Ölümsüz qəhrəmanlar: Şəhid
Gündüz Əliyev
Vətənpərvərliyin
ən ali məqamı şəhidlikdir. Bu
ucalığa yüksələnənlərin
ömür yolu qısa da olsa,
şərəfli və
örnək sayılır.
Bu gün mən şəhidliyin zirvəsinə ucalmış
08.02.2002-ci ildə Lerik
rayon Loda kəndində zəhmətkeş
bir ailədə dünyaya göz açan Əliyev Gündüz Etibar oğlu haqqında danışmaq istəyirəm.
Zəhmətkeş ailədə dünyaya göz açan qəhrəmanımız ailənin
sevimli övladı idi. Ürəyi daima vətənçün
döyünən Gündüz
08.05.2020-ci il tarixdə
həqiqi hərbi xidmətə yollanır. Hamının sevimlisi olan Gündüz verilən tapşırıqları
vaxtında yerinə yetirdiyi üçün dəfələrlə komandanlıq
tərəfindən qiymətləndirilib.
Xidməti dövründə
özunə çoxlu
sayda dostlar qazanan Gündüz hamının sevimlisi idi.
Şəhidlik zirvəsinə ucalmaq ən böyük qürurdur. Mənfur düşmənlərin
27.09.2020-ci il tarixdə
başladıqları İkinci
Vətən müharibəsində,
doğma Qarabağ torpaqlarımızın işğaldan
azad edilməsi uğrunda gedən döyüşlərə qoşulan
Gündüz Suqovuşan
istiqamətində igidlik
göstərərək xeyli
sayda mənfur düşməni məhv etmişdir. Lakin Gündüz qələbə sevincini yaşaya bilmədi. 30 sentyabrda Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla
şəhidlik zirvəsinə
ucaldı.
Nur üzlü
Şəhidimiz Gündüzün
ölümsüz ruhunun
qarşısında dərin
ehtiramla baş əyirik. Gündüz kimi Vətən yolunda canından keçən Azərbaycan
oğulları xalqımızın
yaddaşında əbədi
yaşayacaq.
Raziyə KAMİLQIZI
Azad Azərbaycan.-
2021.- 19 avqust.- S.5.