Vətən sevgisi ilə vətənləşən igid

 

 

30 il düşmənə əsir düşən əzəli yurd yerimiz  Qarabağ naminə başlanan və 44 gün çəkən  Vətən müharibəsi  şanlı zəfərimizlə başa çatdı. Bu, müqəddəs haqq savaşında  Vətən xalq yolunda  canını fəda edən Babək qeyrətli, polad biləkli , el-oba təəssübkeşliyi varlığına  hakim kəsilən minlərlə igidlərdən  biri Nail Rəfail oğlu Orucov idi.  O,   1978-ci ildə Astaranın Məscid məhəllə kəndində  mənəvi təmələ tapınmış, pak niyyətli ailədə boya-başa çatmışdır. Sağlam əqidəli, xalqa, dövlətli  sədaqətli  oğul kimi bütün həyatını Vətənə bağlayan Nail erməni dığaların  doğma Azərbaycanda törətdiyi  vəhşiliklərə heç cür dözə bilmir. Vətən torpaqlarını onların murdar tapdağından azad etmək üçün həyatını hərbiyə bağlayır. 

 

Əvvəlcə Hərbi liseydə oxuyur. Burada Nail  Vətəninin taleyini düşünməklə hərbinin  sirlərinə bacarıqla yiyələnir dərin zəkası, həyata baxışı onu çoxlarının sevimlisinə çevirir. Liseyi başa vuranda  bu,  vətənpərvər yeniyetmənin  gələcəkdə nəyə qadir olacağı bilinir. Nail  qazandığı biliyini daha mükəmməl etməkdən ötrü  1995-ci ildə Bakı Ümumqoşun məktəbinə daxil olur. Kökdən gələn  mənəvi zənginlik, nəcib əməllər uğrunda çalışmaq istəyi, Vətən yanğısı, onun xilasına yönələn mütərəqqi idealları, məqamında  insanların köməyinə yetmək məharəti yeni təhsil ocağında da  ona arzularına doğru stimul verir. Başa düşür ki, hər şeyin kamil ustası olmaqla  tutduğu yolda məqsədə çatmaq olar. Belə ki, Vətəninə etibarlı müdafiəçi olmaq üçün  məktəbi yüksək səviyyədəMotoatıcıixtisası üzrə bitirib, leytenant rütbəsi  qazanır.

 

 Həyatının dəyərini Vətəninə, xalqına ləyaqətli  xidmətdə görən Nail Orucov 1999-cu ildə leytenant rütbəsində ixtisası üzrə milli ordu sıralarda xidmətə başlayır. Birinci   taqım komandiri vəzifəsi ona həvalə edilir. Nümunəvi xidməti, insana qayğısı ilə əsgərlərin, zabitlərin dərin məhəbbətini qazanır.  Ətrafdakılar arasında ruh yüksəkliyi yaradır, Vətənə, torpağa  sevgi hissi aşılayır. Sonra bölük komandiri,   tabor komandirinin maddi texniki təminat üzrə müavini, qərargah rəisi,  maddi texniki təminat bölməsinin (Q4) rəisi maddi-texniki təminat üzrə rəisi vəzifəsində çalışır. Pillə-pillə ucaldıqca, layiq olduğu rütbələri alır.  Polkovnik-leytenant kimi ehtiyata buraxılır. Qaldı ki, qana susayan düşməndən qisas alacağı günü  döyüş əməliyyatlarda tam yetişmiş  Vətənin sadiq keşikçisi olmaqla ürək yanğısi ilə  hər an gözləyir...

 

 Nəhayət  polkovnik-leytenantın istədiyi gün gəlir.  29 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlimlərə cəlb olunur. Oktyabrın 6-dan etibarən, Birinci  tabor komandiri vəzifəsində Qarabağ naminə odun-alovun içinə atılır.  Onun taboru Füzuli, Hadrut, Cəbrayıl Qubadlı istiqamətində bir-birindən çətin əks-hücum əməliyyatlarında mərdliklə vuruşur, düşməni  ciddi itki verməklə geri çəkilməyə məcbur edir, Qubadlı rayonunun Azərbaycan Ermənistan sərhədin tam nəzarətə alır. Oktyabrın 31-də düşmən təxribatı nəticəsində Qubadlıya yenidən hücum olunur düşmənin artilleriya atəşi nəticəsində polkovnik-leytenant Nail  Orucov şəhadətə yüksəlir. 42 yaşında Vətən sevgisi ilə  vətənləşən Astaranın igid oğlu  şanlı zəfərimizin qalib şəhidi kimi milyonların qəlbinə köçür.

 

Zəfər Orucoğlu

 Azad azərbaycan.- 2021.- 11 mart.- S.5