Bəylər Eyyubov - 70
Bu
gün Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik
Xidmətinin rəisi Bəylər Həsən oğlu Eyyubovun
70 yaşı tamam olur. O, 11 mart 1951-ci ildə Ermənistan SSR-in Vedibasar bölgəsində anadan olub. 2 iyun
2003-cü ildən 16 mart 2020-ci ilə qədər Azərbaycan Respublikası
Xüsusi Dövlət
Mühafizə Xidməti
Rəisinin I müavini
- Azərbaycan Respublikası
Prezidentinin Təhlükəsizlik
Xidmətinin rəisi təyin edilmişdir.
16 mart 2020-ci ildən indiyə kimi isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin
rəisi vəzifəsində
çalışır. Hərbi rütbəsi general-polkovnikdir.
26.12.1998-ci
ildə "Azərbaycan
Bayrağı" ordeni,
21.08.2010-cu ildə 2-ci dərəcəli
"Vətənə xidmətə
görə" ordeni,
10.03.2021-ci ildə isə
"Şərəf" ordeni
ilə təltif olunmuşdur.
Dəyərli dövlət qulluqçusu
olan general-polkovnik Bəylər Eyyubov gənclik illərindən
başlayaraq bütün
həyatı boyunca yorulmadan yüksək rütbəli zabit kimi daim ümummilli
lider Heydər Əliyev ideyalarına sadiq olmuş və onun siyasi
kursunun ən layiqli davamçısı
olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi mühafizə
xidmətinin rəisi kimi Azərbaycan dövlətinə sədaqətlə
xidmət göstərmişdir.
Bəylər Eyyubov öz işinin mahir bilicisidir. O, bu işi peşəkarcasına
icra edən bir general olmaqla bərabər, ürəyiyumşaq,
səmimi və ədalətli insan, xeyirxah bir şəxsiyyət
imici qazanmışdır.
Ölkəmizdə müxtəlif peşə
sahibləri olan minlərlə insana daim arxa və
dayaq durmuş, imkansız və kimsəsiz şəxslərə
isə həmişə
əl uzatmışdır.
Bütün bunlara və
təvazökar, səmimi
hərəkətlərinə görə ümumrespublika
səviyyəsində Bəylər
Eyyubov böyük hörmət qazanmış,
onun uzunmüddətli
səmərəli fəaliyyəti
dövlətimiz və
xalqımız tərəfindən
daim yüksək qiymətləndirilmişdir.
Biz də “Azad Azərbaycan” qəzetinin kollektivi olaraq hörmətli Bəylər Əyyubovu 70
yaşının tamam
olması münasibəti
ilə ürəkdən
və səmimi qəlbdən təbrik edir, ona Ulu
Tanrıdan can sağlığı,
uzun ömür və xöşbəxtlik
arzulayırıq.
Bu münasibətlə Bəylər Eyyubovun eloğlusu, şair, Azərbaycan Yazıçılar
və Jurnalistlər Birliyinin üzvü Eldar Həsənlinin yazdığı bir şeri dərc edirik.
SADİQ
GENERAL
(General Bəylər Eyyubovun 70 illiyinə ithaf olunur)
Ulu Heydər səni sınadı, bildi,
İgid, qeyrətinə qurbandı
canım.
Həyatın boyu qorudun iki dahini
Onlarla fəxr
edir Azərbaycanım.
Biri ulu öndər Heydər Əliyev!
Digəri
prezident İlham Əliyev!
Şərəflə çalışdın,
canını verdin
Xalqın
ürəyinə, qəlbinə
girdin.
Ədalət uğrunda mübarizədə
Məğrur dayanmısan öz səngərində.
Bir quş uça bilməz səmadan belə,
Qədrini bilirsən hər
əsgərin də!
Hesaba gəlməyən, saya gəlməyən
General, Vətəndə xidmətiniz var.
Çəkindirməz sizi doğru yolundan
Çünki qeyrətiniz, cürətiniz
var.
General, bu sənin böyüklüyündü,
Xırda təpələrlə sən
güləşmədin.
Astarın bir oldu, üzün bir oldu
Heç yerdə, heç zaman ikiləşmədin.
Özün də bilmədən
məqamında sən
Baş vurdun dalğaya dənizə gəldin.
Tanrının kölgəsi üzərindədi
Fırtınalı anlarda köməyə gəldin.
Qara qüvvələrin, xəyanətlərin
Vaxtında üstünü açdın,
Eyyubov.
Məramın, niyyətin dəyişməz
oldu
Sən bircə
səmtə əsdin,
Eyyubov.
General, üzüağ çıxdın
sınaqdan
Alqış, sizdəki o kamala, alqış!
Qiyməti olmayan, sonu olmayan
Mərdliyə alqış, amala
alqış!
Necə
ki, bu Vətən,
bu xalq yaşayır
Sənin xidmətlərin də danılan deyil.
Sizə
fikirimiz birmənalıdır
Sizə ümidimiz yanılan deyil.
Ömrünü bu dövlətə
həsr eylədin sən
Rahatlıq bilmədi düşüncən,
zəkan.
Sənə oğul deyir, ovladım deyir
Azərbaycan adlı böyük bir məkan.
Eldar HƏSƏNLİ,
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin
üzvü
Eldar Həsənli.
Azad Azərbaycan.- 2021.- 11 mart.- S.3.