Uca şairlə,
uca dağı birləşdirən körpü
(Ustad
Musa Yaqubun xatirəsinə)
“... Burax məni
çıxıb gedim
bu şəhərdən!
Çıxıb gedim öz doğıma,
öz obama.
Övladları perik düşən xarabama!”
Bu dünyanın haqsızlıqlarına
üsyan eləyən
ustad, Xalq şairi, Xalqın Şairi Musa Yaqubun belə ölməz misralarını
və “Bu dünyanın qara daşı göyərməz”,
“Sən Allah özünə öyrətmə
məni” və başqa yüzlərlə
şeirlərini, əsərlərini
daha yaradan olmayacaq. 84 yaşına
cəmi 2 gün qalmış bu dünyaya “əlvida” dedi ustad şair.
Köçdü haqq
dünyasına. O, elə
ölümü ilə
də fərqləndi.
Xalq şairi kimi paytaxtda, Fəxri Xiyabanda əbədi məskən tapmağa haqqı olan şair, onu elə doğulduğu, son illərini, daha doğrusu ömrünün böyük
hissəsini yaşadığı
Buynuz kəndində, öz həyat yoldaşının yanında
dəfn olunmağını
vəsiyyət etdiyinə
görə, böyük Şəhriyarın
adını ləyaqətlə
daşıyan oğlu,
ustadın bu son arzusunu da
yerinə yetirdi. Yerin behiştlik olsun Ustad.
Nə var
sevgidən özgə
-
Başqa şeylər
hədərdir.
Dünyanın ömrü eşqin
yaşamağı qədərdir.
Elə bil
öz taleyinə yazmışdı bu misraları böyük Ustad. Onun da
dünyası, yaşamağı
ömrü qədər
oldu.
Oxucular üçün
daha maraqlı olsun deyə, böyük Ustadın qısa ömür tarixçəsini yazıram.
Çünki çoxları
bunu bilmir.
Musa Yaqub
1937-ci ilin mayın ayının 10-da İsmayıllı
rayonunun Buynuz kəndində anadan olmuşdu. O, Göyçay
Pedaqoji məktəbini
bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim
və məktəb direktoru işləmişdi.
Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsində 1967–1973-cü illərdə qiyabi təhsil almışdı.
Elə həmin illərdə də Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdu. Həmin illərdə onun yaradıcılığına oxucular
tərəfindən böyük
maraq yarandığına
görə, Ustad sənətkar Bakıya köçərək, Azərbaycan
Yazıçılar İttifaqında
(indiki Yazıçılar
Birliyində) bədii
ədəbiyyatı təbliğ
bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində
çalışmışdı. 1978-ci ildən yenidən İsmayıllı rayonuna
qayıdaraq, rayonun “Zəhmətkeş” qəzetinin
baş redaktoru olmuşdu.
Musa Yaqub
ədəbi fəaliyyətə
çox gənc yaşlarında başlasa
da onun ilk
sanballı əsəri
"İki qəlb, iki dünya” poeması 1957-ci ildə “Azərbaycan” qəzetində
çap olunan vaxtdan müəllifə böyük uğur gətirmişdi. Elə həmin vaxtlardan da Moldova Respublikasında
Sovet ədəbiyyatı,
Ukrayna və Özbəkistanda Azərbaycan
ədəbiyyatı günlərində
və digər ümumittifaq tədbirlərində
iştirak etmişdi. Onun hər bir çıxışı
və söylədiyi
şeirlər maraqla qarşılanmışdı. O, bir müddər Azərbaycan Kommunist Partiyası İsmayıllı
rayon komitəsinin büro üzvü, rayon xalq deputatları
Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdu. İsmayıllı
rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdi. Musa Yaqub, maraqlı şeirlərinə və
ictimai fəaliyyətinə
görə Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdü.
O, son vaxtlar Parkinson xəstəliyindən
əziyyət çəkirdi.
Altımış ildən çox
Azərbaycan ədəbiyyatına
layiqincə xidmət edən Musa Yaqub 24 may 2019-cu ildə “Azərbaycanın
Xalq şairi” fəxri adına layiq görülmüşdü.
Amma həmin vaxta qədər bu böyük Ustad Xalqın şairi fəxri adını çoxdan almışdı.
Beləliklə, İsmayıllı rayonunun Buynuz kəndində doğulan, həyatının, əmək
fəaliyyətinin çox
böyük hissəsini
bu rayonda davam etdirən istedadlı şair rayonun ictimai həyatında çox böyük rol oynayırdı. Elə bu xidmətlərinə görə də ölkənin ən yüksək Ali qanunvericilik orqanında Milli Məclisdə
İsmayıllı rayonunu
təmsil etmək şərəfinə layiq
görülmüşdü və millət vəkili seçilmişdi.
