlamətdar gün münasibəti ilə təbrik edir, ona yaradıcılığının bütün sahələrində nailiyyətlər arzulayırıq. Sizin uğurunuz Azərbaycan qadınının uğurudur, Nurlana xanım. Uğurlarınız bol olsun!

 

Qısa arayış: Əliyeva Nurlana Müzəffər qızı 1946-cı il avqustun 28-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1964-cü ildə Gəncə şəhər C.Cabbarlı adına 6 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1969-cu ildə universiteti uğurla bitirərək filoloq, dilçi, Azərbaycan dili ədəbiyyat müəllimi ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1970-ci ildən başlayaraq Bakı şəhəri Nəsimi rayon pionerlər evində metodist, 1975–1979-cu illərdə 134 saylı orta məktəbdə Azərbaycan dili ədəbiyyat müəllimi, 1979–1990-ci illərdə Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili ədəbiyyat müəllimi işləmiş, həmçinin bu illər ərzində bir çox ictimai işlərə cəlb olunmuşdur. 1988-ci ildəAzərbaycan bədii nəsrində müasir kənd (S.Əhmədov, Ə.Əylisli, İ.Məlikzadə, S.Azərinin yaradıcılıq materialları əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin edilmişdir. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının, 1998-ci ildən YAP Siyasi Şurasının üzvüdür.

 

1998-ci 2008-ci illərdə keçirilən Azərbaycan Qadınlar Qurultayının Azərbaycan Müəllimlər Qurultayının nümayəndəsi seçilmiş bu qurultaylarda məruzə ilə çıxış etmişdir. 1998-ci 2003-cü illərdə keçirilən prezident seçkilərində qeydə alınmış namizəd Heydər Əlirza oğlu Əliyevin vəkili qismində fəaliyyət göstərmişdir.

 

1999-cu, 2001-ci 2005-ci illərdə YAP Qurultaylarının nümayəndəsi seçilmiş, YAP-ın II qurultayında məruzə ilə çıxış etmişdir. 2000-2005-ci illərdəƏsir düşən, girov götürülən vətəndaşlarla üzrə Dövlət Komissiyasınınüzvü olmuşdur. 2004-cü ildə “60-80-ci illər Azərbaycan nəsrində qəhrəman üslub axtarışlarımövzusunda doktorluq dissertasiyası müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı iləƏməkdar müəllimfəxri adı ilə təltif olunmuşdur. Elə həmin ildən Rusiya Federasiyasının Psixologiya Pedaqogika Akademiyasının müxbir üzvü seçilmişdir. 2006-2012-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində elmlər doktoru müdafiə şurasının üzvü olmuşdur. 2007-ci ildə YAP Yasamal rayon təşkilatı sədrinin müavini, rayon YAP Qadınlar Şurasının sədri seçilmişdir. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Şöhrət ordeni» ilə təltif olunmuşdur. 2009-cu ildə YAP Respublika Qadınlar Şurasının sədri seçilmişdir. Elə həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Professor» diplomunu almışdır. 2009-cu ildənZəriflikelmi-publisistik, ictimai-siyasi jurnalının baş redaktorudur. 2013-cü ildən YAP-ın İdarə Heyətinin üzvüdür. 200-dən artıq elmi-publisistik məqalənin, 15 kitabın, o cümlədən, iki dərsliyin müəllifidir. 8 aprel 2016-cı ildə Nurlana Əliyeva təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunmuşdur. 23 iyun 2016-cı ildə isə Bakı Slavyan Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.

 

2016-2017-ci tədris ilinin əvvəlində universitetdə başlanmış əsaslı təmir işləri qısa müddətdə bütün auditoriyaların, tədris-mədəniyyət mərkəzlərinin, elmi-tədqiqat laboratoriyaları kafedraların maddi-texniki bazasını yenidən qurmağa, universitet idarəçiliyi tədrisin təşkilində elektron idarəetməyə keçidə imkan yaratdı. Yeni linqafon otağı yaradıldı, 110 yerlik tərcümə avadanlıqları quraşdırılmaqla Akt zalı əsaslı şəkildə təmir edildi, foyeyə, tədris korpusunun girişinə, Universitet muzeyinə tam fərqli bir tərtibat verildi. Yeni dərs ilinin ilk günlərindən başlayaraq, maraqlı tədbirlərə, respublika ziyalıları ictimaiyyətinin nümayəndələri, xarici qonaqlarla görüşlərə tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiyalara, «İxtisas seçimi» layihəsi çərçivəsində tədbirlərə, məktəblərlə əlaqəyə geniş yer verir.

 

Aynur MEHDİ

Azad Azərbaycan.- 2020.- 3 sentyabr.- S.7.