Azərbaycan polisi ayıq-sayıqdır

 

Daxili işlər orqanlarının yenidən qurulması Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu nəticəsidir

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra Daxili İşlər Nazirliyi əməkdaşlarının vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə peşəkarlığının artırılmasına xüsusi önəm verdi. 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa etmiş respublikamızda baş verən dağıdıcı proseslər, yaranmış hakimiyyət böhranı idarəolunmaz vəziyyət dövlətçiliyin əsas sütunlarından olan polis orqanlarına da mənfi təsir göstərmişdi. Ölkədə cinayətkarlıq kəskin şəkildə artmış, kriminogen durum nəzarətdən çıxmışdı. Yalnız 1993-cü il iyunun 15-də xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə qayıtması dövlətçiliyimizi uçurumdan xilas etdi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradıldı onun sıraları dövlətinə xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirildi

 

Bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Ulu Öndərin qoyduğu təməllər üzərində güclü dövlət qurulmuşdur. Ölkəmizdə siyasi sabitlik, əmin-amanlıq hökm sürür, qanunun aliliyi təmin edilir, insan hüquqları ədalətli şəkildə qorunur. Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır.

 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan polisinin bugünkü peşəkar səviyyədə formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdən biri Daxili İşlər orqanlarını, nazirliyin işinin yenidən qurulması idi. AXC- Musavat iqtidarı rəhbərlərinin günahı ucbatından onların xalqa zidd ermənipərəst siyasətləri nəticəsində ölkədə yaranmış qarşıdurmanı, vətəndaş itaətsizliyini, ictimai-siyasi sabitliyi bərpa edə biləcək, möhkəmləndirəcək, daxili işlər orqanlarının yenidən qurulmasına, möhkəmləndirilməsinə böyük ehtiyac var idi. Məhz Ulu Öndərin qətiyyəti yüksək təşkilatçılığı ilə bu orqan yeniləşdi. Heydər Əliyevin gərgin əməyi zəhməti sayəsində ağır, keşməkeşli yol keçərək, neçə-neçə sınaqları üzü çıxaraq, yüksək inkişaf, tərəqqi, inteqrasiya yoluna qədəm qoydu.

 

Artıq regionun qüdrətli dövlətinə çevrilmiş Azərbaycan bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth etməkdədir. Hələ müstəqilliyimizin kağız üzərində olduğu hakimiyyətdə naşı, başıpozuq dövlət-xalq, müstəqillik məvhumlarını anlamayan mütəllibovların, AXC-Müsavat iqtidarının "liderləri" İsa Qəmbər, Əli Kərimov, İsgəndər Həmidov başqalarının günahı ucbatından qədim tarixə malik olan Azərbaycan dövlətinin həyatında ən dəhşətli faciə ilə nəticələnə biləcək şərait yaranmışdı. Avantürist liderlər özlərindən şərəfsiz, ləyaqətsiz, öz şəxsi maraqlarını xalqın, dövlətin maraqlarından üstün tutan şəxsləri ölkənin hüquq-mühafizə sistemində, o cümlədən Daxili İşlər Nazirliyi, müdafiə, təhlükəsizlik nazirləri sistemində yerləşdirmişdilər. Şəxsi maraqları dövlət maraqlarından üstün tutduğundan - AXC-Müsavat iqtidarı bilərəkdən güc strukturlarında olan vəzifəli şəxslərin köməyi ilə torpaqlarımızın ermənilər tərəfindən işğala məruz qaldığı bir vaxtda ölkədə vahid birlik, sabitlik yaratamaq əvəzinə, erməni işğalına zəmin formalaşdırmaq, ölkəni parçalamaq, müstəqilliyimizi məhv etmək məqsədilə respublikada özbaşınalıq, anarxiya yaratdılar, sabitliyi, asayişi pozdular. Ayrı-ayrı şəxslərə xidmət edən silahlı dəstələr at oynatmağa başladı. AXC-Müsavat iqtidarının yarıtmaz kadr siyasətinin nəticəsi idi ki, ölkə hüquq-mühafizə orqanlarının nəzarətindən çıxmışdı. Bu orqan da siyasətə cəlb edilmişdi. Müdrik xalqımız belə bir tarixi anda ölümlə-qalım arasında öz liderinə müraciət etdi. Heydər Əliyevin tarixi qayıdışı ölkədə sosial tərəqqinin, sabitliyin, ictimai asayişin bərpasının əsasını qoydu. Ulu Öndər müdriklik nümayiş etdirərək ölkənin dirçəldilməsinin iqtisadi-sosial inkişafının, beynəlxalq aləmdə nüfuzunun bərpa olunmasının vətəndaşlarımızın rahatlığının tam təmin olunması üçün ilk növbədə ölkədə xaosun, anarxiyanın, silahlı dəstələrin aradan götürülməsinə, sabitliyin, ictimai asayişin bərpa olunması məsələsini önə çəkdi. Çünki ölkədə sabitlik olmasa heç bir inkişafdan söhbət açmaq olmazdı. AXC-Müsavat iqtidarının çürük kadr siyasəti nəticəsində hüquq-mühafizə orqanlarında islahatlara başlandı. Çünki daxili işlər orqanlarında AXC-Müsavat kadrlarından təmizləmə əmliyyatı aparılmasaydı, sabitlik əldə etmək çətin olardı.

