Milli Televiziyamızın
bu günü
İstər Ümummilli lider Heydər Əliyevin zamanında, istərsə
də Prezident İlham Əliyevin rəhbərliyi dövründə
kütləvi informasiya
vasitələrinə diqqət
və qayğının
nəticəsi göz
önündədir. Orijinal
ekran, efir ənənələri olan
Azərbaycan Televiziyası
da həmin sıradan kənarda qalmayıb.
Milli
televiziya və radiomuz son dövrlərdə
nəzərə çarpan
yeni keyfiyyətlər
qazanıb.
İnkişaf göz önündədir.
Televizyamız ilklərə
imza atır. Qeyd edək ki, bu gün
doğma televiziyamız
inkişaf mərhələsinin
kuliminasiya nöqtəsindədir.
Radiomuza da eyni fikri şamil
edirik. Radiomuzun sadiq dinləyiciləri istər ictimai-siyasi, istərsə də ədəbi-bədii, musiqili-əyləncəli
verilişləri ötürmür,
95 yaşlı bu cihazın qarşısında
dinşəkk kəsilirlər.
Televiziyamız son 2 ildə yenilikləri ilə bizi sevindirir və ekran qarşısında
yaxın olmağa “məcbur" edir. Ənənəyə
sadiqlik və müasirlik vəhdət tapır televerilişlərdə.
Beynəlxalq televiziyalara
inteqrasiya müşahidə
olunur. Deyərdik ki, uğurlarla kifayətlənmək olmaz,
yenə də çalışmaq lazımdır.
AzTV teleməkanımızın
lideri olsa da, bu başqanlığı,
uğur bayrağını
əbədi əldə
saxlamaq üçün
daim çalışmaq,
irəli getmək lazımdır.
Bu uğurlara
imza atılmasında AzTV-nin rəhbəri Rövşən Məmmədovun
rolu böyükdür.
Hər gün saatlarla ekranda olan Rövşən Məmmədov rəhbər
olana qədər AzTV-də “Günün nəbzi”, “Əsas Məsələ” və “Həftə” verilişlərini
aparan dəyərli alim, peşəkar telejurnalistdir. Rövşən bəy eyni zamanda Azərbaycan TV və Radio Verilişləri
QSC-nin “İctimai-siyasi
proqramlar və xarici xəbərlər studiyası”nın direktoru
vəzifəsində çalışıb.
15 yanvar 2019-cu ildən
“Azərbaycan Televiziya
və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyətinin
sədri vəzifəsinə
təyin olunub. İndiyədək AzTV-yə
sədrlik edən yeganə şəxsdir ki, həm veriliş
aparır, həm də həftə ərzində baş verən hadisələrin analitik təhlilini təqdim edir.
Ekran-efir məkanımızda
bir məktəb, bir nümunə olan AzTV dövlət
dili olan Azərbaycan dili ilə yanaşı, xarici dillərdə yeni formatda, yeni layihələr ortaya qoyur.
Hadisələrin obyektiv təqdimi, fərqli üslub, yeni yanaşma tərzi, orijinal baxış, gənclərə meydan verilməsi ana televiziyamınızın ənənəyə
sadiq novator tərəfləridir. Öncə
AzTV, “Mədəniyyət”
və “İdman” kanallarının loqosu yeniləndi. Dövlət başçısının iştirakı
ilə ölkədə
keçirilən mötəbər
beynəlxalq tədbirlər
birbaşa yayımlandı.
Prezident İlham Əliyevin
tapşırığı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də Bədii Şura yaradıldı. Aprelin 12-də “Azərbaycan
Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin
(QSC) nəzdində fəaliyyət
göstərən Bədii
Şuranın yeni tərkibdə ilk iclası keçirilib.
AzTV sədri
Rövşən Məmmədov
iki ildən bir seçilən Bədii Şuranın işinin 3 kanalın fəaliyyətinə nəzarət
etmək olduğunu deyib: “Bu gün
Azərbaycan televiziyasında
aparılan islahatlar müasir tələblərə
cavab versə də, biz üzərimizə
götürdüyümüz öhdəliklərə nə
dərəcədə əməl
etdiyimizi kənar gözlərlə görmək
istəyirik. Buna görə də ayda iki dəfə
Bədii Şura üzvlərini yığmağı
planlaşdırırıq. Nəzərə alsaq ki, pandemiya şəraitindəyik,
hələlik ayda bir dəfə də təşkil etmək olar. Gələcəkdə iclasları
videoformatda da təşkil edə bilərik. Yaxın iki il ərzində
birgə fəaliyyətimiz
zamanı tərifdən
çox tənqidləri
eşitmək istərdik”.
