Milli-mənəvi dəyərlər xalqımızın
kimlik vəsiqəsidir
İnsanı
cəmiyyətdə formalaşdıran, təkamülə
aparan onun
mənsub olduğu
xalqın milli-mənəvi
dəyərləridir
Milli-mənəvi dəyərlərimiz xalqımızın
simasında hər zaman mövcud olub. Bizi digər
xalqlardan fərqləndirən
də elə bir çox məqamda milli-mənəvi
dəyərlərimiz, mədəniyyətimiz,
mənəviyyatımız olub. Bu mənada
Azərbaycan ailəsi
də başqa ailələrdən fərqlənir.
Ailələrimizdə böyüyə
hörmət, ata-anaya
sevgi, ehtiramla davranmaq, kiçiklərə
qayğı, diqqət
hər zaman əsas göstəricilərdən
biridir. Çünki bir milləti var edən və
daima ayaqda saxlayan onun milli-mənəvi
dəyərləridir.
«Xalqımızın
mənəvi dünyasını
zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan
milli-mənəvi dəyərlərimiz
Azərbaycanın yüksək
əxlaqi xüsusiyyətlərinin
təcəssümüdür» - desək təbii ki, yanılmarıq. Öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı
və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri,
milli xüsusiyyətləri
ilə dünya mədəni irsində özünəməxsus yer
tutur. Uzun illər aparılan tədqiqatlar, araşdırmalar
qədim köklərə
malik Azərbaycanın
bir çox adətini əsrlər boyu qoruyub saxladığını
üzə çıxarır.
Azərbaycanın milli
dəyərləri min
illər əvvəl formalaşan, bu günədək demək
olar ki, dəyişilməyən, itirilməyən
dəyərlərdir. Bu
dəyərlər vahid
xalq olaraq formalaşmağımızda da
əhəmiyyətli rola
malikdir.
Mənəvi dəyər özünün
fiziki və mənəvi varlığını
qoruyub saxlamaq, yaşatmaq üçün
hər hansı sosial qrup və
ya cəmiyyətin əksər üzvlərinin
doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd,
əxlaq normaları və inanclardır. Bu gün dövlətin hər cür resurslardan səmərəli
istifadə yolları ilə formalaşdırmağa
çalışdığı başlıca dəyərləri
belə xarakterizə edə bilərik: ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq,
qanunlara hörmət,
dinə hörmət,
eyni zamanda tolerantlıq, çalışqanlıq,
qonaqsevərlik, yardımsevərlik.
Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə
çatdırılması bu gün daha
çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan
xalqının formalaşmasına
təsiri böyük
olduğu kimi, milli dövlətçiliyimizin
möhkəmləndirilməsində də xüsusi rolu vardır. Bu dəyərlərin qorunması və gələcək nəsillərə
çatdırılması isə hər zaman aktualdır. Ona görə ki, milli dəyərlərimizin
Azərbaycan xalqının
formalaşmasına təsiri
böyük olduğu
kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində
də xüsusi rolu vardır.
Mənəvi Dəyərlərin Təlbiği
Fondunun icraçı
direktoru Mehman İsmayılov bildirib ki, milli-mənəvi dəyərlər xalqımızın
kimlik vəsiqəsidir:
«Bir xalqın və ya bir
ölkənin digər
xalqlar və ölkələr arasındakı
yeri həm də onun milli-mənəvi
dəyərləri ilə
ölçülür. Azərbaycan
xalqı zəngin dəyərlərə sahibdir.
İndi ki, qloballaşma şəraitində
bu dəyərlərin
qorunması və təbliği mühüm
əhəmiyyət kəsb
edir. Hər şeydən əvvəl bu bizim milli
varlığımız və
mədəniyyətimizlə bağlı məsələdir.
Dəyərlərimizi qorumaq
milli kimliyimizi hifz etmək, onların təbliği isə mədəniyyətimizin
təbliği deməkdir.
Müasir dünyada kimliklərin, mədəniyyətlərin
və dəyərlərin
təbliği və tanıdılması üçün
imkanlar daha genişdir və biz bu imkanlardan
maksimum istifadə etməliyik”.
Psixoloq Elnur
Rüstəmov isə
qeyd edib ki, milli-mənəvi dəyərləri qorumaq bu gün əslində
heç də asan məsələ deyil: «Nəzərə almaq lazımdır ki, bu gün
gənclərin bir çoxunun internetə çıxışı var.
İnformasiya isə bir istiqamətdə ötürülmür. Xarici
filmlər, sosial şəbəkələr vasitəsilə
dünyaya inteqrasiya gənclərin psixologiyasına
təsir edən mühüm amillər sırasındadır. İnsanlar
arasındakı gərginlik
və stress də təsir edən faktorlar qisminə aid olunur. Bu isə
istər milli-mənəvi,
istər ailə dəyərlərinin itməsinə,
istərsə də müəllim-şagird, valideyn-övlad
münasibətlərinə öz təsirini göstərir. Milli-mənəvi
dəyərlərimizi gənclərə
təlqin etmək üçün ilk növbədə maarifləndirmə
işləri aparılmalıdır.
