Soltanağa Talıbzadənin
qəhrəmanlıq dastanı
44 günlük Vətən Müharibəsi
zamanı könüllü hərbi xidmətə
gedərək qəhrəmanlıq göstərən, xeyli sayda düşməni
məhv edən, alnı acıq, üzü
ağ el-obasına qayıdan Soltanağa Fəxrəddin oğlu
Talıbzadəyə həsr edilir.
İnsanlıq dərsidir vətəni sevmək,
Vətənin yolunda hər cövrə dözmək.
İşğal olunsa ölkənin torpağı,
O yerin olmaz fərəhi, növrağı.
Xalqın övladı vətənə can qoyar,
Qəhrəman oğullar ona
can qıyar.
Danışırıq belə qəhrəmanlardan,
Millətin qisasını alanlardan.
İlk günlərdən qoşuldu
çağırışa,
Füzulidən başlamışdı vuruşa.
Cəbrayıl, Qubadlı, həm
Zəngilanda,
İgidlik göstəribdir hər bir anda.
Qarı
düşmənlərdən qisas alıbdır,
Qanlı döyüşlərdə zəfər
çalıbdır.
Ya Qarabağ, ya da ölüm demişdi,
O, bu yolda Qurana
and içmişdi.
Soltanağa adlı qəhrəman
oğlan,
Ulu Xələflilər nəslindən
olan,
Könüllü getmişdi müharibəyə,
Əvvəldən ruhlanmışdı qələbəyə.
Məqsəd aydın, torpaqlar
işğaldadır,
Geri almaq mütləq
bir amaldadır.
Qırx
dörd günlük müharibə dövründə,
Cəsur
əsgər döyüşlərin
önündə,
Hər qarış torpaqçün
döyüş gedirdi,
Ordumuz sürətlə
həmlə edirdi.
Kərbəlayi Fəxrəddinin oğludur,
Ürəyi vətən eşqiylə
doludur.
Talıbzadə soyadlı Soltanağa,
Ucala-ucala gəlib bu çağa.
Xələflilər böyük nəsil sayılır,
Qol-budağı, izi hər yerdə
qalır.
Şəcərənin təmiz, nəcib zatı var,
Çox yerlərdə nüfuzu var, adı var.
İndi
də söylənir sözü, söhbəti,
Davamçılar qoyuyur bu şöhrəti.
Şərəfə Masallının
bir kəndidir,
Bu el-obanın gözəl,
sər kəndidir.
Şərəfə kəndində Dadaş bəy olub,
Ad-sanı, hörməti
indi də qalıb.
Çətin anlarda xalqa çörək
verib.
Darda qoymayıb,
ürək-dirək verib.
İki qız və tək bir oğul
böyüdüb,
Pərvazlandırıb, verib hər öyüdü.
Oğul
Soltanağa gənclik
çağında,
Sovet dövləti əsgər
çağıranda,
Həlak
olub müharibə zamanı,
Bilinməyib yeri, heç bir məkanı.
Qəhrəmanlıq göstərib, vuruşubdur,
Yad ellərdə
torpağa qarışıbdır.
Bacısı Əfruz xanım
ağlar qalıb,
Xəstəlik tapıb, sinə dağlar qalıb.
İllər sonra o, oğul nəvəsinə,
Şirin,
şəkəri noğul
nəvəsinə,
Soltanağa adını bağışlayıb,
Bu ad ilə nəvəni
alqışlayıb.
Vəsiyyət edib müharibə
olsa,
Soltanağa əsgərliyə çağrılsa,
Qardaşımın da alsın qisasını,
El-oba eşitsin mərd sədasını.
Zaman gəldi müharibə başlandı,
Ad Vətən müharibəsi
adlandı.
Nəvə Soltanağa yollandı
hərbə,
Döyüşdə addımladı hər tərəfə.
Vuruşub yağıdan qisas
alırdı,
Düşmən canına vahimə salırdı.
Orada hər məqam ölüm saçırdı,
Ermənilər ölür, ya da qaçırdı.
Soltanağa kimi mərd əsgərlərin,
Heç
nədən qorxmayan igid ərlərin,
Sərrast tuşladıqları mərmilərin,
Yayılan od-alovlu qəlpələrin,
Hədəfə düşməsi nəticəsində,
Erməni
postlarının neçəsində,
Məhv
olurdular, heç kəs sağ qalmırdı,
Kənd şəhərlər, torpaqlar
alınırdı.
Hər addımda ölümlə
qarşılaşdı,
Neçə təhlükəni, qorxunu
aşdı.
