Adət və ənənələr mədəni
tədbirlər üçün
rəmzi məna kəsb edir
Xalqımızın milli, tarixi-ənənələri bayramları
və mərasimləri
kütləvi tədbirlər
içərisində xüsusi
yer tutur
Milli-mənəvi dəyərlər millətin
müqəddəs, toxunulmaz
xəzinəsidir. Onun
tərəqqisi milli varlığın mövcudluğu
və əbədiliyini
tərənnüm edir.
Hər bir xalqın tarixi, mentaliteti, əcdadları tərəfindən yaradılmış
milli-mənəvi dəyərləri
vardır. Azərbaycanın
qədim tarixindən bizə miras qalmış milli mədəniyyətimiz yeni
nəsil tərəfindən
qorunub saxlanılmalı,
zənginləşdirilərək gələcək nəsillərə
ötürülməlidir.
Ölkədə adət və ənənələr mədəni
tədbirlər üçün
rəmzi məna kəsb edir və onlara milli məzmun gətirir. Məsələn,
Novruz bayramı ərəfəsində keçirilən
bir çox mədəni tədbirlərdə
səmənidən, xalqımızın
qədim milli geyimlərindən və
s. milli-rəmzi atributlardan
geniş istifadə olunur. Xalqımızın
milli, tarixi-ənənələri
bayramları və mərasimləri kütləvi
tədbirlər içərisində
xüsusi yer tutur. Bu bayramlarda
qədim mədəniyyətimiz,
xalqımızın əsrlər
boyu yaratdığı
milli adət və ənənələr,
bədii sərvətlər,
tarixi hadisələr əks olunur. Amma sirr deyil
ki, dövlətin incə daxili siyasətinə nüfuz edə bilməyən bəzi fərdlər
"Qarabağ probleminin
mövcudluğu şəraitində
ölkədə bayramların
çoxluğu"nu mövzuya
çevirmək istəyənlər
də var. Amma bayramların mənəvi dəyərini
yüksək qiymətləndirən
fransız filosofu J.J.Russo deyib: “Əgər xalqı zəhmətkeş və yaradıcı etmək istəyirsinizsə, ona bayram etmək imkanı verin”.
Platon bayramları
dövlətin sabitliyi
hesab edərək göstərirdi ki, tərbiyə işində
buraxılan qüsurları
bayramlar vasitəsilə
düzəltmək mümkündür.
Aristotelə görə isə, insan təbiəti elədir ki, o təkcə zəhmət çəkmək deyil, həm də öyrənmək və bayram etmək istəyir. Buna onun hərtərəfli haqqı var.
Göründüyü kimi, bayram və
mərasimlər insan həyatını mənalandıran
başlıca amillərdəndir.
Burada onlar görünür, ünsiyyət
qurur, sevinc və problemlərini bölüşdürürlər. Azərbaycan şəraitində
bu gün heç bir bayram milli-mənəvi atributsuz keçmir.
Novruz bayramı, Ramazan
bayramı, Qurban bayramı, Respublika günü, Qurtuluş günü, Konstitusiya günü və digər bayramlarımız
və tarixi günlərimizlə yanaşı,
cəmiyyətin hər
bir inkişaf mərhələsində digər
mədəniyyətlərə inteqrasiyamız genişləndikcə,
həyatımıza və
məişətimizə yeni
beynəlxalq bayram və tarixi günlər də daxil olur. Onların
bəzilərinin kökləri
qədim dövrlərə
təsadüf etsə
də, ölkəmizdə
son zamanlardan bəri müasir bayramlar kimi qeyd olunmağa başlayıb. Hər bir tarixi mərhələdə
olduğu kimi müasir dövrdə də bayramlar, tarixi hadisə və günlər böyük təntənə
ilə qeyd edilir. Xalqımız qədim adət-ənənələrlə
yanaşı, həyatımızda
yeni formalarda təcəssüm olunan mədəni sərvətimizi
bu gün də yaşadır və inkişaf etdirir. Deməli, milli-mənəvi dəyərlərimizin
müasirliklə vəhdəti
artıq layihə, proqram yox, həyat
tərzidir. Beləliklə,
xalqlar arasında milli-mənəvi dəyərləri
ilə tanınan Azərbaycan xalqı ustadlığı və təbliğ etdiyi bəşəri ideyaları,
adət-ənənələri, milli xüsusiyyətləri
ilə dünya sivilizasiyasında özünəməxsus
yer tutur.
