Şərəf dolu tarix yazan Qəhrəman

 

 

44 günlük Vətən müharibəsində Zəfər tarixmizi yazanlardan olan 21 yaşlı şəhidimizi tanıyaq: 4 may 1999-cu ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə ailənin ilk övladı dünyaya gəlir. Hələ uşaqlıqdan yaşıdlarından seçilən Fərid hər kəsin sevimlisi hər bir işdə fəal, dürüst, qoçaq oğlan idi. O, uşaqlıqdan vətəninə, torpağına bağlı idi. 2005-2016-cı illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alır. Müəllimlərin sinif yoldaşlarının sevimlisi idi. 2013-ci ildən bu günə qədər atası Mirzə nənəsi Tamara xanım Fəridi Fuadı böyüdüb, təlim-tərbiyələri ilə məşğul olublar. Fərid Tamara nənəyə hər zaman deyirmiş: “Nənə gedib Şuşanı alacam, sənidə ora aparacam…” Fərid Şamilov 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedir. Füzulidə - Haramı düzündə N saylı hərbi hissədə, ön xətdə xidmətə başlayır. 2019-cu ilin yanvarın 9-da hərbi xidmətdən qayıdır

 

2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü Səfərbərlik Hərbi Xidmətə Çağırış idarəsinə ərizə ilə müraciət edir. 21 sentyabrda çağrılır bir müddət Qusar rayonunda təlimlər keçəndən sonra sentyabrın 27-də cəbhə bölgəsinə yollanır. O, Füzuli istiqamətində gedən döyüşlərdə şücaətlə vuruşur. Cəbrayıl, Zəngilan, Xocavənd, Şuşa, Laçın rayonları uğrunda gedən döyüşlərdə igidlik göstərərək vətənə layıqincə xidmət edir. 2020-ci il 8 noyabrdan 9-na keçən gecə Fərid Şamilov Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olur. Ağır döyüşdə minamyot atılır. Fərid yaralanır şəhid Qubad Əliyevlə birgə şəhidlik zirvəsinə ucalır. Fərid Şamilov 10 noyabrda son mənzilə yola salındı. O da başqa şəhidlərimiz kimi tarix yazaraq əbədiyyətə qovuşdu.

 

Azərbaycan Prezidenti İlham Əliyev döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik şücaət nümayış etdirmiş Silahlı Qüvvələrin əsgəri Şamilov Fərid Mirzə oğlunu ölümündən sonraVətən uğrunda”, “Xocavəndin azad olunmasına görəmedalları ilə təltif etmişdir.

 

Şəhidimizin atası Mirzə Şamilov 1993-1997-ci illərdə I Qarabağ müharibəsinin döyüşçüsü olmuşdu. Fərid haqqında danışmaq çətin olsa da O bizimlə həmsöhbət oldu: “Son döyüşündən bir gün öncə mənlə danışıb dedi ki, “Ata sən ala bilmədin, amma mən aldım bu torpaqları, Şuşa bizimdır sən narahat olma”. Mərd, saf ürəkli, vətəninə, xalqına bağlı bir oğlan idi. Fərid uşaq vaxtından böyük düşüncələri ilə hamının hörmətini qazanmışdı. Maraqlı söhbətli, insanlara canı yanmağı ilə fərqlənirdi. Hər kəsə bacardığı köməyi əsirgəməzdi. Dostlarının, qohumların sevimlisi idi. Çox inamlı oğlan idi inanırdı ki, torpaqlarımızın azad olunmasında onun da əməyi olacaq. Fərid bizim xoş xatirələrimizdə qaldı!” Ailəni ziyarət edərkən 7 yaşlı Ruslan adlı bir oğlan mənə yaxınlaşaraq dedi: Mən əmim Fərid Şamilovla fəxr edirəm, ona bir seir yazmışam.

 

Canından can verərək,

Qanından qan verərək.

Zirvələrə ucalan

Mənim əmim Fəriddir.

 

Vətənimin torpağın,

Hər qarışın, hər dağın,

Qədrini o bilirdi,

Mənim əmim Şəhiddir.

 

Şəhid əsl igiddir,

O hər kəsə aiddir.

Qəlbimizdə yer edən

Mənim əmim Fəriddir.

 

Vətən müharibəsinin qəhrəmanları qürur yerimizdir! Azərbaycan xalqı Şəhidlərimizin adını daim uca tutacaq. Nur icində yatasan şəhid qardaşım!

 

Yeganə TELMANQIZI

 

Azad Azərbaycan.- 2021.- 11 mart.- S.5.