Hər zaman tarixi dəyərlərimizi
qorumağı bacarmalıyıq
Yeni
yaranan hər bir mənəvi dəyər tarixi ənənələrimizin
varisi kimi təşəkkül tapıb
Milli
adət və ənənələrin öyrənilməsi,
onların mənəvi dəyərlər sistemindəki rolunun
tədqiqi həmişə aktual olub. Çünki milli adət
və ənənələr tarixin bütün mərhələlərində
ictimai-mədəni tərəqqinin əsas göstəricisi
kimi nəzərə çarpıb. Cəmiyyət inkişaf
etdikcə adət və ənənələr də
ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə
bu və ya digər formada inteqrasiya edib. Buna görə də
hər bir ictimai-siyasi quruluş həm bütövlükdə
adət və ənənələrə, həm də onun mənəvi-bədii
dəyərlərinə öz möhürünü vurubdur.
Təbii
ki, cəmiyyət dəyişdikcə adət və ənənələr
də təkmilləşmiş, millətin, xalqın
yaradıcılıq nümunələrini yaşatmış,
nəsildən-nəsilə ötürülmüşdür.
Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin
varisi kimi təşəkkül tapmışdır.
Xalqımızın
qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin,
xüsusən folklor nümunələrinin, hətta müəllif
əsərlərinin ermənilər tərəfindən
oğurlanması müəyyən tarixə malikdir. Artıq
bu saxtakar hərəkətlər - özgə ənənələrinin
qarət edilməsi və mənimsənilməsi – «erməni ənənəsinə»
çevrilmişdir. Bu erməni ənənəsinin bir
«mühüm» prinsipinə nəzər salaq: bir ölkənin ərazisinə
iddia irəli sürmək üçün məskunlaşmış
gəlmə xalq torpaq sahibinin mədəni irsini mənimsəməlidir.
Bir sözlə «gəldim, gördüm,...
mənimsədim».
«Böyük
Ermənistan» xülyası ilə yaşayanlar tərəfindən
oğurlanmış xalqımıza məxsus təzahürlər
də «böyük erməni mədəniyyətinin» dəlilləri
kimi göstərilir. Konkret folklor nümunələrimizin bir
neçə mənimsənilmə və oğurluq «mərhələsinə»
nəzər salaq.
Qədim
dövrlərdən gələn Daş-balıq,
Daş-qoç, Daş-at abıdələrimizi
özünküləşdirən, qədim Alban
torpaqlarını və abidələrini «Şərqi Ermənistan»
ərazisinə çevirmək istəyən saxtakarlar
tariximizin xristian dövrünün kilsələrini, stella və
xaçdaşları, nişan-daşları və
başdaşları və bunlarda həkk olunmuş milli
dekorumuzu, habelə digər maddi abidələrimizi mənimsəməklə
yanaşı Musa Kalankatlının «Alban tarixi»-ni, Karakos Gəncəlinin
«Tarix»ini, Muxtar Kosanın «Alban xronikasını» və «Adət
hüququ»na aid Qaydaları da erməniləşdirdilər. Hətta
qədim türk kökündən gələn, Gəmiqaya
yazıları ilə səsləşən alban əlifbası
və yazısını alban dilini bilməyən erməni
Mesrop Maştosun adına bağladılar.
Uzun
illər Azərbaycan xalqının iradəsindən
asılı olmayaraq bu oğurluq faktlarının
üstündən sükutla keçilmiş, istər
Çar Rusiyası zamanında istərsə də sovet
dövründə folklor nümunələrinin və müəllif
əsərlərinin oxşarlığını, hətta
eyniyyət təşkil etməsini yaxın coğrafi məkanda
yaşamaqla, iqtisadi, sosial-siyası münasibətlərlə
izah etmişlər.
XX-ci
əsrin 80-cı illərində Təhməzyan, Saksiyan və
başqalarının «çalışmaları» nəticəsində
saxtakarlıqla dolu «böyük erməni» mədəniyyəti
röyası yaradılmışdır. Nizami Gəncəvinin
«Xosrov və Şirin» poemasında Şirinin milliyətcə
erməni şahzadəsi olması, Xosrov Pərvizin saray
musiqiçilərinin rəhbəri Sərkeşin Sarkis
olması barədə, hətta Bertelsı təhrif etməklə
«araşdırmalar» apardılar və ümumiyyətlə Ermənistanı
mədəniyyət beşiyinə çevirmək
üçün erməni mədəniyyətinin bütün
Şərq xalqlarına təsiri barədə nağıllar
uydurdular.
Ermənilərin
etiraflarına baxmayaraq onların «istifadə etdikləri alətlərin
adları da türkcədir: saz, səntur, kaman, bağlama»,
onlar utanıb çəkinmədən bu musiqi alətlərini
də öz adlarına yazdılar.
Brutyanın
«erməni muğam ifaçıları Bakı və
Şuşadan çıxmışlar» etirafına, baxmayaraq,
bu günkü bir sıra ermənilər, o cümlədən
Brutyan özü «ermənilərin orta əsrlərdə
muğamın inkişafındakı rolundan danışır,
muğamın kökünü erməni monodiya musiqisınə
bağlamağa cəhd göstərir.
Üzeyir
bəyin «Arşın mal alan»ını
oğurlayanlar əsl müəllif dünya ictimaiyyətinə
sübut olunandan sonra, 80-cı illərdə radio və TV vasitəsilə
A.Babacanyanın musiqi verilişində yenə də Üzeyir
bəyin iki komediyasın Qarabağın hansısa erməni kəndinin
melodiyaları kimi təqdim etmişdilər.
