Ailə
öndə gələn müqəddəs dəyərlərdən
biridir
Millət vəkili:
«Ailəni qorumaq üçün ilk növbədə adət-ənənələrimizi,
dəyərlərimizi qorumalıyıq»
Azərbaycan
xalqı hər zaman
milli dəyərlərinə sadiq qalaraq
özünəməxsus adət-ənənələrini əsrlərlə
yaşatmış və inkişaf etdirmişdir. Əsrlərin sınağından çıxan bu
adət-ənənələr indinin özündə də cəmiyyətdə
və insane həyatında mühüm rola malikdir. Məhz adət-ənənələrimizin
saflığının nəticəsidir ki, Azərbaycanda
qurulan ailələr dayanıqlılığı və
mükəmməlliyi ilə seçilir. Bütövlükdə
ailə dayanıqlığı məsələlərində
adət-ənənələrin rolunu danmaq olmaz. Yəni bu kimi məsələlərdə onların
rolu böyükdür. Bunu
özlüyündə şərtləndirən bir sıra
faktorlar var.
Məsələn, bizdə ata-ana övladının təlim-tərbiyəsindən
tutmuş, onun fərd olaraq hərtərəfli yetişməsi,
təhsil alması və cəmiyyət üçün
layiqli şəxs kimi formalaşmasında özünəməxsus
rol oynayır.
Hər bir valideyn övladının xoşbəxt olmasına
çalışır və bu yöndə üzərində
böyük məsuliyyət hiss edir. Bunun nəticəsidir
ki, bizdə ailədə hər zaman böyük-kiçik
yeri tanınıb, böyüyə yüksək hörmət
mühiti olub. Sadalanan bu xüsusiyyətlər
bir çox ölkələrdə olduqca zəif inkişaf
edib. Yaxud da bizim ölkəmizdə
olduğu qədər bir-birini tamamlamır, vəhdət
halında deyil.
Millət
vəkili Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan ailəsi
tarixən zəngin adət-ənənələrə malik
olub: “Əsrlərin sınağından çıxan bu adət-ənənələr
indinin özündə də cəmiyyətdə və insan həyatında
mühüm rola malikdir. Məhz adət-ənənələrimizin
saflığının nəticəsidir ki, Azərbaycanda
qurulan ailələr dayanıqlılığı və
mükəmməlliyi ilə seçilir. Bütövlükdə
ailə dayanıqlığı məsələlərində
adət-ənənələrin rolunu danmaq olmaz. Təsadüfi deyil ki, Azərbaycanın ailə
modelini bir sıra xarici ölkə vətəndaşları
özləri üçün örnək hesab edir və
mümkün qədər bundan bəhrələnməyə səy
göstərir. Çünki ailə
dayanıqlılığı məsələlərində
adət-ənənələrimiz prinsipial əhəmiyyətə
malikdir. Bu cür unikal sistemin
formalaşması, təbii ki, əsrlərdən bəri
xalqımızın milli dəyərlərindən
süzülüb gələn adət-ənənələrin
bəhrəsidir. Zaman sübut edir ki,
sadalanan elementlər cəmiyyətə ancaq fayda və stimul
verir. Başqa bir tərəfdən, Azərbaycan
ailəsinə təsir göstərən adət-ənənələr
imperativ əsaslara söykənmir. Bu sadəcə,
xalqımızın öz içindən gələn bir mənəvi
duyğudur. Görünən odur ki, həqiqətən
də bizdə buna dairəvəzsiz örnəklər toplusu
var”.
“Ailə hər zaman öndə gələn müqəddəs
dəyərlər içərisindədir. Bu müqəddəs dəyərlərin
mühafizə olunmasında, milli mənəvi dəyərlərimizin
bizim üçün yazılmamış qanunları çərçivəsində,
hətta dövlətçiliyimizin belə bütövlənməsinə
xidmət göstərən nüansları var” – deyə qeyd
edən S.Vəliyeva əlavə edib ki, ailənin
dayanıqlılığı, bütövlüyünə
xidmət göstərən Azərbaycan kişisinin,
qadınının ləyaqət anlamı hər şeydən
ucada gəlir: “Ona görə də bu müqəddəs dəyərlər
çərçivəsində düşünəndə,
Azərbaycan xalqının milli kimliyində birmənalı
olaraq adət-ənənələrin dayanıqlı rolu
öz əksini tapıb. Ailənin uca, əziz
tutulması, bütün dəyərlərin fövqündə
durması onun dayanıqlılığına, eyni zamanda, əyilməzliyinə
gətirib çıxarır. O baxımdan
xalqımızın milli yaşantısında, ailənin
mühafizə olunmasında, bütöv bir ailə
anlamında tanıdılmasında bu dəyərlərin
qorunmasının, mühafizə olunmasının çox
böyük əhəmiyyəti var. Bu kimi müqəddəs
meyarlar, prinsiplər ailənin mühafizə olunmasına gətirib
çıxarır. Digər tərəfdən,
müsəlman kimliyimizi nəzərə aldıqda, dinimizin gətirdiyi
qaydalar içərisində Azərbaycan xalqının
ülvi adət-ənənələrini qoruması
büsbütün İslamın prinsipləri ilə də
üst-üstə düşür”.
