Qol saatı ( novella)
Bazarın
köhnə şeylər satılan yerinin yanından keçərkən
piştaxtanın üzərinə düzülmüş qol
saatlarından biri nəzərimi cəlb etdi.
Piştaxtaya yaxınlaşıb saata diqqətlə baxdım.Mənin
çox illər bundan qabaq itirdiyim
saata çox oxşayırdı. İtirməmişdim, onu oğurlamışdılar.
Küləkli gün olsa
da, çimərliyə getmişdim.
Adamlar az
idi, çimərlikdə
pul verib götürdüyüm masanın
üzərinə saatımı
qoyub, üstünü
köynəklə örtüb,
dənizə baş vurmuşdum. Geri qayıdanda,
köynəyimi yerdə
görmüşdüm, yəqin
ki, onu külək
yerə atmışdı.
Görünür keçən kimsə masanın üstündə
nəzarətsiz qalmış
saatı götürüb
getmişdi.
Çimərliyin işçilərinə tapacaqları
təqdirdə, yaxşı
pul mükafatı da söz vermişdim, çünki çimərliyin
işçilərindən də şübhəli idim.
Saatı götürüb onun qayışının alt tərəfində,
onun korpusa yaxın yerində nə vaxtsa yazdığım adımın
baş hərfini solğun da olsa seçə bildim. Saat mənim
idi.
Saatla maraqlandığımı görən
satıcı birinci özü danışdı:- nə istəyirsən
ver, götür. Brend saatdır, amma işləmir. Saatsazlara göstərmişəm,
deyirlər zavoduna getməlidir. Bəlkə xaricə
getsəniz, orada göstərə bilərsiniz.
Saatı qoluma bağlayıb ona baxdım, doğrudan da dayanmışdı,
saniyə əqrəbi
tərpənmirdi.
Bir xüsusiyyətimi
deməliyəm. Mənə məxsus əşyalarla,
məsələn, saatımla,
elə maşınımla
da danışmaq vərdişim
var.
Saatımı hər səhər
qoluma bağlayanda, ona mütləq salam verirəm,
ona yaxşı işləməyi diləyirəm.Əhvalımdan
asılı olaraq digər xoş sözlər də, adətən deyirəm.
Saata bir də baxıb
vərdiş olaraq onunla danışmağa başladım:- Salam, xoş gördük, əziz dostum! Səni o vaxt tək qoyduğuma,
səni qoruya bilmədiyimə çox peşman oldum. İnan, səni çox axtardım.
Səni
tapdığıma çox
sevinirəm.Səni bir
daha tək qoymayacağıma söz verirəm!
Saat satan mənə qəribə tərzdə
baxıb dedi;- siftədir, on manat ver, götür.
Tərəddüd etdiyimi görüb,- yaxşı, beş manat ver, apar.
Bir daha saata baxdım,
o işləyirdi!
Hə, işləyirdi! Saniyə əqrəbi hərəkətdə
idi.
Mən satıcıya on manat verib dedim:-
amma biləsən ki, saat işləyir!
Satıcı mənə müraciət
etmədən qolumu əlinə götürüb
diqqətlə saatın
siferblatına, sonra mənim üzümə, sonra yenidən siferblata baxdı.
-Bu saat bir ildən
çoxdur ki, məndədir, neçə
saatsaz baxıb buna, bu necə
mümkün ola bilər ki?
Dedim;- Qardaş, bu saat mənim olub, itirmişdim, indi isə tapdım.
Saat satandan aralananda o, gah əlindəki pula, gah da mənim arxamca baxa- baxa qalmışdı.
Hümbət Həsənoğlu.
Azad Azərbaycan.-
2020.- 17 sentyabr.- S.11.