Şəhidliyin uca zirvəsində dayanan dağ vüqarlı igid: Orxan Dənziyev
Vətənini
ürəkdən sevən, çəkinmədən onun
yolunda şirin canından keçən mərd oğullardan
biri də Orxan Mübariz oğlu Dənziyevdir. Lerik rayonu, Laman kəndindən
olan bu dağ
vüqarlı igid ulu yurd yerimiz
Qarabağ uğrunda gedən haqq savaşımızda şəhid
olanda ömrünün
18 ilini yaşayırdı.
Qaldı ki, bu qısa zamanda
göstərdiyi hünərlə
tarixin yaddaşında
iz qoymaqla, 44 günlük şanlı zəfərimizin qəhrəmanlıq simvoluna
döndü.
Orxan yetkinlik
yaşına çatanda
onun əməllərində
Vətənə, millətə,
insanlığa bir sevgi görünür. Yurduna, elinə daha çox fayda vermək məqsədilə
Kollec də bitirir. 2020-ci ildə Milli Ordu sıralarına
yola düşəndə
əsas amalı sinəsini yanar od edib təcavüzkar
erməni dığaların
bağrını çatlamaq
olur. Ürəyinin bu istəyini əsas götürərək
əsgərlik həyatı
ön cəbhədən başlanır.
Çox keçmir nümunəvi xidməti, hərbi təlimlər zamanı döyüş igidliyi, ən əsası torpağına
bağlılığı onu əsgərlərin, komandirlərin sevimlisinə
çevirir. Orxan cəbhə xəttində
dəfələrlə yağı
düşmənlə qarşı-qarşıya
gəlir. Həmişə
də dığaların
layiqli cəzalarını
verməyi bacarır.
Artıq üç
ay idi əsgər
Orxan Dənziyev Vətən qarşısında
övladlıq borcunu ləyaqətlə, vicdanla
yerinə yetirirdi. İkinci Qarabağ müharibəsi başlanır.
Orxan tərəddüd
etmədən müharibə
meydanına girir və 30 ilə yaxın Vətən torpaqlarını əsarətdə
saxlayan düşməndən
sona qədər döyüşərək qisasını
alacağına and içir. Ağdərə-Tərtər
istiqamətində cəngavər
kimi döyüşərək
erməni dığalarına
ağır itkilər
verir. Torpağın hər qarışı uğrunda can qoyan, mərdliklə vuruşan Orxan 2020-ci il 15 oktyabrda qəfil atılan yağı gülləsinin
qurbanı olur.
Orxan 18 yaşında
özünü Vətəninə
fəda etdi. Bu qəhrəmanlıq adını tarixə yazmaqla, həm də onu bütün
Lerik camaatı üçün əbədi
parlaq günəşə
çevirdi. Dövlət
tərəfindən ölümündən
sonra layiq görüldüyü “Vətən
uğrunda” medalı isə Orxanın göstərdiyi misilsiz şücaətinə verilən
ən dəyərli qiymətdir…
Zəfər ORUCOĞLU
Azad
Azərbaycan.- 2021.- 1 aprel.- S.5.