Tarixi adət və ənənələrimiz:
Toy mərasimləri
Adət və ənənələr daim
insan münasibətlərinin
tənzimləyicisi və
istiqamətvericisi olmuşdur
Uzun illər
öz müstəqilliyini
itirmiş Azərbaycan
xalqının bir çox milli-mənəvi
dəyərləri deformasiyaya
məruz qalmış,
tarixin yalnız şifahi yaddaşına çevrilmişdir. Keçmiş
Sovet dövlətinin kommunist ideoloji mühiti isə dini-milli adət və ənənələrimizin
öyrənilməsinə və
təbliğinə qadağalar
qoymuşdur. Yeni adət və ənənələr adı
altında əsasən
soçialist həyat
tərzinin mahiyyətini
və məzmununu ifadə edən ideoloji, siyasi xarakterli mənəvi cəhətlər diqqət
mərkəzinə çıxarılmışdır.
Təbii ki,
hər bir insan hələ uşaq yaşlarından milli adət və ənənələrlə
qarşılaşır və
bu ruhda tərbiyə alır. Hər bir yeni
nəsil özündən
əvvəlki nəslin
mənəvi simasını
əks etdirən mövcud adət və ənənələri
heç də hər zaman olduğu kimi təkrar etmir. Yaşadığı dövrün,
şəraitin, ictimai
quruluşun tələblərinə
uyğun olaraq, onların köhnəlmiş
hissələrini atır,
mütərəqqilərini inkişaf etdirir, yeniləşdirir, zənginləşdirir.
Bununla da dövrə uyğun olaraq yeni adət
və ənənələr
yaranır.
Adət və
ənənələr daim
insan münasibətlərinin
tənzimləyicisi və
istiqamətvericisi olmuşdur.
Çünki bunlar hər bir insan
nəslinin yaratdığı
əxlaqi, mənəvi
cəhətləri qoruyub
yeni nəslə çatdırmaq vasitəsi
kimi çıxış
edir. Məhz adət və ənənələrin bu
xarakterik cəhətlərinə
görə sovet sistemində onlardan geniş tərbiyə vasitəsi kimi istifadə edirdi. Sovet tədqiqatçıları haqlı
olaraq qeyd edirdilər ki, «yaşlı nəsil və eyni zamanda
hər bir tərbiyəçi və
valideyn böyüməkdə
olan gənc nəsli əxlaqi davranış qaydaları
ilə adət və ənənələrlə
tanış edir. İnsanlar bütün hallarda öz sevincini, şadlıq və kədərini,
nifrət və məhəbbətini əməyə,
təbiətə, ailəyə,
vətənə, övlada,
dosta olan insani münasibətini məhz qarşılıqlı
ünsiyyət prosesində
həyata keçirmişlər.
Bildiyimiz kimi
adət və ənənə ilə əxlaq arasında möhkəm qarşılıqlı
əlaqə vardır.
Daha doğrusu, hər bir ənənə müəyyən əxlaqi
məna daşıyır,
həmin adətləri
yetirməmək, onları
qoruyub saxlamağı
bacarmamaq ciddi narazılığa, insan münasibətlərinin kəskinləşməsinə,
şəxsiyyətlə kollektiv
və cəmiyyət arasında zidiyyətin meydana gəlməsinə səbəb olur. Əxlaqi adət və ənənələr,
qayda və tələblər daha çox ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət
qanunları kimi fəaliyyət göstərir.
Adət və
ənənələrimizi keçmişdəki
kimi saxlamaq, qorumaq bir qədər
çətinliklə üzləşsə
də, qədirbilən
insanlar onu ölməyə qoymur. Bir müddət milli adət və ənənələrimiz
sönük görünsə
də, meydanı daraldılsa da, son vaxtlar dövlətin
uğurlu mədəniyyət,
mənəviyyat siyasəti
sayəsində geniş
şəkildə təbliğ
olunur.
Azərbaycan xalqının milli adət-ənənələrindən danışarkən onun çoxşaxəli olduğunu
da unutmamalıyıq.
Adətlər sistemimizə
çox dəyərlər
daxildir və vaxtaşırı olaraq biz onlardan bəhs
edirik.
Toy adətləri
Azərbaycan türkünün
ən əski ənənələrindən biridir
ki, bu müqəddəs
dəyər əsrlərin
süzgəcindən, sınağından
keçərək günümüzə
qədər yaşayır.
Bura edilən bəzi uğursuz dəyişikliklərə baxmayaraq,
toy adətimiz öz mayasına, ana axarına sadiqdir. Toy yeni
ailə ittifaqının
yaranması, təzə
qohumluq münasibətlərinin
formalaşmasıdır. Yüz
illərdi insanlar bu qudsal adətə
bağlıdır.
