Milli dəyərlərimizin xalqımızın formalaşmasına təsiri böyükdür

 

Adət-ənənələrimiz onların formalaşdırdığı milli dəyərlər sistemi ilə

güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var

 

Hər bir xalqın milli simasının formalaşmasında, onun milli kimliyinin meyar ölçüsünün müəyyənləşməsində məskunlaşdığı tarixi-coğrafi ərazi etnik-mədəni mühitlə yanaşı, sahibi olduğu milli-mənəvi maddi dəyərlər, əsrlərin sərt sınaqlarından üzüağ çıxaraq zəmanəmizə qədər gəlib çatan bu misilsiz sərvətlər həlledici rol oynamışdır. Yaşadığımz dövrdə elə bir tarixi zaman gəlib yetişib ki, hər bir azərbaycanlının qarşısında özünün tarixi keçmişinə, soykökünə, maddi mənəvi dəyərlərinə daha diqqətlə vicdanla yanaşmaq, onları xüsusi bir yanğı ilə öyrənmək, təbliğ etmək, qorumaq vəzifəsi bütün kəskinliyi ilə durur. Məhz Ulu öndər Heydər Əliyev öz çıxış nitqlərində daim milli-mənəvi dəyərlərimizə vətəndaşlıq mövqeyindən yanaşmış, onların həqiqi elmi qiymətini vermişdir: ”Milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.

 

Milli dəyərlərimizin qorunması gələcək nəsillərə çatdırılması bu gün öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rolu var. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur daha da inkişaf etdirilir.

 

İnsanların mənəviyyatı, əxlaqi normaları baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat incəsənətimizdir.

 

Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlayıb. Dəyərlərin formalaşması prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır.

 

Hər bir Azərbaycan vətəndaşının da başlıca vəzifəsi milli-mənəvi dəyərlərimizi qloballaşma dövrünün mənfi tendensiyalarından qorumaq, xalqımızın min illər boyu yaratdığı zəngin tarixi-mədəni irsi gələcək nəsillərə olduğu kimi çatdırmaq üçün səy göstərmək olmalıdır. Hər bir mövzu öz aktuallığı ilə seçilir, məhz milli-mədəni dəyərlər mövzusunda da təbliğat vacibdir. Bu təbliğat geniş şəkildə aparılsa, vətəndaşlarda tarixi yaddaş daha da güclənər. Tədris müəssisələrində, bir çox intellektual səviyyəli tədbirlərdə, televiziya verilişlərində peşəkar, tanınmış incəsənət xadimləri ilə görüşlərə böyük mənəvi ehtiyac var. Kütləvi informasiya vasitələrində buna xüsusi diqqət yetirilməlidir. Çünki çox zaman qeyri-peşəkar insanların incəsənət sahəsindəki fəaliyyətinə geniş yer ayrılır. Bu isə tamaşaçılarda estetik zövqün formalaşmasına, mənəviyyatın zənginləşməsinə mane olur. Azərbaycan gəncləri xalqın milli-mənəvi dəyərlərinin digər xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün öz səylərini, mübarizəsini efir, mətbuat, xarici telekanallar vasitəsilə açıq şəkildə bəyan etdirməlidirlər. Xalq öz milli ruhunu, mənəvi dəyərlərini, əxlaqi keyfiyyətlərini qoruyub yaşadanda, inkişaf etdirib gələcək nəsillərə çatdıranda böyük qüdrətli olur. Milli ruhumuzu mənəvi dəyərlərimizi bütün çalarları ilə özündə əks etdirən şifahi ədəbiyyatımızı - dastanlarımızı, nağıllarımızı, bayatılarımızı, laylalarımızı s. toplayıb çap etdirmək, onlara yeni həyat vermək, təbliğ etmək ən böyük xeyirxahlıqdır, eyni zamanda vətəndaşlıq borcudur.

 

Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb bizi başqa millətlərdən fərqləndirib. Mənəvi dəyər özünün fiziki mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup ya cəmiyyətin əksər üzvlərinin doğru lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları inanclardır.

 

Bu gün  dövlətin hər cür resurslardan səmərəli istifadə yolları ilə  formalaşdırmağa çalışdığı başlıca dəyərlər bunlardır: ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda, tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik... Bu dəyərlərimizin qorunub gələcək nəsillərə çatdırılması üçün bugünkü mühit daha çox əlverişlidir.

 

Milli-mənəvi dəyərlərimizin kökü əməli-salehlik, əxlaqi saflıq, mənəvi təmizlik, halallıq, gözütoxluq, xeyirxahlıq mərdanəlikdir. Bunların hamısının zirvəsində isə adil vicdan dayanır. Hər xalqın öz adət-ənənəsi, öz milli-mənəvi dini dəyərləri var. Biz öz milli-mənəvi, dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb bunlar indi bizim cəmiyyətin mənəviyyatını təşkil edən əsas amillərdir.

 

Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev hesab edir ki, cəmiyyət inkişaf etdikcə adət ənənələr ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə bu ya digər formada inteqrasiya etmişdir. Buna görə hər bir ictimai-siyasi quruluş həm bütövlükdə adət ənənələrə, həm onun mənəvi-bədii dəyərlərinə öz möhürünü vurmuşdur: «Cəmiyyət dəyişdikcə adət ənənələr təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümunələrini yaşatmış, nəsildən-nəsilə ötürülmüşdür. Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapmışdır».

 

İ.Əliyev hesab edir ki, yeni yaranan mənəvi dəyərlər varislik prinsiplərinə uyğun olaraq əski adət ənənələrdən bəhrələnib. Lakin varislik qaydaları insanların mənəvi dəyərlərinin inkişafına, yeniləşməsinə mane olmayıb. Sadəcə olaraq adət ənənə formasında mənəvi mədəniyyətin tarixi təcrübəsinə əsaslanan yeni istiqamətləri yaranıb: «Aparılan araşdırmalarda mədəniyyət incəsənətin irsi xarakter daşıdığı da məlum olur. Məsələn, Azərbaycan sənətkarlarının yaşayıb-yaratdıqları tarixi mərhələlərdən asılı olmayaraq, ruhən bir-birinə oxşarlıqları aşkar edilir. Əcəmi Naxçıvaninin memarlıq sənətində, Sultan Məhəmmədin miniatür əsərlərində bu diqqət çəkir. Onların yaratdıqları mənəvi irs müasir sənətkarların əsərlərində bu ya digər formalarda özünü büruzə verir».

 

Beləliklə, milli adət ənənələrimiz onların əsasında formalaşdırılan milli mənəvi dəyərlər sistemi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq güclü qüdrətli dövlət quruculuğu prosesinə öz töhfəsini verməkdə davam edir. Təbii ki, bütün dövrlərdə mütərəqqi adət ənənələrin yaradıcısı, eyni zamanda, onu qoruyub zənginləşdirən gələcək nəsillərə çatdıran xalqdır. Adət-ənənələrimiz onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Bu baxımdan bütün dövrlərdə adət ənənələr hər bir dövlətin qüdrətli uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir görür. Bir sözlə, adət ənənələr insan münasibətlərinin tənzimləyici istiqamətvericisi funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır.

 

Cavanşir QƏDİMOV

 

Azad Azərbaycan.- 2021.- 15 aprel.- S.9.