Eldən gedən Rafiq Əsgərov

 

 

 (Elegiya)

 

 

Azərbaycan ictimaiyyətinə dərin itki üz verib. Belə ki, müasir Mingəçevirin qurucularından biri, ömrünün son illərini şəhər İşıqlandırma İdarəsinin rəisi kimi çətin məsuliyyətli təsərrüfat sahəsinə rəhbərlik edən Rafiq Dadaş oğlu Əsgərov ömrünün 69-cu baharında dünyasını dəyişib. Onun haqq dünyasına qovuşması Mingəçevir sakinlərini çox üzdü. Çünki şərəfli tale karyera yoluna sahib olan Rafiq Əsgərov təkcə ailəsi, doğmaları üçün deyil, həm çalışdığı çoxsaylı kollektivlərin əməkdaşları, qohumlarqonşular ümumən yaşadığı şəhərin fəal ictimaiyyətinin yaddaşında xoş unudulmaz xatirələrlə dərin iz buraxıb. Yaşından, mənsubiyyətindən sosial durumundan asılı olmayaraq hər bir mingəçevirli Rafiq Əsgərovun ölüm xəbərini dərin üzüntü ilə qarşıladı.

 

Qurucu, yaradıcı xisləti ilə yaşının bu çağında belə yorulmadan çalışmağa üstünlük verən bir şəxsiyyət idi Rafiq müəllim. Əgər ömür vəfa eləsəydi hələ tükənməyən həyat eşqi enerjisi ilə canından çox sevdiyi Mingəçevir mingəçevirlilərin firavan, daha işıqlı həyatı naminə çox işlər görəcəkdi. Mingəçevirlə bağlı neçə-neçə arzularını, istəklərini özü ilə bərabər son mənzilə apardı Rafiq müəllim. Çoxları kimi bəşəriyyətin baş bəlasına çevrilmiş koronavirus pandemiyası ona da aman vermədi. Uzun müddət müalicə aldı. Bu dəhşətli bəlaya qarşı daxilən bir mücadilə savaşına girdi. Amma taleyin qisməti həlledici oldu. O, doğma şəhərindən, ailəsindən, dostlarından doğmalarından biryolluq əbədi ayrı düşdü. Son mənzili qara torpaq oldu...

 

Onu uzun illər tanıyan bir insan kimi Rafiq müəllimin maraqlı, mənalı ömür yolu gözlərim qarşısından bir kino lenti kimi gəlib keçir... Belə ki, Rafiq Əsgərovun əmək karyerası əhatəli rəngarəngdir. O, bir növ çoxlarına örnək çəkiləcək mənalı ömür yoluna sahibdir.

 

1952-ci il mart ayının 15-də Samux rayonunda dünyaya gələn Rafiq Əsgərov çətin keşməkeşli ömür yolu keçib. 1954-cü ildə valideynləri ilə birlikdə nəhəng tikinti meydanına çevrilən Mingəçevirə gəlişi iki yaşlı Rafiqin həyatının sonrakı axarında önəmli rol oynayıb. 1959-1969-cu illərdə şəhər 3 saylı orta məktəbində təhsil alan Rafiq Əsgərov, 1969-1974-cü illərdə Azərbaycan Politexnik İnstitutunda ali təhsil alaraq ixtisaslı mütəxəssis olub. Bundan sonra onun Mingəçevirlə bağlı həyatının karyera dönəmi başlayır. Özü şərəfli yadda qalan dövrü.

 

1974-1976-cı illərdə Mingəçevir Yol Maşınları zavodunda mühəndis konstruktor vəzifəsində çalışır. İşinə, sənətinə bağlılığı yaradıcı təfəkkürü onu yeni təhsil mərtəbələrinə yetişməyə sövq edir. Bu istəklə o, 1976-1977-ci illərdə yol maşınları üzrə Moskvada Ümumittifaq Elmi-Tədqiqat İnstitutunun aspiranturasında əyani təhsil alıb bir qədər öz işini təkmilləşdirir. 1977-ci ildən, 1981-ci ilə kimi həmin institutda kiçik elmi işçi kimi fəaliyyət göstərir. Daha sonra yenidən Vətənə dönən Rafiq Əsgərov 1981-ci ildən, 1987-ci ilə kimi Azərbaycan Yol Maşınları zavodunda baş konstruktor vəzifəsində çalışır. 1988-ci ildən ona gərgin əməyi sayəsində daha böyük etimad göstərilir. O, respublika tabeli Xüsusi Texnoloji Konstruktor bürosuna rəis təyin olunur 1990-cu ilədək uğurla həmin vəzifəyə rəhbərlik edir. Bu işi ilə bərabər olaraq həmin ildən etibarən Mingəçevir Politexnik İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olur. Bilik bacarığını yetişməkdə olan gənc nəslə böyük həvəslə öyrədir.