Bundan başqa, milli-mənəvi dəyərlərimiz
dərindən təhlil
edilib araşdırılmalı
və bu istiqamətdə əsaslı
tədbirlər görülməlidir.
Yalnız bu halda hansısa nailiyyət əldə bilərik".
E.Rüstəmov vurğulayıb ki, milli-mənəvi dəyər
anlayışını gənclərə
təlqin etməyin müxtəlif üsulları
var: "Örnək olaraq qardaş ölkə Türkiyəyə
baxmağımız yetərlidir.
Türkiyə Avropaya bizdən daha tez inteqrasiya edib. Lakin bununla
yanaşı, onlar üçün mühüm
olan ilk növbədə vətənpərvərlik
və milli-mənəvi
dəyərləridir. Onlar
vətənpərvərliyi təkcə müharibə
etməkdə görmürlər.
Onlar gənclərdə
bayrağa, vətənə,
millətə sevgini kiçik yaşlarından
aşılayırlar. Onlar
bununla bəzi şeylərin müharibəsiz
də mümkün ola biləcəyini dünyaya bəyan edirlər. Bu gün Azərbaycan gəncinə milli-mənəvi
dəyərlərimiz təlqin
edilməlidir. Düşmən
zatən bəllidir. Ona görə də bu istiqamətdə hər bir gənc
öz üzərinə
düşən vəzifəni
yerinə yetirməli olduğunu dərk etməlidir. Əgər bu gün gənclərimizin
bir hissəsi cəbhədə vuruşursa,
digər bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir.
Hər kəs əlinə silah ala bilməz. Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini
müxtəlif üsullarla
müdafiə edə bilər. Mühüm olan gənclərimizə bunun öyrədilməsidir.
Bu gün dünyanın bir çox ölkələrində
gənclərimiz təhsil
alır, işləyir.
Onlar bizim milli-mənəvi dəyərlərimizi
dünya müstəvisində
tanıtmalıdır. Bunun
üçünsə valideynlər
öz övladlarına
bu ruhda, bu istiqamətdə tərbiyə verməyi bacarmalıdır. Uşaq
öz dövlətini,
bayrağını tanımalı,
adət-ənənəsinə, milli dəyərlərinə
yaxından bələd
olmalıdır"
Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq da ən vacib
şərtlərdəndir. Çünki dünya xalqları arasinda milli-mənəvi dəyərləri
ilə tanınan Azərbaycan xalqı yaşatdığı və
təbliğ etdiyi bəşəri ideyaları,
adət-ənənələri, milli xüsusiyyətləri
ilə özünəməxsus
yer tutur.
İnsanı cəmiyyətdə formalaşdıran,
təkamülə aparan
onun mənsub olduğu xalqın milli-mənəvi dəyərləridir.
Bu qaydalar dünya svilizasiyasının
təməli qoyulandan
yaranmağa başlamışdır.
Dəyərlərin formalaşması
prosesi nəticədə
dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər
yaranır. Milli-mənəvi
dəyərlər insanı
cəmiyyətdə formalaşdıran,
təkamülə aparan
davranış qaydalarıdır.
Bu qaydalar dünya svilizasiyasinin təməli qoyulandan yaranmağa başlamışdır.
Dəyərlərin formalaşması
prosesi nəticədə
dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər
yaranır. Hər bir xalqın, millətin mövcudluğu
onun ana dilinə, adət-ənənələrinə,
öz mədəniyyətinə,
ədəbiyyatına, tarixinə
bağlılığından asılıdır. Azərbaycan
xalqı bu günədək məhz milli-mənəvi dəyərlərinə
sadiqliyi sayəsində
özünün mövcudluğunu,
milli özünəməxsusluğunu
qoruyub saxlaya bilib. Xalqımızın ən böyük sərvətlərindən biri
onun zəngin milli mədəni, maddi, ədəbi, dövlətçilik irsinə
sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən
əsrlər boyunca yaradılıb və onun böyük bir hissəsi bu günədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar olması
onun mənəvi əsaslarının milli dəyərlərlə nə
dərəcədə səsləşməsindən
asılıdır.
Milli adət-ənənələrin
öyrənilməsi və
onların mənəvi
dəyərlər sisteminə
çevrilməsi də
bu baxımdan həmişə aktual olub. Çünki, tarixin bütün dövrlərində millətin
və xalqın ictimai şüur səviyyəsini əks etdirən adət və ənənələr
həm də mədəni tərəqqinin, əxlaqi
xüsusiyyətlərin göstəriciləri
kimi çıxış
edib.
Cavanşir QƏDİMOV
Azad Azərbaycan.-
2021.- 18 fevral.- S.9.