Dünənlə sabahın şairi
Respublika Gənclər
Kitabxanası Sabir Rüstəmxanlının 75 illik yubileyi
münasibətilə silsilə materiallar hazırlayıb
Respublika
Gənclər Kitabxanası müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq şairi, Milli Məclisin
deputatı Sabir Rüstəmxanlının 75 illik yubileyi
münasibətilə materiallar hazırlayıb.
Kitabxanadan bildirilib
ki, şairin yubileyi münasibətilə
“Xalqın səsinə
çevrilən misralar”
adlı biblioqrafik vəsait, “Dünənlə
sabahın şairi” başlığı altında
tammətinli kitabların
virtual sərgisi tərtib edilib.
Biblioqrafik vəsaitdə Sabir
Rüstəmxanlının həyat və yaradıcılığı, ictimai-siyasi
fəaliyyəti, müəllifin
kitabları və məcmuələrdə, dövri
nəşrlərdə çıxan
əsərləri, tərcümələri,
başqa dillərdə
çıxan əsərləri,
tərtib etdiyi, ön söz yazdığı kitablar, özü və yaradıcılığı
haqqında materialların
tam təsviri əks xronologiya və daxildə əlifba ardıcıllığı
ilə verilib. Vəsaitdə qeyd olunan 192 ədəbiyyatın
112-si kitab (93-ü Azərbaycan,
10-u türk, 9-u rus dilində), 70-i isə dövri mətbuatda çıxan məqalələrdir.
“Dünənlə sabahın şairi” adlı virtual sərgidə müəllifin
əsərləri və
haqqında yazılmış
tammətnli kitabların
biblioqrafik təsviri və annotasiyalar, sitatlar, şəkillər
və həmin kitabların yerləşdirildiyi
saytların linkləri
qeyd olunub. Hər iki vəsait
kitabxananın saytında,
sosial şəbəkə
səhifələrində yerləşdirilib.
Sözügedən materiallar aşağıdakı
linklərdə təqdim
olunur.
Azad Azərbaycan
2021.-10 iyun.- S.9.