Çox
yaxşı haldır
ki, görkəmli sənət xadimləri yeni Bədii Şuraın tərkibinə daxil ediliblər: Xalq yazıçıları Anar,
Kamal Abdulla, Xalq artistləri Ofeliya Sənani, Rasim Balayev və b. Bizə belə gəlir ki, yeni tərkibin
irad və təklifləri, nəzarəti
verilişlərin daha
baxımlı və səviyyəli alınmasında
böyük rol oynayacaq.
Azərbaycan, rus və ingilis
dillərində gün
ərzində 13 dəfə
efir alan “Xəbərlər” xüsusi
inkişaf mərhələsinə
qədəm qoydu. Nəticəyönümlü “Mobil qrup” bəhrəsini verdi. “Şənbə reportaj”ı,
AzTV-nin xaricdəki müxbirlərinin videomaterialları,
“Xəbərlər”dən sonra
dövlət əhəmiyyətli
hadisələr haqqında
xüsusi buraxılışların
keyfiyyətindəki irəliləyişlər
tamaşaçıların gözündən yayınmır.
Eyni zamanda “İqtisadiyyat xəbərləri”,
“Region xəbərləri”,
“Mədəniyyət xəbərləri”nin
yeni formatı da izləyicilərin zövqünə hesablanıb.
Hər bazar
günü “Həftə”
analitik informasiya proqramında aparıcının
dolğun şərhləri,
özünəməxsus yozumları
həftənin real mənzərəsini yaradır.
Xüsusilə, Vətən
Müharibəsi dövründə
əsas diqqət AzTV-yə yönəlmişdi.
Ali Baş Komandanımızın xalqa
müraciətləri isə
bütün ölkənin
diqqətini bir mərkəzə cəmləyirdi.
Bu yaxınlarda, Novruz bayramı ərəfəsində populyar
telejurnalist Səyyarə
Səyyafın aparıcılığı
ilə “Mədəniyyət”
kanalının “Ovqat”
verilişi yenidən tamaşaçılarına xoş
ovqat bəxş etməyə başlayıb.
Azərbaycanın tanınmış incəsənət
xadimləri, şair və yazıçılar,
müxtəlif elm adamları verilişdə
iştirak edir, öz yaradıcı düşüncələrini tamaşaçılarla
bölüşürlər. Vaxtı ilə AZTV-də yaranan, pərvəriş tapan, tamaşaçılara xoş
ovqat bəxş edən “Ovqat” verilişi yeni ekran həyatında tez bir zamanda
populyarlıq qazandı.
Bu veriliş həftənin üç
günü tamaşaçıların
görüşünə gəlir.
Ağrılı günlər də olub. 20 Yanvar faciəsində rus əsgərlərinin avtomatı
başımızın üstündə
inləyə-inləyə, ürəyimizdən qan axa-axa, lal fəryadla
çalışmışıq. Bu gün isə
doğma teleradiomuzdadır
gözümüz. Cəbhədən
canlı, operativ xəbərləri onlar yayımladılar. Xoş müjdələr ekranı,
efiridir milli teleradiomuz. Qarabağ savaşında teleradiomuzun
fəaliyyəti əvəzsizdir.
Kollektivin rəhbəri,
dəyərli alim, peşəkar telejurnalist Rövsən bəy özü də bayaq qeyd etdiyimiz
kimi, hər gün saatlarla ekrandadır. Rövşən
müəllim vətənsevər
ziyalı qonaqları ilə hadisələrin geosiyasi, tarixi təhlillərini aparır,
ermənilərin saxtakarlığını
ifşa edir.
Ötən
gün cənab Prezidentin AZTV-yə verdiyi müsahibəsini həvəslə, maraqla seyr etdik. Bir
daha Ali Baş Komandanımızla
fəxr etdik.
YAŞA, YARAT, doğma radiomuz, ana televiziyamız!
İnkişafın bizi
qürurlandırır.
QARABAĞ
AZƏRBAYCANDIR!!!
VÜQAR
ƏHMƏD
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və publisistika şöbəsinin
müdiri,
filologiya elmləri doktoru,
professor
GÜLNAR SƏMA
Azərbaycan Yazıçılar Birliyinin və
Dünya Gənc Türk
Yazarlar Birliyinin üzvü
Azad Azərbaycan.- 2021.- 22 aprel.- S.6.