 

Yüksək vətənpərvərliyi, peşəkarlığı, öz xalqına, dövlətinə sadıqliyi ilə seçilən, hələ 1992-ci ilin 24 oktyabrında Naxçıvanda Heydər Əliyevin əleyhinə yönəldilmiş AXC-Müsavat iqtidarının təşkil etdiyi dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Naxçıvan camaatı ilə birgə dahi şəxsiyyət, Ulu Öndərimizin müdafiə olunmasında heç bir təzyiqdən qorxmayaraq fəallıq nümayiş etdirmiş bu siyasətə ürəkdən bağlı olan, AXC-Müsavat iqtidarının daxili işlər naziri İsgəndər Həmidovun əmrlərini rədd edən Naxçıvan polisinin fədakarlığını, peşəkarlığını, öz xalqına, dövlətçiliyimizə sədaqətlə xidmətini xüsusi qeyd etmək lazımdır.

 

Məhz həmin illərdə 1993-cü ilin tarixi qayıdış dövründən 1995-ci ilin ortalarınadək aparılan sabitliyin bərpası əməliyyatı öz bəhrəsini verdi. Təbii ki, bütün bunların əldə olunmasında asayiş keşikçilərinin xidməti əvəzsizdir.

 

Bu gün isə əbədiyaşar liderimiz Heydər Əliyev siyasətinin davamı olaraq prezident İlham Əliyevin hər bir sahəyə olduğu kimi polis orqanlarının inkişafına, fəaliyyətinin daha da genişlənməsinə xüsusi diqqət və qayğısı göz önündədir. Məhz bu diqqət və qayğının ən bariz nümunəsi peşəkar, vətənpərvər, milli maraqlarımıza şərəflə, vicdanla xidmət edən, dövlətimizin ən ali məqsədinə, vətəndaş hüquq və azadlıqlarının qorunub müdafiə olunmasına öz əməli işi ilə cavab verən general-polkovnik Vilayət Eyvazovun daxili işlər naziri kimi fəaliyyəti danılmazdır. Nazirliyin hər bir əməkdaşı, o cümlədən rayon, şəhər şöbələri, DYPBİ-nin əməkdaşları Azərbaycan Respublikası Polisi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq polisin təyinatı və əsas vəzifələrinin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Qanunçuluq, humanizm, insan və vətəndaş azadlıqlarına hörmət prinsipləri əsasında fəaliyyət göstərən Azərbaycan polisionun rayon şöbələri əməkdaşları, başda Tovuz rayon Polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov olmaqla qanunçuluq, humanizm, vətəndaş hüquq və azadlıqlarına hörmət prinsiplərinə şərəflə vicdanla xidmət edirlər. Azərbaycan polisinin tərkib hissəsi olan cəsur Tovuz polisi rayonda ictimai qaydanın, təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanıb. Polisin xidməti vəzifələrini layiqincə yerinə yetirməsinə kölgə salmağa çalışan bəzi siyasi blogerlər, ayrı-ayrı şəxslər bilməlidirlər ki, onların yalan təbliğatları heç bir nəticə verməyəcək. Məsələn Tovuz polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Yaşar Ramazanovun tutulmasını və onun həbsdə olarkən səhhətində olan problemlərlə əlaqədar olaraq yıxılaraq xəsarət alması nəticəsində ölməsini, onun döyülərək ölməsi kimi ictimaiyyətə sırımağa çalışmaları polisin fəaliyyətinə kölgə salmağa xidmət edir, həqiqəti əks etdirmir. Təəssüf ki, bu tip insanlar şərəfli polisimizin fəaliyyətinə çamur atmaqla, onların əzmkar fəaliyyətinə kölgə salmağa çalışırlar. Bu isə qeyd etdiyimiz kimi ancaq təəssüf doğurur

 

Azərbaycan dövlətçiliyinə və xalqımızın milli maraqlarına sədaqətlə xidmət edən, ictimai-siyasi sabitliyin keşiyində ayıq-sayıq dayanan, Ali Baş Komandan, prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə öz əməli işi, fəaliyyətilə cavab verən Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla Azərbaycan polisinə bu şərəfli işlərində uğurlar arzu edirik.

 

Peşə bayramınız mübarək!

 

Dəmir QURBANLI,

Azad Azərbaycan.- 2021.- 1 iyul. S. 3.