1990-cı illərdə keşməkeşlərlə
dolu mürəkkəb
bir dövrdə bəziləri kimi ikiüzlülük və
digər antimilli fəaliyyətlərə etiraz
olaraq, “lənət olsun məni siyasətə cəkənlərə”,-
deyərək, Milli Məclis tarixində bir ilk olaraq
millət vəkili mandatından əl çəkmişdi. Və
yenidən doğma rayonuna, kəndinə qayıtmışdı.
1990-cı illərdə
ana dilimizdə qeyri adekvat səslənən
yer, məkan, kənd adlarının dəyişdirilməsi tendensiyası
vardı. Bu tendensiya çərcivəsi
İsmayıllı rayon
partiya komitəsinin bürosunda Buynuz kəndinin adının da dəyişdirilməsi məsələsi qoyulmuşdu.
Büro üzvü kimi Musa Yaqub
“Buynuz başda olur, ayrı yerdə olmur ki! Başdan da baş bir
şey varmı?”,- deyərək belə bir yarı yumor,
yarı ciddi arqument gətirərək
bu məsələnin
qarşısını almışdı.
Xalq şairi,
Xalqın şairi, ustad sənətkar Musa Yaqubun dəfn
mərasimində iştirak
etmək mənə də qismət oldu. Pandemiya dövrü olmasına baxmayaraq, dəfn mərasiminə çox adam gəlmişdi və orada çoxlu
maraqlı çıxışlar
oldu.
Yazıçı, şair Seyran Səxavət müxtəlif
tədbirlərdə, o cümlədən
Ustadın yubileyində
söylədiyi bir fikri, dəfn mərasimində də, ancaq bu dəfə
böyük bir hüznlə təkrar edərək dedi:
- Musa Yaqub
dünyada yeganə insandır ki, onun şəxsi dağı var. Onun həyətindən meşəyə, həyətinin
söykəndiyi dağa,
“öz dağına” aparan cığır və bu cığırın
keçdiyi çayın
üzərində məşhur
bir körpü də var.
Bəli, Musa
Yaqubun yaşadığı
Buynuz kəndində dağ onun həyətindəki
körpüdən keçməklə
başlayır. Həmin
körpü dağla,
Musa Yaqubun həyətini birləşdirir.
Deməli, bu körpü uca dağla, uca vüqarlı şairi birləşdirirdi. Ona belə, bir-birindən maraqlı və Azərbaycan ədəbiyyat
tarixində əbədilik
qalacaq şeirləri yazmağa həvəsləndirirdi,
ilham verirdi.
Dahi Ustad
uzun illər dünyada gedən haqsızlıqları gördüyünə
görə, “Bu dünyanın qara daşı göyərməz”
kimi klassik şeirini yazmışdı.
Bu şeirə nəzirə olaraq, yüzlərlə şeirlər
yazılıb. Yəqin
hələ bundan sonra da yazılacaq.
Mən həyatda
nikbin insan olsam da, amma
inanmıram ki, daha belə təkrarsız, bənzərsiz
şeirlər yaradan sənətkar ədəbiyyatımıza
gəlsin.
Siz də
misraların düzülüşünə,
söz altı mənalarına, obrazlı
ifadələrinə fikir
versəniz mənimlə
razılaşacaqsınız əziz oxucular.
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib,
payız gəlib, qış qalıb.
Göy çəməndə
ocaq yanıb, daş qalıb,
Bu dünyanın
qara daşı göyərməz.
Nə o ocaq
közərəsi, sönəsi,
Nə o günlər
bir də geri dönəsi…
Qəm eləmə,
könlümün bir
dənəsi,
Bu dünyanın
qara daşı göyərməz.
O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır
yağışa.
Min baharın
hərarəti yığışa,
Bu dünyanın
qara daşı göyərməz.
Ot göyərdib
o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən
sevgi umma, əzizim,
Bu dünyanın
qara daşı göyərməz.
Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə
əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb
dözmüşəm,
Bu dünyanın qara
daşı göyərməz.
Düz demisiniz
böyük Ustad. Yer kürəsində
bu qədər müharibələr baş
verirsə, dəhşətli
haqsızlıqlar olursa,
doğrudan da bu dünyanın qara daşı çətin ki, göyərsin.
Rafiq MEHDİ
Azad Azərbaycan.- 10
iyun.- S.11