Vətəni canından
əziz bilən qəhrəman Tarzan
44
gün çəkən, tarixi zəfərimizlə başa
çatan İkinci Qarabağ
müharibəsində Vətən,
torpaq uğrunda vuruşub canlarını fəda edən igidlər
sırasında Tarzan Qəhrəman
oğlu Həşimovun adı
da böyük iftixarla çəkilir. 1989-cu ildə dağlar diyarı Lerik rayonunun Bibihoni kəndində dünyaya göz açan elin bu, qəhrəman
oğlu ürəyində
neçə-neçə saf
arzular yetkinlik yaşına çatır. Tarzan namuslu, ləyaqətli ailədə böyüdüyü üçün
müstəqil həyatda
ağlın
qanadına
arxalanır, yalnız yaxşı əməllərə
üz tutur. Və yaşadığı
cəmiyyətin içində
qısa müddətdə etibardan, düz ilqardan hörmət də qazana bilir. Mənəviyyat fəlsəfəni
Vətənə, torpağa sevgi, insana məhəbbət, böyüyə hörmət,
halallığa tapınıb
ömür sürmək
kimi ali dəyərlər təşkili edən Tarzan yolunu azmış azğın erməni dığaların hərəkətlərini
heç cür qüruruna sığışdıra bilmir.
Elə 2007-ci ildə ordu sıralarına da onlardan qisas almaq istəyi ilə gedir.
Tarzan
Həşimov Gəncə
şəhərində xidmət
edir. Vətənin namusunu, qeyrətini, şərəfini
uca tutmaqla ona dayaq, sipər olmağı bacarır. Verilən tapşırıqları can-başla
yerinə yetirir, əla xidmətə görə komandirlərin ən çox inandığı,
hörmət bəslədiyi əsgər olur. Əsgər yoldaşlarına da həmişə bildirir ki, Vətəni sevmək, məqamında onun yolunda canından
keçmək
hamımızın müqəddəs borcudur.
Bəli, Tarzan
əsgəri borcunu
yüksək səviyyədə, nümunəvi qaydada başa çatdırıb
doğma kəndə qayıdır. 2
il ailənin dolanışığı
üçün
halal zəhmətdən
yapışır. Özünə
gün-güzəran qurmaqla
bərabər,
nəcib istəyini,
niyyətini sevdiyi el-obanın inkişafına yönəldir.
Qaldı ki, cəbhə xəttindən gələn xəbərlər,
quduz düşmənin
ədalətsiz hərəkətləri
onu yenidən hərbiyə bağlayır.
Gizirlərin hazırlıq
kursunu bitirir, Xüsusi Təyinatlı Qüvvələrin
təlimlərində yüksək döyüşçü
keyfiyyətləri göstərir. 2011-ci
ildə gizir rütbəsində Xüsusi
Təyinatlı Qüvvələr
Qrupunun kəşfiyyatçısı
təyin olunur. Yüksək vətənpərvərlik, insanpərvərlik
dəyərləri Tarzanın
fəaliyyətində əsas şərt sayılır. Onun kəşfiyyatda qorxmazlığı, çevikliyi, müşahidələrin düzgün
analizi həmişə
uğurlu alınır.
Cəsur kəşfiyyatçı dəfələrlə hissəyə “əli dolu” qayıdır. Bütün
bunlar nəzərə
alınır və Tarzana Xüsusi Əməliyyat Taborunun Xüsusi Əməliyyat Qrupunun kəşfiyyatçısı vəzifəsi etibar edilir. Aprel döyüşlərində necə
lazımdır dığalara
gücünü göstərə
bilir. Vətənini canından
əziz bilən igid kəşfiyyatçı
xidmət dövründə üçüncü
dərəcəli “Qusursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin
95 illiyi”, “Azərbaycan
Silahlı Qüvvələrinin
100 iliyi” medallarına
layiq görülür.
27 sentyabrda İkinci Qarabağ müharibəsi başlananda
Tarzan Vətənin haqq çağırışına canla-başla gedir. Füzuli, Cəbrayıl rayonlarında hərbi kəşfiyyat
işlərinə başlayır.
Dığalarına gücünü
göstərməklə hər
gün yeni uğurlar qazanır. Torpağı qani ilə Vətən edən Tarzan kimi igidlərin hesabına tezliklə hər iki rayon düşmən
tapdağından azad olunur. Tarzanın qalxdığı şəhidlik
zirvəsi isə ona ölməzlik gətirir. Xalqın qürur yeri olmaqla, adı şanlı zərər tariximizə yazılır. Vətən
torpaqları, ölkəmizin
ərazi bütövlüyü
uğrunda şəhid olan Tarzan Həşimov ölümündən
sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın
azad olunmasına görə” medallarla təltif olunur.
Şəhidin
həyat yoldaşı
Mətanət xanım deyir:- Tarzan öz ailəsinə qarşı çox sədaqətli dolanırdı. Qızları
Məsməyə, Höküməyə
dediyi sözlərdən
bal damırdı. Vətənin, xalqını
bizdən də artıq sevirdi. 30 il ömür sürsə də, vətən sevgisi Tarzana əbədi, solmaz bir həyat bəxş etdi. Mən onunla fəxr edirəm. Çalışacağam ki,
qızları da Tarzan kimi Vətəni sevsinlər...
Zəfər Orucoğlu
Azad Azərbaycan.- 2021- 20 aprel.- S.4.