GECİKƏN
BƏYAZ GÜL
(Novella)
Bəzən həyatımıza girən
"kaş ki" kəlməsi bir ömür boyu bizə yoldaş olur, hər nəfəs aldığımızda
içimizi qurd kımı yeyir, yaralarımızın qaysağını
qopardıb sızladır...
"Bəlkələr" də həmçinin... Elcanın dilində bir ömür qalan "kaş ki" kəlməsi kimi...
"8 mart Qadınlar
bayramı"
Quşların cəh-cəhləri hər
yandan duyulan yazın ilıq nəfəsilə qarışaraq
insanın ruhunu oxşayırdı. Öncələr
sevdiyi "8 mart" bayramını daha sevə bilməz ki, Elcan...
O, sübh tezdən
oyanıb tələsik
evdən çıxdı.
Gül dükanına
daxil olub bir bəyaz gül alıb maşınına əyləşib
yola düşdü...
Elcan yol boyu gözlərinin yaşını
saxlaya bilmirdi, "necə unuda bildim?" - deyə özünü danlayırdı.
Həyəcandan ikiəlli
sükandan bərk-bərk
yapışan Elcan heç vaxt unuda bilmədiyi o günü yenidən yaşayırdı. O, bu düşüncələr içində
məzarlığa çatdı.
Maşını bir kənarda saxlayıb, ağır
addımlarla, başını
aşagı salaraq anasının məzarına
yaxınlaşdı. Məzar
bəyaz güllər
içində güllü
baxçaydı. 20 ildir
özünü bağışlaya
bilməyən Elcan anasının məzarına
yaxınlaşıb bəyaz
gülü məzara qoyub, dəfələrlə
dediyi sözləri: “Bağışla məni ana”,- deyib yenidən
hönkürdü... Yenidən
o “mənzərə” kino
lenti kimi gözünün önündə
canlandı, onu 20 il öncəyə "8 mart" gününə apardı...
20 il öncə
Elcanın düz 29 yaşı vardı...
O gün Məryəm
ana həmişəki
kimi sevincli idi. Səhər tezdən oyanıb oğlu Elcanı işə yola salmışdı. Sonra isə nahar tədarükünə başlamışdı.
Oğlunun ən sevdiyi yeməkləri hazırlamış, sevdiyi
şirniyyatlardan bişirmişdi.
Axı o gün bayram idi. Məryəm
xanımın ən sevdiyi bayram. Qadın olduğunu hiss etdiyi bayram...
O gün oğlu, onu ən çox
sevdiyi tək bəyaz güllə təbrik edəcəkdi. Bu tək bəyaz
gülün tarixçəsi
isə Məryəm xanımçün çox
özəl idi.
Oğlunu dünyaya
gətirən gün həyat yoldaşını
itirmişdi Məryəm
xanım. Həmin gün həyat yoldaşı avtomobil qəzasında dünyasını
dəyişmişdi.
O, həyat yoldaşı
Ramizlə hələ
məktəb illərindən,
sevgilərindən çox
öncə dost idilər. O zamanlar hər 8 mart günü Ramiz ona tək bir
bəyaz gül alar, təbrik edərdi. Çünki Məryəmin bəyaz gülləri nə qədər sevdiyini yaxşı bilirdi. Elə ilk evlənmə
təklifi edəndə
də bəyaz güllə sevindirmişdi
Məryəmi. Amma oğlunu dünyaya gətirən günə yetişə bilməmiş
və əlində bir bəyaz güllə avtomobil qəzasına uğramışdı.
Məryəm xanım
o qanlı gül qurusunu hələ də saxlayırdı... Elcan demək olar ki, 10 yaşından
bu hadisəni öyrəndikdən sonra,
anasına hər bayram ağ gül bağışlar,
bu ənənəni ürək ağrısıyla
da olsa davam
etdirirdi. Anası da çox sevinər,
hər dəfə bayram günləri acılı-şirinli xatirələriylə
baş-aşa qalar, yenidən o günləri yaşardı...
