Hünəri dillərdən düşməyən qəhrəman: Zaur Hüseynov

 

Zaur Vaqif oğlu Hüseynovun adı Masallı camaatının dilindən düşmür. Bu, ər igid Vətən müharibəsində torpaq naminə döyüş meydanında göstərdiyi hünərlə millətin şərəfini uca tutaraq şəhid olub. Beləcə, Zaur gəldiyi işıqlı dünyada 25 il yaşasa da, layiqli bir övlad olaraq xalq, Vətən qarşısındakı borcunu ləyaqətlə verdi. Yaşının çərçivəsinə sığmayan qəhrəmanlığının hesabına qəlblərə köçüb mənən diri qalmaqla əbədi yaşamaq hüququnu qazandı

 

Təkcə Masallı camaatına deyil, bütün Vətənə əziz olan Zaur Hüseynov Hərbi Akademiyanı bitirib 2018-ci ildə ön cəbhədə leytenant rütbəsində xidmətə başlayır. Qəlbi Vətən, torpaq sevgisi ilə döyünməklə bərabər, təcavüzkar erməni dığalarına qarşı sonsuz nifrət bəsləyir. Onlardan qisas almaq üçün sözün əsl mənasında alışıb-yanır. Həyatsevərliyi, nikbinliyi, mərdliyi onu xidmət etdiyi hərbi hissədə hamının gözündə ucaldır. Təlimlərdə, vacib əməliyyatlarda Zaur həmişə birinci olmağa can atır nümunəvi döyüş keyfiyyətləri nümayiş etdirir. Bir növ əsgərlərinə qarşı da nümunəvi, ədalətli davranır.

 

Leytenant Zaur Hüseynov ötən il sentyabrın 27-də Vətən müharibəsi başlanan an düşmənin üstünə ilk gedənlərdən olur. Torpaq uğrunda, millət yolunda canından-qanında keçməyə həmişə hazır olan Vətən oğlu həmin günü müharibə meydanda düşmənlə sona qədər mərdliklə vuruşur. İdarə etdiyi BMP-si ilə dığaların bir neçə istehkamını, eləcə xeyli canlı qüvvəsini məhv edir. Axırda özü ağır yaralanır vətən sevdalı ürəyi dayanır. Əbədi baş qoyduğu yer, doğulub boya-başa çatdığı kəndi Hişkədərə olur.

 

Zaurun ən böyük arzusu Azərbaycanın əzəli yurd yerləri olan Qarabağı azad görmək idi. Elə Zaur kimi Vətən övladlarının qəhrəmanlığı, vətənpərvərliyi, hünəri sayəsində Azərbaycan Ordusu yağı düşmən üzərində zəfər çalıb 30 il həsrətində olduğumuz torpaqları işğaldan azad etdi. Zaurun arzusu həyata keçməklə, həm minlərlə şəhidimizin qanı yerdə qalmadı.

 

Leytenant Zaur Hüseynov göstərdiyi qəhrəmanlıqlara görə, dövlət tərəfindənVətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görəmedallarına layiq görülüb.

 

Zəfər ORUCOĞLU

 

Azad azərbaycan.- 2021.- 13 aprel.- S.4.