Onun ürəyi
hər zaman Vətənlə bir döyünürdü
Vətən müharibəsində tarix
yazan, doğulub boya-başa çatan Lənkəran elinin qürur, iftixar yerinə dönən İqbal Bayramovun 43 ilik ömür yolu başdan-başa saflıq dünyasına bənzəyir. Yaşadığı
illərin səfində
onun mənəviyyat fəlsəfəsində yalnız
gözəl dünya naminə qurub-yaratmaq, hər bir işdə
yurduna gərək olmaq durur. Bütün yaxşılıqlar,
nəcib əməllər,
insanlara təmənnasiz
münasibət bu ləyaqətli dəyərli
şəxsiyyətin iç
dünyasından qaynaqlanırdı.
Elə İkinci Qarabağ savaşında canından keçməsi
canından artıq sevdiyi Vətənin yaşaması üçün
oldu. Həm də onun şərəfli
ölümü doğma
torpağın nə qədər müqəddəs
olduğunu göstərdi.
Fəqət, İqbal vaxtsız getdi aramızdan. Qaldı ki, onun sağlığında
bizə yadigar qoyduğu mənəvi sərvətdə ürəkdən
bağlandığı Vətən
torpağının özü
boyda ilahi saflıq, bütövlük,
sədaqət ünvanlı
günlərə yol açan nur vardır.
Qəlbində Vətən sevgisi, xalqına sonsuz məhəbbət yaşatmaqla
İqbal Bayramov doğma Hirkan qəsəbəsində orta
təhsilini başa vurub 1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur. Tələbəlik
illərində oxuyub öyrənməkdən doymur.
Həm də İqbalın gözəl
əxlaqı, həyata
sağlam baxışı,
insanlığa sevgisi
burada müəllimlərin,
tələbələrin yanında
onun nüfuzunu artırır. Ali məktəbi yüksək
səviyyədə bitirəndə
hamı onu layiqli vətəndaş, millətin səadəti üçün yaşamağı
bacaran bir insan bilir...
Namərd erməni
dığaları tərəfindən
Qarabağ torpaqlarının
əsarətdə saxlaması
İqbalın ən yararlı yeri idi. Ali təhsildən
sonra, yəni 2001-ci ildə öz arzusu, istəyi ilə Milli Ordu sıralarına yollanır. Leytenant rütbəsində cəbhə
bölgəsində yerləşən
Ağdam-Tərtər istiqamətində
“N” saylı hərbi hissəyə tağım
komandiri təyin olunur. O, Vətəninə
vicdanla xidmət edir, onun qeyrətini
hər şeydən əziz tutur, bu yolda canından
belə keçməyə
hazır durur. Həm də haqq-ədalətə tapınmaqla
əsgərlərinə böyük
qayğı göstərir,
heç kəsi incitmir. Amma xain düşmənin əməllərinə heç
cür dözə bilmir.
Həqiqi hərbi
xidmətdən sonra İqbal baş leytenant rütbəsi ilə ehtiyata buraxılır. Üç
il mülki həyatda müxtəlif işlərdə çalışır.
Təbii ki, günləri rahat, gözəl keçsə
də, düşmənin
ədalətsiz hərəkətlərinə
son qoymaqdan ötrü özünü
hərbiyə bağlayır.
Müxtəlif vəzifələrini
tutmaqla yalnız Vətən torpaqlarının
azadlığına çalışır.
Anamız Azərbaycanın
qeyrətli oğlu kimi sinəsini yanar od edib
düşmənin bağrını
çatladan günə
hazırlaşır. Və
ürəyi hər zaman Vətən eşqi ilə döyünür, nümunəvi
xidmət göstərməklə
ad qazanır. Mayor rütbəsinə qədər yüksəlir.
Hələ aldığı
medalları demirəm.
Şəhidlik zirvəsinə
ucalanda “Vətən uğrunda” medalı onlara əlavə olundu.
Vətən müharibəsi başlanan
gündən mayor İqbal Bayramov döyüşə 30 il Qarabağ torpaqları murdarlayan dığalara nifrət hissi ilə atılır. Sanki düşmənin kökünü kəsməkdə
Vətən sevgisi ona hər savaşda
yeni qüvvə verir. Təki Azərbaycanın müqəddəs
torpaqları azad olsun deyə ən ağır müharibə meydanında
cəsarətlə döyüşür,
öndə gedir, əsgərlərini hücuma
səsləyir. Cəbrayılda
da dığalara od qoyur, onların
çoxlu canlı qüvvəsini məhv edir, texnikasını sıradan çıxardır.
Bundan əlavə dəfələrlə çiyin
yoldaşlarını mühasirədən
çıxardır. 5 oktyabrda
düşmən gülləsi
İqbalın ömrünə
son qoyur.
İqbal Bayramov
ömrünü Vətəni
üçün yaşadı.
Elə buna görə də bütün Lənkəran
camaatı öz qəhrəman oğlu ilə fəxr edir, onun şərəfli
ömür yolunu özlərinə örnək
bilirlər.
Zəfər ORUCOĞLU
Azad
Azərbaycan.- 2021.- 15 iyun.-S.3.