MİR CƏLAL
OCAĞI
(Əzizim
Hafiz Paşayevin 80 illiyinə)
Dilim söz tutandan əlim haqdadı.
mənim səadətim
o ocaqdadı.
Həmid
Araslını mən
orda gördüm,
Şəfaət Mehdiyev süfrə
başında,
Şıxəli Qurbanov cavan yaşında.
Lev Tolstoyu da divarda
gördüm.
Köynəyin üstündən qayış
kəməri,
sözdən doğulmuşdu
söz peyğəmbəri.
Cavid, Mirzə Cəlil, Vurğun və Mehdi
o evdə həmişə təriflənərdi.
Üç oğul anası
Püstə xanım
da,
bir dəfə əyləşdi gəlib
yanımda.
Mənə “oğlum” dedi,
“dördüncü oğlum".
anasız vaxtımda
– analı oldum
Elmira, Ədibə şux
bacıdılar.
qızlar anasına
duaçıdılar.
Tofiq də, Eldar da çıxmaz yadımdan.
Biri o birindən
daha mehriban.
Arif – bir nəsilin kişi gözəli!
Onda Moskvanın
tələbəsiydi.
Onda yadımdadı, bircə təsəlli,
o da Mir Cəlalın tərbiyəsiydi.
Arif də o evdə söz yiyəsiydi,
böyük qardaş
idi, ilk oğul payı.
Mir Cəlal Arifə nə deyəsiydi,
arxası yoxuydu ondan savayı.
Anası
deyirdi amma sözünü:
– Arif, bax, qızlardan
gözlə özünü
Moskva böyükdü,
o boyda şəhər.
nə bilim, deyirlər, belə bir təhər.
Gözə gəlimlisən sən də, maşallah.
sonra da deyirdi, qorusun allah
Anası
dedikcə, Arif danırdı,
gözəllik üstündə
o danlanırdı
Mir Cəlal kənarda
gülümsəyirdi.
Özü öyrətmişdi Püstə
xanımı.
demişdi belə
de, o da deyirdi.
Mir Cəlal kənarda gülümsəyirdi...
Hafiz az danışan,
asta yeriyən.
amma fikri yeyin, sözü şax deyən.
O da Moskvanın tələbəsiydı,
səsi – atasının
eyni səsiydi.
Bəzən danışanda qucaqlayırdım.
Mir Cəlaldan ötrü
mən ağlayırdım.
Aqil zarafatda əvəzsiz idi,
heyif, dünyasını
dəyişdi, getdi...
Mən indi gördüm ki, ruhlar oyaqdı,
Ruhlar dünyasında bu dünya haqdı
Bu axşam Ay doğub
ayna sularda.
İşığı hardadı, gör özü harda?!
Deyir elə bilmə mən unutmuşam.
Soruşma yerimi, hardayam, şair.
Göydə də yoluna çıraq tutmuşam.
Mənəm Mir Cəlalam, mən
Ayam, şair
Allahım, nə deyir o böyük insan?
deyir, xatırla ki, xatırlanasan...
Nəriman HƏSƏNZADƏ, Xalq şairi
Azad Azərbaycan.-
2021.- 29 aprel.- S.3.