Filosof şair
Dünya
şöhrətli filosof şair, bütün elmlərin mahir
bilicisi, bənzərsiz düha Nizami Gəncəvi haqqında
cild-cild kitablar yazılmış, elmi məqalələr
çap olunmuş, şərəfinə qiymətli fikirlər
söylənmişdir. Hindistanın türk əsilli şairi N.Gəncəvinin
xələfi Ə.X.Dəhləvi
şairin yaradıcılığını
belə qiymətləndirir:
Nizami hər
sözü demiş birinci
Qoymamış cilasız qalsın bir inci.
Nizami elə
fitri istedada malik şəxsiyyətdir
ki, hər misrası, hər sözü aforizmə çevrilmişdir. Çünki
şair sözləri
dəyərli, məzmunlu
formada işlədirdi:
İncitək sözlər seç az danış,az din,
Qoy az sözlərinlə dünya
bəzənsin.
Söz mülkünün xiridarı, əxlaq, mərifət ustadı N.Gəncəvinin qələmindən
süzülən hər
kəlməsi bizə
həyatı, ətraf
aləmi, kainatı öyrədən bir açardır. Çünki
O, dövrünün bütün
elmlərinə, vaqif olmaqla hər bir elmi məktəbi şeir dilində çatdırır.
Nizami nəinki yaradıcı insanların,
həm də elm sahəsində çalışan şəxslərin
də müraciət etdiyi qiymətli xəzinədir. Onun elmlərlə bağlı
fikirləri şeirlə,
şeirləri isə
elmlə qarışaraq
öz dəyərini,
mənasını daha
da dərinləşdirmişdir.
Bir insan nə qədər savadın, hər tərəfli elmi biliklərin mahir bilicisi olmalıdır ki, belə qiymətli
əsərlər yarada
bilsin. Necə ki, şairin vurğuladığı kimi:
Bir elmi
öyrənmək istədikdə
sən,
Çalış ki, hər şeyi
kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Böyük mütəfəkkir Nizami
Gəncəvi bütün
qapıların yalnız
elmlə, yüksək
zəka ilə insanların üzünə
açıldığını çatdırır:
Qüvvət elmdədir başqa
cür heç kəs,
Heç kəsə üstünlük
eyləyə bilməz.
Nizaminin irsi, külliyatı bitib-tükənməyən bir
xəzinədir. O,yaşadığı
dövrün tarixini, xalqın həyatını,
mübarizəsini, qəhrəmanlığını,
zəngin və çoxcəhətli mədəniyyətini
dərindən öyrənmiş,
bunları əsərlərində
yüksək sənət
dili ilə əks etdirmişdir. Ədəbiyyatşünas alim
F.Köçərlinin dediyi
kimi: “Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir.”
Nizaminin əsərlərində astronomiya,
riyaziyyat, fəlsəfə,
kosmologiya, həndəsə,
tibb, ilahiyyat, əxlaq (etika), musiqi, təbiətşünaslıq
və digər elmlərə rast gəlinir. Onun bütün bu
elm sahələrinə yüksək
səviyyədə yanaşması
Nizaminin bilik dairəsinin nə qədər geniş və dərin olduğunu göstərir.
Şair elmi mülahizələrini
ortaya çıxarmaq
üçün çox
zaman Qurani-Kərimdən
ayələrini hədisləri,
mötəbər rəvayətləri
dəlil kimi göstərir. Elmdə qəbul
olunmuş bütün
qanuna uyğunluqları
dərk edərək,
yəni mexaniki hərəkət haqqında
elmi prinsipləri mənimsəyərək, qüvvə
mənbəsinin Allah olduğunu
bildirir.
Bəli,
hər bir bilici başa düşür ki,
Dolananı bir dolandıran
var
Qarı
arvadın dolandırdığı
çarx (cəhrə)
ilə
Dolanan çarxı (fələkləri)
müqayisə et
(Xosrov
və Şirin)
Burada filosof-şair
Nizami mötəbər
bir hədisdən qaynaqlanaraq çatdırır
ki, dinində möhkəm olan qarıdan soruşanda ki, Allahın varlığına necə
inanırsan? O, əlini cəhrədən çəkir
və deyir ki, bu cəhrəni
firladaramsa hərəkətə
gələcək demək
bu dünyanı da yönəldən bir qüvvə var.
Nizami fəlsəfəsinin
kökündə ilahi
sevgi dayanır. Məhz bu
ilahi eşqdən bəhrələnərək şair
dünyəvi elmlərin
qapısının açarını
əldə etmişdir.
O, ilahinin verdiyi fitri istedad, dərin zəka ilə qazandığı
biliklər sayəsində
elm və mərifət
çeşməsi yaratmışdır.
Böyük dühanın
incitək sapa düzdüyü, sözlərin,
kəlamların arxasında
əziyyət, zəhmət
dayanır:
Hər dürrü ağzımdan
çıxarmaq istəyəndə
Neçə duruşla döş-döşə
gəlirəm.
Yüz dəfə odlanıb, beynimi yandırmaqla
Gecələr bur şəbçıraq ələ gətirirəm.
(Xosrov və Şirin)
Söz xiridarının
söylədiyi kimi şam işığında
elminin gücü ilə qazandığı
cəvahirləri, gövhərləri
bizlərə bəxş
etdiyi, Zəm-Zəm bulağı tək tükənməyən bir
xəzinədir. Nizami bəşəriyyətin cazibə, eşq üzərində qurulduğunu
söyləyir. Bu fikrin önündə ilahi eşq dayanır. Şairin hər kəlməsi, hər sözü ilahi eşqdən güc alır:
Eşqidir mehrabı uca göylərin,
Eşqisiz ey dünya nədir
dəyərin?!
Eşqsiz
olsaydı xilqətin canı
Dirilik sarmazdı
bütün cahanı.
Mənəvi aləmdə eşq elmdə cazibə qüvvəsini göstərən
alim-şair kainatın
idarə olunmasında
eşqin, sevginin mühüm amil olduğunu göstərməyə
çalışır. Nizami həm
dini, həm də elmi baxımdan
qaranlıq məsələlərə
aydınlıq gətirməyə
çalışır. Əlbəttə hamısının dəlillər gətirərək
elmi izahını da verir.
Maqnit əgər aşiq olmasaydı,
O, şövqlə dəmiri
necə çəkə
bilərdi.
(Xosrov
və Şirin)
Yaşadığımız Sovet imperiyası dönəmində bu kimi fikirlər söyləmək, bu kimi yanaşmalar dini fanatizm kimi
qiymətləndirilirdi. Nizami yaradıcılığında sevgi ancaq bəsit
çərçivəyə sığışdırılır: aşiqin-məşuqa, gülün-bülbülə
sevgisi kimi tərənnüm olunub. Əslinə
qalarsa Nizami zəkası, bütün
baryerləri aşaraq
bəsit sevgi anlayışını kölgədə
qoyur. Onun fəlsəfəsi dar çərçivəyə
sığmır, ümumbəşəri
sevgini özündə
ehtiva edir. Beləliklə ilahi sevgidən
qaynaqlanan bir dühanın əsərlərinin
hər misrası hikmət, mərifət mənbəyinə çevrilir.
Şairin zəka boğçasından
açdığı süfrədən
hər kəs bəhrələnə bilər,
çünki nemətləri
tükənməzdir. Onun yaradıcılığını
hələ çox nəsillər tədqiq və təhlil edəcək. Həqiqətən də Nizami nadir şəxsiyyətdir.
Həbibə ƏLİYEVA,
AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı
Azad Azərbaycan.- 2021.- 29 aprel.-S.3.