MÜBARİZ ƏSGƏR
KİMİ
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin etimadını ləyaqətlə doğruldan, Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən, ölkəmizin tərəqqisi və çiçəklənməsi naminə əməyini əsirgəməyən, asayişimizin keşiyində igidlik nümayiş etdirən Azərbaycan Respublikası Daxili işlər naziri general–polkovnik Vilayət Eyvazova.
Ən çətin peşəni özünə seçdin,
Ən çətin
yollardan inamla keçdin.
Şərin, cinayətin durdun
qəsdinə,
Haqqın, ədalətin yolunu seçdin.
Ölkədə olmalı əmin-amanlıq,
Kimsə düz yolunu azmamalıdır.
Hər kəs əməlinə cavab verməli,
Cinayət cəzasız qalmamalıdır.
Qanunlara
sözsüz əməl
olmalı,
Asayiş, intizam qorunmalıdır.
İnkişaf etdikcə gözəl
ölkəmiz,
Cəmiyyət saflaşıb durulmalıdır.
Belə
bir inamla döyünür qəlbin,
Yüksək etimada layiq olmusan.
Daim sədaqətli bir insan kimi,
Vəzifə borcuna sadiq olmusan.
Razılıq doğurur xalqa xidmətin,
Aydın mövqeyin var, düz məramın var.
Hamıya
xoş gəlir əzmin, niyyətin,
Yox olsun ölkədən qoy cinayətkar.
Coşur
ürəyində saf
məhəbbətin,
Vətənə xidməti şərəf
sanmısan.
Kökü kəsildikcə cinayətlərin,
Özünə sən saysız
dost qazanmısan.
Yolunu azanın, cinayətkarın,
Qabağında varsan bir sipər kimi.
Sən xalqın, dövlətin mənafeyini,
Daim qoruyursan bir əsgər kimi.
Məqsədin, məramın xalqa xidmətdir,
Vətən sevgisiylə ürəyin vurur.
Güclü Azərbaycan polisi
bu gün,
Öz xoş niyyətiylə zirvədə
durur.
Bəxtiyar HÜSEYNOV,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
yazıçı-publisist
Azad Azərbaycan.-
2021.- 1 iyul. S. 3.