Məlumdur ki, Azərbaycanda
toy adətləri xalqımızın mədəniyyətinin
tərkib hissəsi olaraq özünü doğruldub. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf
edərək vahid və zəngin bir adət sisteminə
çevrilib. Toy
rəsmi nikah mərasimi olmaqla yanaşı, bir-biri ilə bağlı təntənəli ənənələr
(qız bəyənmə,
elçilik, nişanlılıq
dövrü, toy öncəsi adətlər,
toy və s.) sistemidir. Milli toy adətlərində Azərbaycan xalqına xas olan bütün
müsbət xüsusiyyətlər
öz əksini tapıb. Azərbaycanın
toy adət-ənənələri
həm başqa xalqların adətlərinə
təsir edib, həm də özü digər xalqların mədəniyyətindən
müəyyən elementlər
götürüb. Toy
adətlərinə zəmanənin
də təsiri hiss edilməkdədir.
Qeyd etdiyimiz
kimi, toy Azərbaycan xalqının
mədəniyyətində mühüm yerlərdən
birini tutur. Bölgələrdən asılı
olaraq müəyyən
fərqliliklər olsa
da, ümumi toy prinsipləri çoxdur və bir çox elementlərdən ibarətdir.
Azərbaycan milli toy adətləri bir-biri ilə bağlı olan mütəşəkkil sistemdir.
Azərbaycan xalqının məişətində
kök salmış toy mərasimi müasir dövrdə özünəməxsus adət-ənənələrlə
zənginləşmişdir. Azərbaycan toyunun mərhələləri bunlardır:
Qız bəyənmə
və qızgörmə.
Xəbər göndərmə.
Elçilik. Böyük
elçilik. Nişan taxma. Xonça gətirmə. Bayramlıq
gətirmə. Danışığa
gəlmə. Cehiz. Fətirüstü. Çörəkbişdi.
Qız şaxı. Xınayaxdı. Kəbinkəsdirmə.
Qız toyu. Toy günü. Gəlin aparma. Oğlan toyu. Tarixi-mədəni, folklor-etnoqrafik fenomen
kimi, toy mərasimi özündə
xalqın şifahi poetik və musiqi yaradıcılığını
təcəssüm etdirir,
bu da ailə
həyatı, etik normalar və mənəvi prinsiplərlə
bağlı xalqın
qədim dünyagörüşünü
əks etdirir. Toy mərasimi və folklor – qədim etnosun məişətinin və
ictimai həyatının
bir çox hadisələrinin dərk
olunmasına yol açır. Toy – mədəniyyətin ayrılmaz
tərkib hissəsi, milli ruhun təzahürüdür.
Mərasimin mərhələlərinin musiqi və poetik tərtibatında gerçəkliyin, bizi əhatə edən aləmin sinkretik qavranılması, xalqın
inancları və ayinləri, adət və ənənələri,
insan, ailə, uşaq, nəsillərin varisliyi, həyatın mənası haqqında fikirlər öz əksini tapır. Toy mərasimində xalqın
musiqi və poetik yaradıcılığının
zənginliyi yanaşı,
özünəməxsus janr
rəngarəngliyi, ifadə
vasitələri, dil-təfəkkür
xüsusiyyətləri, obrazlar
dairəsi, təsviri-tətbiqi
sənət növlərinin,
geyim və mətbəx mədəniyyətinin
təzahürləri
baxımından dərin
bir vəhdətdə
özünü göstərir.
Toy mərasimində
xalqın poetik və musiqi istedadı, ifaçılıq
mədəniyyəti, bədii-estetik
zövqü, psixoloji düşüncə tərzi,
qəlbinin genişliyi
özünü qabarıq
şəkildə büruzə
verir. Bütün bunlar folklorşünasların,
etnoqrafların, tarixçilərin,
ədəbiyyatşünasların və musiqişünasların
diqqətini cəlb edərək, toy mərasiminin xalq mədəniyyətinin vacib
bir sahəsi kimi öyrənilməsini
aktuallaşdırır. Azərbaycan
toy mərasimi xalqın ən əhəmiyyətli və
təntənəli ailə
adət-ənənələrindən biridir. Toy – mürəkkəb və çoxpilləli mərasim
olub, bir çox ayin və adətlərin yerinə yetirilməsini tələb edir.
Qədim Azərbaycan
toyu silsilə adət-ənənələrdən ibarət olmuşdur ki, onlar bu
günə qədər
xalqın təfəkküründə
və məişətində
yaşayır və yerunə yetirillir.
Azərbaycan xalqının toy mərasimi milli folklorun bütün rəngarəngliyini özündə
əks etdirir. Onun tərkib hissələri – toyun ardıcıl icra olunan mərhələlərindən,
adət-ənənələrdən ibarətdir. Bu mərhələlərdən hər
biri özünəməxsus
hərəkət, davranış,
dialoq, şeir, mahnı, rəqs və s. tərtibat xüsusiyyətlərinə malikdir.
Toy mərasiminin özünəməxsus geyim
tərzi, mətbəx
mədəniyyəti vardır.
Bütün bunlar həm ayrı-ayrılıqda
öyrənilə bilən
sahələrdir və
mütəxəssislərin diqqətini cəlb edir.
Eyni zamanda,
bunların kompleks öyrənilməsi də
vacibdir və bu baxımdan xalqın həyatının
və mədəniyyətinin
bütöv bir təbəqisini gözümüz
qarşısında canlandırır.
Cavanşir QƏDİMOV
Azad Azərbaycan.- 2021.- 10 iyun.- S.9.