Dəfələrlə çıxıb
mühasirədən,
Keçib dağlardan, təpədən
dərədən.
Yenə
hücumu davam etdiribdi,
Qarşı tərəfə zərbə
endiribdi.
Döyüş yoldaşlarına can yandırıb,
Mütləq qələbəmizə inandırıb.
Çətinə düşəni ordan
qurtarıb,
Neçə döyüşçünü dardan qurtarıb.
Vuruş
zamanı şəhid
olanları,
Döyüş gedən yerlərdə
qalanları,
Bizə
tərəf daşıyıbdır
çiynində,
Çəkinmədən od-alovun içində.
Yaralı
əsgərlərə yardım
edib,
Həkimə təhvil verib, önə gedib.
Soltanağa düşmən bağrı
dəlirdi,
Hər gün igidlik sorağı gəlirdi.
Seçilirdi əsgərlər arasında,
İgid, mətin döyüşçü
sırasında.
Hərdən eviylə əlaqə
qururdu,
Qızı Fatimə ona zəng vururdu:
“Ata, fəxr edirəm, sən döyüşçüsən,
Torpaq azad edən, həm keşikçisən.
Sorağınız yaxşı gəlir,
afərin,
Salamat ol, olmasın heç dərd-sərin.
Səninlə qürur duyuruq atacan,
Bilirəm düşmənə verməzsən sən can.
İgidliklə qoruyursan vətəni,
Gözləyirik səbirsizliklə səni”.
Əmisi
Fərahim Soltanağanı,
Axtarıb, zənglə alıb
sorağını,
Ruhlandırıb ona ilham verirdi,
Əsgər hər çətinə sinə gərirdi.
Professorun
hər bir sözü mətin, şad,
Qalib əsgərə
verirdi qol-qanad.
Nəhayət qələbə çaldı
ordumuz,
Rahat nəfəs
aldı dogma yurdumuz.
Doğma
ocağına qayıtdı
Soltan,
Belə igidlərə yazılsın
dastan.
Əfruz
nənəyçün qəbristana
getdi,
Nənə məzarını ziyarət
etdi.
Sonra da getdi əmi
hüzuruna,
Yol aldı
böyük əmi məzarına.
Ziyarət etdi Hacı Abutalıbı,
Talıblılar fəxri olan Talıbı,
Doğma
ruhlara oxudu dualar,
Dua etdi ki, rahat olsun
ruhlar.
Soltanağanın ömür-gün yoldaşı,
Badı
xanımdır dayağı,
sirdaşı,
Müəllimədir, dərs deyir məktəbdə,
Müdrik xanımdır o, hər bir mətləbdə.
Xoşbəxt ailəyə xeyir
söyləyək,
Həyatınız uğurlu olsun - deyək.
Soltanağanı var tanımağımız,
İdman müəllimi qəhrəmanımız.
Böyük qardaşı Xələf
Talıbzadə,
Mərdlik nümunəsi həddən
ziyadə,
Taqım
komandiri hərbi hissədə,
Bu hərbi hissə
yerləşir Şəkidə.
Hünərli zabit tək bizim Xələf də,
Döyüşlərə başladı ön cəbhədə.
Zabit kimi yalnız əmr vermirdi,
Vuruşurdu, cəsurluq göstərirdi.
Tabeçiliyində olan əsgərlər,
Komandir tək qorxmaz oldu, hünərvər
Ona baxıb nümunə götürərək,
Hər hücumda cəsarət göstərərək,
Dığalara amansızlıq göstərib,
Vurub, hər birini torpağa sərib,
Keçib hər bir istehkamı, sədləri,
Ötüb gedirdilər bütün hədləri.
Xələfin taqımı son döyüşədək,
Vətən müharibəsi bitənədək,
Torpaqlar
aldı, mətinlik göstərdi,
Haqq yolunda qalib gəlmək hünərdi.
Qeyq eləyək, itməsin haqqı-sayı,
Qələbədə onun da oldu
payı.
O, da ilk gündən zəfərə inandı,
Odur ki, hər addım zəfər qazandı.
Xələflilər nəsli bu yüz ildə
də,
Hər işdə, hər yerdə, müharibədə,
Hünər göstərdilər, ad qazandılar,
Özünü vətənə borclu sandılar.
Xələfli nəsli daima ucalsın,
Şərəfli ad-sanla tarixdə
qalsın!
ƏHSƏN RƏHMANLI
Azad Azərbaycan.- 2021.- 4 fevral.-
S.11.