Məryəm ana naharı hazırlayıb, masanı
bəzədi. Pəncərənin
önündə oturub
oğlunun yolunu gözlədi. Və yaşadığı əzablı,
sevincli günləri yenidən xatırladı.
Oğlundan başqa həyatda kimsəsi yox idi Məryəm
ananın.
Bütün sevgisini ona vermişdi.
Onu oxutmuş, böyütmüş, sadəcə
onunçün yaşayırdı.
Oğlu da onu böyük məhəbbətlə sevirdi.
Artıq şər
qarışmışdı, saat 12-ni göstərirdi. Qapının qəfil zəngi çalındı.
Səsdən diksinən
ana sevincək qapıya doğru qaçdı. Oğlu sakitcə içəri girdi, deyəsən bir az da
içkili idi.
“Ana mən yatacam”,- deyib otağına
keçdi. Onun bu soyuqluğundan ana çox sarsıldı:
- Oğlum, sənin sevdiyin yeməkləri hazırlamışam, gəl
bərabər oturub yeyək. Səhərdən mən də
heç nə yeməmişəm, səni
gözləmişəm.
- Yox ana, sən
ye, mən yatacam, - deyib tələsik otağına keçdi Elcan. Telefonu çıxardıb sevgilisini aradı. Yenidən onunla deyib gülməyə
başladı. Bütün günü
onlar birlikdə keçirtmişdilər. Bir dəstə
bəyaz gül, hədiyyələr alıb
sevgilisini təbrik etmişdi Elcan. Demək olar ki, maaşını
tamamilə sevgilisinin hədiyyələrinə xərcləmiş,
amma nədənsə
anası üçün
bir tək bəyaz gülü almağı unutmuşdu.
Məryəm ana yeməyə toxunmadan otağına keçdi. Ürəyi döyünməyə başladı...
Fikirlərə qərq oldu.
“Elcan heç
belə etməzdi.
Demək
qorxduğum başıma
gəldi. Mənə
olan sevgisi azalmış”... Ana özünü ələ
almağa çalışırdı.
“Yox, yəqin daha önəmli işləri olub”,- deyə özünə
yalandan təskinlik verdi. “Yox unutmaz, bilir o gülü necə gözlədiyimi. Yəqin
bu gün bayram olduğunu unudub, yəqin səhər alar”,- deyə fikirləşdi Məryəm ana. Amma ürəyinin sancısı,
ağrısı, narahatlığı
artırdı. Rəfdən gündəliyini götürdü.
Tarixi qeyd etdi. Tək bir cümlə
yazdı.. “Gecikən bəyaz gül”...
Sonra dəftərin
arasındakı qurumuş
bəyaz gülü əlinə aldı, gözlərindən axan gözyaşlarıyla o qurumuş
gülü islatdı. Ovcunda
bərk-bərk sıxdı
və yatağa uzandı...
Səhər Elcan yuxulu-yuxulu mətbəxə su içməyə keçdi.
Başı çox ağrıyırdı. Yatağına
geri dönəndə
salonda toxunulmamış
masanı görüncə
sanki yuxudan ayıldı. İki əliylə başını
tutdu. “Mən neylədim İlahi? Bu nə haqsızlıq”, - deyib dərhal əynini geyindi, çox keçmədi ki, anası yuxudan oyanmamış bəyaz güllə evə döndü. Anasını səslədi,
amma səsinə səs verən olmadı. Yataq otağının qapısın
açıb sakitcə
içəri girdi. Çarpayıda uzanan anasına yaxınlaşdı.
Onu oyatmaq üçün ehmalca əlini uzadıb anasının əlindən
tutdu və birdən diksindi. Ananın əlləri bum-buz idi. O, əbədi yuxuya getmişdi... Yanağında
donmuş gözyaşları
görünürdü... Ovcunda
isə bərk bərk tutduğu qurumuş bəyaz gül...
Səadət Qərib
Azad Azərbaycan.- 2021.-11 mart.- S.11.