 

Bütün bu illərdə davamlı karyera yüksəlişi qazandığı ictimai nüfuz onu deputat qismində Mingəçevir şəhər Sovetinə gətirib çıxarır. Uzun illər bir deputat kimi mingəçevirlilər üçün çox işlər görür. Beləliklə, növbəti illər Rafiq Əsgərov üçün şərəfli xatirələrlə zənginləşir. 1999-cu ildəAzərsuKanal Təmiri İstehsalat Birliyində rəis, 1999-2000-ci illərdə isə Mingəçevir Kommunal Təsərrüfat İstehsalat Birliyində rəis müavini vəzifəsində çalışır.

 

Rafiq Əsgərovun əmək karyerasının bir mühüm dönəmi məhz paytaxt Bakı şəhəri ilə bağlı olur. Belə ki, o, 2005-2008-ci illər ərzində paytaxtın bir sıra dövlət müəssisələrində mühüm vəzifələrə rəhbərlik edir. Bu xidmətlərinə görə ayrı-ayrı mükafatlar alır. Amma doğma Mingəçevirsiz yaşaya bilməyən Rafiq müəllim, yenidən 2008-ci ildə bu şəhərə qayıdır. Beləliklə, 2008-ci ildən ömrünün sonuna kimi çalışdığı bir sahəyə - Mingəçevir İşıqlandırma İdarəsinə rəis təyin olunur. O, Nur şəhəri Mingəçevirin gözəlliyinə, görkəminə işıqlanmasına rəhbərlik etdiyi işgüzar kollektivlə birgə bütün bu illərdə böyük zəhmət sərf edib. Çalışdığı müəssisələrdə bilik, bacarıq təcrübəsi ilə yanaşı fərdi elmi naliyyətlərindən bacarıqla istifadə edib Rafiq müəllim. Çünki o, həm alim, elmlər namizədi idi. Rafiq Əsgərovun şəhər təsərrüfatı üçün 11 funksiyalı maşın qurğu mövzusu elmi yüksəlişinin təməlində dayanan böyük araşdırmalar idi.

 

Onun fəal ictimai həyatı da daim diqqət mərkəzində olub. Hər zaman vətənpərvər xarakteri, təəssübkeşliyi liderlik meylləri onu diqqət mərkəzində saxlayıb. Bu digər fəaliyyətinə görə dəfələrlə Respublika şəhər səviyyəli fəxri fərman digər rəsmi mükafatlara layiq görülüb.

 

Rafiq Əsgərov nümunəvi ailə başçısı kimi eldə, obada böyük hörmətlə anılırdı. Özündən sonra dəyərli övladlar nəvələr yetişdirib canından artıq sevdiyi Vətəninə. Biz inanırıq ki, onların hər biri Rafiq Əsgərov ömrünün davamçıları olaraq ən layiqli davranışlara, Vətənə sadiqliyə imza atacaqlar.

 

Mingəçevir camaatı isə həmişə onun haqqında bu şeiri deyəcək:

 

Çevirdin şəhəri nura biləsən,

Yaxşı əməllərin hər yanda boldu.

Bir zaman ətrafa nur saçsan da sən,

Heyif, son məzarın qaranlıq oldu.

 

Əziz dost, dəyərli vətəndaş, eldən gedən böyük şəxsiyyət Rafiq müəllim haqqında yalnız ruhun şad olsun söyləmək qalır bizlərə. 2021-ci il aprel ayının 3–ü tarixi günü Rafiq Əsgərovu doğmalarından, Mingəçevir camaatından biryolluq ayırdı. Haqq dünyasına qovuşdurdu. Allah o dünyasını versin, Amin!

 

Qabil İBRAHİMLİ

 

Azad Azərbaycan.- 2021.- 10 iyun.- S.7.