Kamranın Vətən
sevgisi ilahi sevgi idi
Vətənə
məhəbbət, torpağa bağlılıq lap uşaq
yaşlarında Kamran Ceyhun oğlu Səmədovun qəlbində
özünə yer etmişdi. Elə
bu saf və
ülvi dəyərlərlə
müstəqil həyata
qədəm qoyan Kamran yalnız nəcib, xeyirxah əməllərə can atır və nə edirsə onu insanların xoşbəxt yaşayışına
yönəldir. Məhz
buna görə də dünyaya göz açdığı
Lənkəran rayonunun
Liman şəhərində
kiçik də, böyük də ona hörmətlə yanaşır, nüfuzunu uca saxlayırlar.
Kamranın 2015-ci ildə başlanan həqiqi hərbi xidməti onun gənc ömrünə yeni dəyərlər qatır. O, doğma Azərbaycanın müqəddəsliyini
hər şeydən əziz tutur, ona layiqli, etibarlı,
sədaqətli övlad
olduğunu vicdanlı
xidməti ilə sübut edir. Həm də mərdliyini, Vətənə
sonsuz məhəbbətini
görən əsgər
yoldaşları Kamranı
özlərinə iftixar
mənbəyi, qeyrət
yeri bilirlər.
Əsgərlikdən sonra da Vətənin,
xalqın xoşbəxtliyi
üçün çalışmaq
Kamranın bütün
arzularının zirvəsində
dayanır. Nəcib, ülvi arzularla yaşayan gənc Qarabağ torpaqlarını
işğal altında
saxlayan erməni faşistlərdən qisas
almağı da unutmur. Odur ki,
27 sentyabrda İkinci Qarabağ müharibəsi
başlanan gündən
könüllü olaraq
xalqın mərd oğullarına qoşulub
əlinə silah alıb döyüş meydanında düşmənə
qarşı vuruşur.
Ağır müharibələr
görür, bir qarış Vətən torpağının düşmən
tapdağına çevrilməməsindən
ötrü canından
keçməyə belə
hazır olur. Ulu yurd yerləri
qarış-qarış azad
olduqca, sanki bu Kamrana yeni
güc, qüvvə verir, odun-alovun içində düşməndən
ürəyincə qisas
ala bilir. Oktyabrın 31-də Qubadlı
döyüşlərində minamyot mərmisi 23 yaşında Kamranın Vətən məhəbbətli
ürəyini susdurur.
Bununla da Azərbaycan daha bir layiqli övladını
itirir.
Kamran döyüşlərə
manqa komandiri kimi qatılmışdı.
Tabeliyində olan əsgərlərə qardaş
münasibəti bəsləyir,
həmişə də
onlara deyir ki, Vətən müqəddəsdir, onun uğrunda həlak olanlar ölmürlər. Milyonların ürəyinə
köçən şəhid
Kamran da belə. Azərbaycan var olduqca onun
adı dillərdə
dastana dönəcək.
Qalib şəhidimiz
ölümündən sonra
dövlət tərəfindən
“Qubadlının azad olunmasına görə” medalına layiq görülüb.
Zəfər ORUCOĞLU
Azad Azərbaycan.- 2021.- 19 avqust.-
S.5.