Milli-mənəvi dəyərlər insanı təkamülə aparan davranış qaydalarıdır

 

 

Zəngin dünyəvi irsə malik milli-mənəvi dəyərlərimiz Azərbaycanın tarixi sərvətidir

 

Şərqlə Qərb arasında keçid rolunu oynayan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycan fərqli dəyərlərin mövcud olduğu bir dövlətdir. Azərbaycan Şərqin bir parçası, eyni zamanda Qərb inkişaf yolunu hədəfə almış gənc respublikadır. Bu mənada milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti artıq həyat tərzimizə çevrilmişdir. Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı ustadlığı təbliğ etdiyi ideyaları, adət-ənənləri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur. Deyilən bu mənəvi dövrün, mövcud şəraitin ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma məzmun kəsb edir.

 

Təbii ki, qloballaşan dünyada milli dəyərlərimizi unutmamalı bu dəyərlərə sadiq qalmalıyıq. Hər bir ölkə xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı digər xalqların dəyərləri ilə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq.

 

Məlumdur ki, milli dəyərləri hər bir xalq özü yaradır, yaşadır gələcək nəsillərə ötürür. Milli dəyərlər  xalqın mövcudluğunun göstəricisi mədəniyyətinin ən vacib hissəsidir. Tariximiz, dilimiz, dinimiz, milli-mentalitetimiz, adət-ənənələrimiz, ədəbiyyat incəsənətimiz milli-mənəvi dəyərlərimizdir. Bu dəyərləri qoruyub-saxlamaq, yaşatmaq nəsildən-nəsilə miras qoymaq ən ümdə vəzifəmizdir.

 

Azərbaycan xalqı hər zaman öz mübarizliyi ilə seçilib, bu mübarizliyini tarixin bütün səhifələrində təcəssüm etdiribdir. Sovet hakimiyyəti dönəmində xalqımızın milli dəyərləri əlindən alınmağa, soykökümüz, dinimiz adət-ənənələrimiz unutdurulmağa çalışılsa da, hər zaman öz dəyərlərimizə sahib çıxmağı bacarıb bu günkü nəsillərə aşılamağa nail olmuşuq.

 

Milli dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz müqəddəsdir. Bu, həm milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Müstəqilliyini bərpa edən xalqımızın əlindən zorla alınmağa unutdurulmağa çalışılan milli-mənəvi dəyərləri milli özünüdərkini formalaşdırması üçün zəmin yaranmağa başladı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.Məhz bunu nəzərə alan ulu öndər Heydər Əliyev deyirdi: “Bizim hamımızın bir vətəni var - bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.

 

“El bir olsa dağ oynadar yerindən” - deyib aqillər. Xalqımız bu gün bu dəyərləri yaşadır Vətənin dar günündə bir yumruq kimi birləşərək çətin günün ömrünü azaldır parlaq gələcəyə yollar açır.

 

Bu gün Azərbaycan xalqı azad suveren dövlət quraraq mədəni-iqtisadi islahatlar aparmaqla öz tarixinə qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.

 

Azərbaycan dili bizim milli sərvətimizdir. Bu dilin qorunub inkişaf etdirilməsində dövlətlə yanaşı, Azərbaycanın hər bir vətəndaşı da yaxından iştirak etməlidir. Ana dilini xalqın tarixi milli xəzinəsi adlandıran ulu öndər Heydər Əliyev deyirdi: Bizim çox gözəl, zəngin cazibədar dilimiz var. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kimsə bu barədə çatışmazlığı varsa, çalışsın bunu aradan qaldırsın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkələrin dilini öyrənərkən öz ana dilinizi heç vaxt unutmayın öz ana dilinizi heç vaxt başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şey ola bilməz”.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, dünyada gedən qloballaşma prosesi informasiya əsrinə daxil olmaq milli-mənəvi dəyərlərimizin bir qədər itirilməsinə səbəb oldu. Bunun əsası isə 80-ci illərin sonu - 90-cı illərin əvvəlində qoyuldu: "Bu  istiqamətdə müxtəlif  profilaktik işlər aparılmalıdır deyə düşünürəm. Milli-mənəvi dəyərləri qorumaq bu gün əslində heç asan deyil. Nəzərə almaq lazımdır ki, bu gün gənclərin bir çoxunun internetə çıxışı var. İnformasiya isə bir istiqamətdə ötürülmür. Xarici filmlər, sosial şəbəkələr vasitəsilə  dünyaya inteqrasiya gənclərin psixologiyasına təsir edən mühüm  amillər sırasındadır. İnsanlar arasındakı gərginlik stress təsir edən faktorlar qisminə aid olunur. Bu isə istər milli-mənəvi, istər ailə dəyərlərinin itməsinə, istərsə müəllim - şagird, valideyn - övlad münasibətlərinə öz təsirini göstərir. Milli-mənəvi dəyərlərimizi gənclərə təlqin etmək üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Bundan başqa, milli-mənəvi dəyərlərimiz dərindən təhlil edilib araşdırılmalı bu istiqamətdə əsaslı tədbirlər görülməlidir. Yalnız bu halda hansısa nailiyyət əldə bilərik”.

 

E.Rüstəmov qeyd edib ki, milli-mənəvi dəyər anlayışını gənclərə təlqin etməyin müxtəlif üsulları var: "Örnək olaraq qardaş ölkə Türkiyəyə baxmağımız yetərlidir. Türkiyə Avropaya bizdən daha tez inteqrasiya edib. Lakin bununla yanaşı, onlar üçün mühüm olan ilk növbədə vətənpərvərlik milli-mənəvi dəyərləridir. Onlar vətənpərvərliyi təkcə müharibə etməkdə görmürlər. Gənclərdə bayrağa, vətənə, millətə sevgini kiçik yaşlarından aşılayırlar. Onlar bununla bəzi şeylərin müharibəsiz mümkün ola biləcəyini dünyaya bəyan edirlər. Bu gün Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir.  Düşmən zatən bəllidir. Ona görə bu istiqamətdə hər bir gənc öz üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu dərk etməlidir. Əgər bu gün gənclərimizin bir hissəsi cəbhədə vuruşursa, digər bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir. Hər kəs əlinə silah ala bilməz. Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini müxtəlif üsullarla müdafiə edə bilər. Mühüm olan gənclərimizə bunun öyrədilməsidir. Bu gün dünyanın bir çox ölkələrində gənclərimiz təhsil alır, işləyir. Onlar bizim milli-mənəvi dəyərlərimizi dünya müstəvisində tanıtmalıdır. Bunun üçünsə valideynlər öz övladlarına bu ruhda, bu istiqamətdə tərbiyə verməyi bacarmalıdır. Uşaq öz dövlətini, bayrağını tanımalı, adət-ənənəsinə, milli dəyərlərinə yaxından bələd olmalıdır”.

 

Bəli, Azərbaycan bu gün müasirləşən, Avropa dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq.

 

Cavanşir QƏDİMOV

 Azad Azərbaycan.-2021.- 1 aprel.- S.9.