Millət vəkili diqqətə çatdırıb ki,
ailə kiçik dövlətdir. Ailəni qorumaq
üçün birinci növbədə adət-ənənələrimizi,
dəyərlərimizi qorumalıyıq. Bu
səbəbdən də milli adət-ənənələrimizin,
dəyərlərimizin və nəhayət ailələrimizin
qorunması ən mühüm vəzifəmiz olmalıdır.
Şərqşünas
Seyid Camal Əzimbəyli də hesab edir ki, ailə
dayanıqlılığı məsələlərində
adət-ənənələrin rolu ölçüyəgəlməz
dərəcədə böyükdür: "Çoxluq kəsimi
içərisində hər zaman ailə öndə gələn
müqəddəs dəyərlər içərisindədir.
Ona görə də bu müqəddəs dəyərlərin
mühafizə olunmasında, milli-mənəvi dəyərlərimizin
bizim üçün yazılmamış qanunları çərçivəsində,
hətta dövlətçiliyimizin belə bütövlənməsinə
xidmət göstərən nüansları var. Bu baxımdan
ailənin dayanıqlılığı,
bütövlüyünə xidmət göstərən Azərbaycan
kişisinin, qadınının ləyaqət anlamı hər
şeydən ucada gəlir. Ona görə də
bu müqəddəs dəyərlər çərçivəsində
düşünəndə, Azərbaycan xalqının milli
kimliyində birmənalı olaraq adət-ənənələrin
dayanıqlı rolu öz əksini tapıb. Ailənin uca, əziz tutulması, bütün dəyərlərin
fövqündə durması onun
dayanıqlılığına, eyni zamanda, əyilməzliyinə
gətirib çıxarır. O baxımdan
xalqımızın milli yaşantısında, ailənin
mühafizə olunmasında, bütöv bir ailə
anlamında tanıdılmasında bu dəyərlərin
qorunmasının, mühafizə olunmasının çox
böyük əhəmiyyəti var. Bu kimi müqəddəs
meyarlar, prinsiplər ailənin mühafizə olunmasına gətirib
çıxarır. Digər tərəfdən,
müsəlman kimliyimizi nəzərə aldıqda, dinimizin gətirdiyi
qaydalar içərisində Azərbaycan xalqının
ülvi adət-ənənələrini qoruması
büsbütün İslamın prinsipləri ilə də
üst-üstə düşür. Hətta
sevgili Məhəmməd Peyğəmbərimiz də ailəyə
sahib durmanın İslamın başlıca şərtlərindən
olduğunu bizlərə bəyan etmişdi. Bununla bağlı onun xütbəsində də
sözügedən dəyərlərin qorunması bizim
üçün müəyyən olunmuşdu".
Bəli, ailə dəyərləri, adət-ənənələr
bir-birilə sıx bağlıdır. Bunları
bir-birindən ayrı təsəvvür etmək doğru
olmaz. Çünki bu həm də bizim
mental şüurumuzdan irəli gəlir. Hədər
yerə demirlər ki, ailə kiçik dövlətdir. Ailə qorunmasa, cəmiyyət də qorunmayacaq.
Cəmiyyət qorunmasa isə, dövlətimiz,
müstəqilliyimiz də qorunmayacaq.
Statistikaya nəzər salsaq görərik ki, ilbəil
boşanmaların sayında artım müşahidə olunur. Təbii ki, bu
bir sıra obyektiv və subyektiv səbəblərdən
qaynaqlanır. Problem ondadır ki, biz milli dəyərlərimizin
qorunmasına kifayət qədər diqqət yetirmirik. Digər tərəfdən, son vaxtlar cəmiyyətimizdə
müəyyən yanlış təsəvvürlər
formalaşıb. Elə hesab edirlər ki,
qloballaşma şəraitində baş verənlərdən
qaçmaq mümkün deyil. Müasir dəyərləri
tam əxz etmədən, milli təfəkkür tərzimizdən
keçirmədən, ənənələrimizə tam
uyğunlaşdırmadan gözüyumulu qəbul edirik. Bunun nəticəsində bizdə ailə münasibətlərində
müəyyən problemlərin yaşanması
üçün münbit şərait yaranır.
Tarixən formalaşan dayanıqlı ailə modeli
dağılmağa məruz qalmaq təhlükəsilə
üzləşir. Əlbəttə, bu cür meyllər,
yanlış təfəkkür tərzi pis nəticələr
verir. Ona görə də bu kimi məsələlərdə
son dərəcə həssas və diqqətli
olmalıyıq. Zərərli vərdişlərin
cəmiyyətdə geniş səviyyədə kök
salmasına mane olunmalıdır. Hansısa
gecikmə müəyyən ciddi fəsadlara gətirib
çıxarar.
Cavanşir
QƏDİMOV
Azad Azərbaycan.-
2021.- 1 iyul. S. 9.