Azıx,
Qobustan, Qəmiqaya - bu adlar Azərbaycanın müxtəlif
regionlarına: Qarabağ, Şirvan, Naxçıvana aid qədim
mədəniyyətimizin parlaq nümunələridir. Məsələn,
Qəmiqayadakı daş təsvirləri qədim
Naxçıvanda (e.ə. IV-I minilliklərdə) yaşayan azərbaycanlıların,
bizim türk köklü ulu babalarımızın həyat tərzini,
məşğuliyyətini, məişətini, dini və
kosmoloji görüşlərini, totemlərini, mənəvi mədəniyyətini
əks edən təsvirlərdir. Bunlar Qobustan təsvirlərinə
(15-10 minilliklər e.ə.) habelə işğal altında
olan Kəlbəcər qaya rəsmlərinə uyğundur.
Bütün bunlar bizim maddi və qeyri-maddi mədəni
irsimizin inciləridir. Lakin, Ayvazyan Rusiya mətbu orqanlarında
bunların ermənilərə məxsus olmasını
çox canfəşanlıqla isbat eləməyə
çalışır. Yeganə «sübutu» isə ondan ibarətdir
ki, erməni xalqı qədim xalqdır və yalnız hayklar
bunları yaratmağa qadirdirlər, Qəmiqaya Nuh gəmisinin
təsviri kimi yalnız ermənilərin ola bilər.
Azıx
mağarasında ibtidai insan - «azıxantrop»un
kəşf edilməsi, qədim mədəniyyətin bəşəriyyətə
çatdırılması erməniləri sakit qoymur.
Mkrtçyan adlı şəxs bütün bunları erməni
mədəniyyətinin kökləri elan edir, «sübutu» isə
ondan ibarətdir ki, erməni dilində «turş üzüm»
«azox» kimi səslənir və bu səbəbdən də
ibtidai insan «azıxantrop» deyil, «azoxantrop» (yaxşı ki,
«hayktrop» deyil) adlandırılmalıdır.
Hələ
bu azmış kimi, Eldəniz hökmdarlarının
sifarişi ilə məşhur memarımız Əcəminin
yaratdığı «Mömünə Xatun» abidəsini də
erməniləşdirirlər. Sən demə, Xaçaturyan
adlı birisi «kəşf» edib ki, bu xatirə kompleksində
«erməni memarlıq üslubu» hiss olunur. Bu, deyilənlər,
yalnız bir neçə faktlardır, lakin bunların
arxasında «məharətlə» işlənmiş prinsiplərə
və üsullara söykənən məqsədlər durur.
Əsas məqsəd isə ermənilərin ərazi
iddiaları, xüsusən Azərbaycana olan ərazi
iddialarıdır. Bunun üçün isə ilk növbədə
bu torpaqların sahibi olan xalqın mədəniyyətinə,
maddi və qeyri-maddi irsinə «sahib çıxmaq»
lazımdır. Odur ki, ermənilərin saxtalaşdırma,
kontafaksiya və mənimsəmə niyyətləri yalnız
erməniləşdirmə xəttini güdür.
Onlar
ilkin mərhələdə Azərbaycan torpaqlarında məskunlaşır,
sonrakı mərhələdə bu torpaqları
özününkü elan etmək üçün mədəniyyətimizə
göz dikir, imkan daxilində onu öyrənir və geniş
istifadə edir. Daha sonrakı mərhələdə isə mənimsəyir
və nəhayət, onları özünün milli mədəniyyət
nümunələri elan edir.
Ermənilər
çirkin niyyətlərini həyata keçirmək
üçün bir sıra ənənəvi üsullar və
prosedurlar işlədirlər: - intellektual
fırıldaqçılıq və plagiatlıq bir
coğrafi ərazidə yaşayan qonşu xalqların mədəni
ənənələrinin yaxınlığı ilə izah
edilir; - birbaşa intellektual piratçılıq metodları
ilə Azərbaycanın qeyri-maddi mədəni irsinə məxsus
nümunələr erməni mədəni mülkiyyəti
adı altında tirajlanır və yayılır; - Azərbaycanın
ədəbi folklor nümunələri və digər əsərlər
erməni transkripsiyasına çevrilir, maddi
daşıyıcılara köçürülür və
saxlanmaq üçün fond və arxivlərə veriləndən
sonra, oradan «qədim erməni əsərləri» kimi
çıxarılır və daha çox xarıcı dillərə
tərcümə edilərək yayılır. Bir sözlə
əqli oğurluq, erməniləşdirmə və süni
surətdə erməni qədimləşdirməsi - Azərbaycan
folkloru əsərlərindəki süni surətdə erməniləşdirilmiş
personajlara həsr olunmuş «tədqiqat əsərləri» nəşr
olunur və «elmi işlərdə» erməni şəklinə
salınmış bu və ya digər Azərbaycan mədəniyyət
nümunəsinin erməni mənşəyinin və ya ona ən
azı erməni təsirinin sübut olunması
üçün saxta dəlillər
yapışdırılır və s.
Bütün
bunlar erməni həyasızlığının kiçik
nümunələridir. Təbii ki, bu «faktlarla» onların məqsəd
və arzuları çoxdan gözlərində qalıb.
Cavanşir
QƏDİMOV
Azad Azərbaycan.-2021.-3 iyun.-S.9.