Deyilən bu
mənəvi dəyərlər
dövrün, mövcud
şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə
uyğun cilalanır, yeni forma və
məzmun kəsb edir. Eyni zamanda
şəraitə uyğun
mənəvi dəyərlər
adət və ənənələr yaranır.
Azərbaycan müasirləşən, Avropa
və dünya birliyinə sürətlə
inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə
davam edən qloballaşma prosesləri bizim də ölkədən
yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi
unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə
və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri
ilə ziddiyət təşkil etməməlidir.
Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda
beynəlxalq əməkdaşlığı,
xoş münasibətləri,
səmimi dostluğu nəzərdə tutulur. Burada həmçinin xüsusi əhəmiyyətə malik
olan məsələlərdən
biri də dövlət siyasətində
prioritet sahələrdən
biri din siyasətinin düzgün
şəkildə aparılması
və xalqın, millətin mənəviyyatının
yüksəldilməsi istiqamətində
müvafiq işlərin
görülməsidir.
Milli mənəvi dəyərlərimizin
yaşadılmasında, onun
təbliğində xüsusilə
son dövləri əhatə edən genişmiqyaslı fəaliyyəti
ilə cəmiyyətimizin
rəğbətini qazanan
Heydər Əliyev Fondu da bu
sahədə böyük
işlər görmüşdür.
Belə ki, fondun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin
qorunmasını və
bərpasını daim
diqqət mərkəzində
saxlayır. Respublikamızın ərazisində olan
müqəddəs ibadətgahlar,
məscid və ziyarətgahlar milli mənəvi dəyərlərimizin
təbliğində böyük
əmək sərf edən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində
əsaslı bərpa
və yenidənqurmadan
sonra xalqın istifadəsinə verilmişdir.
Təbii ki, bu abidələr fərdlər
tərəfindən milli
düşüncənin məhsulu
olaraq ortaya qoyulur. Ölkə Prezidentinin Sərəncamı
ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi,
Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və
musiqi məktəblərinin
yaradılması və
s. qədim və
zəngin mədəni
irsə olan diqqətdir. Eləcə də ölkə
başçısının Azərbaycanın dünyaya
inteqrasiya tempinin artmasına töhfələrini
verən, milli-mənəvi
dəyərlərin keşiyində
duran və onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri
ad və mükafatların verilməsi ilə bağlı imzaladığı
sərəncamlar milli
dəyərlərimizə verilən
qiymətin bariz nümunəsidir.
Bütün bunlar Azərbaycan dövlətinin öz xalqının milli mənəvi dəyərlərinə
xüsusi qayğısı
və diqqətinin bariz nümunəsidir. Azərbaycan xalqı da öz
tarixinə, milliliyinə,
dininə və dilinə sadiq qalaraq bu istiqamətdə
dövlət siyasətinə
öz dəstəyini
əsirgəməməli və
bir azərbaycanlı,
bir müsəlman olaraq öz əlindən gəldiyi qədər bu dəyərləri qorumalı,
təbliğ etməlidir.
Bəli, müstəqil
dövlətin dönməzliyini,
sarsılmazlığını daxilən azad, milli təfəkkürlü,
milli ruhun qorunub saxlanmasında maraqlı olan vətəndaş təmin
edə bilər. Fərdin vətəndaşa
çevrilməsi mürəkkəb
prosesdir. Əsl vətəndaş mövqeyini
örnəyə çevirən
Ulu Öndər azərbaycanlı obrazını
dünyaya təqdim etdi. Mənəvi dirçəliş sahəsində
atılan hər bir addım azərbaycanlı obrazının
cilalanmasına xidmət
etdi. İslami dəyərlərə çox
qısqanclıqla yanaşan
dünya indi bu reallığı qəbul etmək məcburiyyətindədir. Dəyərlərin
qorunmasında həmrəylik
olduqca vacibdir. Ümummilli Liderin sözləri ilə desək, başqa məsələlərdə müxalif
olmaq olar. Ancaq bu məsələdə
- milli-mənəvi dəyərlərin
qorunmasında hamımız
eyni cür düşünməliyik və
buna eyni səviyyədə əməl
etməliyik. Burada söhbət azərbaycançılıqdan,
milli bütövlükdən,
milli dəyərlərin
qorunmasından, milli özünüdərkin önə
gətirilməsindən gedir.
Cavanşir QƏDİMOV
Azad Azərbaycan.- 2021.- 18 mart.- S.9.