“Müqayisəli ədəbiyyatşünaslıq”
jurnalının Abay Kunanbayevə həsr olunmuş xüsusi buraxılış
çap olunub
AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq
elmi jurnalının qazax yazılı ədəbiyyatının
görkəmli nümayəndəsi Abay Kunanbayevə həsr
edilən xüsusi buraxılışı çap olunub.
Bir sıra
nüfuzlu beynəlxalq
indekslərə daxil olan jurnalın bu sayında Abay Kunanbayev haqqında yerli, eləcə də xarici müəlliflərin
araşdırma məqalələri
yer alıb.
Nəşrin bu sayı jurnalın
baş redaktoru, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
baş direktoru, akademik İsa Həbibbəylinin “Böyük
qazax mütəfəkkiri
Abay və Azərbaycan” məqaləsi
ilə açılır.
Məqalədə Abay
Kunanbayevin qazax ədəbiyyatının, maarifçiliyinin
inkişafında rolu,
Azərbaycanda böyük
sənətkara olan münasibət tədqiqata
cəlb edilib.
Vəsaitdə, həmçinin Xalq yazıçısı
Mirzə İbrahimovun
“Xalqın böyük
sənətkarı”, Azərbaycan
Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anarın
“Ağaclar quruyub qocalar kimi, göylərə
yalvarır budaqlayanda”
və görkəmli qazax ədibi Muxtar Auezovun “Böyük yaradıcı”
məqalələri yer
alıb. Həmçinin Ədəbiyyat
İnstitutunun şöbə
müdiri, professor Məmməd Əliyevin “Abayın tarixi-bədii obrazı” məqaləsi də bu saya
daxil edilib.
Qeyd edək ki, xüsusi buraxılışın
Tənqid və ədəbiyyatşünaslıq, Müqayisəli ədəbiyyatşünaslıq,
Folklor, Tərcümə
işi, Maarifçilik
bölmələrində Abay
Kunanbayevin həyat və fəaliyyətini müxtəlif yönümlərdən
işıqlandıran Azərbaycan,
türk və rus dillərində
21 məqalə yer alıb.
Gülnar Səma
Azad
Azərbaycan.- 2021.- 29 aprel.- S.11.