"Sağlığında qiymət verin insanlara"

 

 

Cabir Novruz sağlığında dəyərini layiqincə alan şair idi

 

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruz yaşasaydı 88 yaşı qeyd ediləcəkdi. Ədəbiyyatımızda xüsusi yeri olan incə ruhlu, zərif duyğulu, ulduz kimi parlayıb oxucularının rəğbətini qazanan şair qəlbləri "Sağlığında qiymət verin insanlara" şeiri ilə fəth edə bilmişdi.

 

Cabir Novruz  doğma elini-obasını, xalqını dərin məhəbbətlə sevən vətənpərvər bir şair olub. Bütün bu sevgilər onun anasını bütün varlığıyla sevməsindən irəli gəlmişdi.

 

Torpağın dirçəldiyi mart ayında dünyaya göz açan şairin 88-ci ildönümündə onu sevən xalq, hər il olduğu kimi bu ildə öz sevimli, mərd oğlunu hörmət ehtiramla yad etdi. "Cabir Novruz" Mədəniyyət Fondu Azərkitabın birgə təşkilatçılığı ilə "Azərkitab-Kitab Mərkəzi"nin nəzdində fəaliyyət göstərəcək "Cabir Novruz" poeziya evinin açılış mərasimi keçirildi.

 

 

 

Poeziya evinin açılışını bildirən qırmızı lenti "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, professor, Yasamal rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov Xalq yazıçısı Çingiz Abdullayev kəsərək, xeyir-dua verdilər.

 

Müasir tələblərə cavab verən Azərkitabın zalında tədbir videokonfrans tətbiqi vasitəsilə onlayn təşkil edildi. Tədbiri giriş sözü ilə açan Azərkitabın rəhbəri Sabir Həsənov tədbirə gələn qonaqları salamladı tədbir iştirakçılarına kitab evinin fəaliyyəti barədə ətraflı məlumat verdi. S.Həsənov poeziya evinin məhz həmin mərkəzin nəzdində yaradılmasını yüksək fikirləriylə qiymətləndirdi. O, təqdirəlayiq hal kimi onu da vurğuladı ki, bu kimi işlərin görülməsi müasir gənclərin gələcəkdə sağlam, zəngin dünyagörüşlü şəxsiyyət kimi formalaşmasında bir növ dəstək, gələcək uğurların qazanılması üçün işıqlı yol göstərən bir mayakdır.

 

C.Novruzun şah əsəri sayılan "Sağlığında qiymət verin insanlara" şeirini Azərbaycan Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlı ustalığı, öz məharətli səsi ilə səsləndirdi.

 

Daha sonra Xalq yazıçısı Çingiz Abdullayev şairdən ürəkdolusu söhbət açdı. O, çıxışında qeyd etdi: "Mən Cabir Novruz kimi insanları az-az görüb, tanıdım indi fəxr edirəm ki, zamanında onunla ünsiyyətdə olmuşam. Birdə fəxr edirəm ki, onun adına bu gün poeziya evi yaradılır. Çünki, C.Novruz bu ada layiq şairdir".

 

C.Abdullayevin çıxışını dinlədikcə bir məqam daha çox diqqətimi çəkdi. O, qeyd etdi ki, Ulu öndər Heydər Əliyev tərəfindən C.Novruza Xalq şairi adı verildi. Səhəri gün sevincli xəbəri eşidən xalq küçələrə axın edib, sevinc hissi ilə Heydər Əliyevə minnətdarlıq bildirirdilər.

 

 

 

Bəli, budur xalq sevgisi, budur ədəbiyyatımıza verilən böyük dəyər. Cabir Novruz sağlığında dəyərini layiqincə alan şair idi. Qələmindən çıxan şeirlər mahnılara çevrilib bu gün sevilir, sabah da seviləcəkdir.

 

Tədbir çox maraqlı davam edirdi. "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov, professor Abbasqulu Nəcəfzadə, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Əməkdar müəllim - şair Ofeliya Babayeva, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi - Metodiki ixtisaslaşdırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov, Yasamal rayon Ağsaqqallar Şurasının nümayəndə heyəti, şairin ailə üzvləri, C.Cabbarlı adına 1 saylı tam orta məktəbin direktoru, "Cabir Novruz" Mədəniyyət Fondunun vitse-prezidenti Nəcməddin Mürvətov, Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova, Xaçmaz regional Mədəniyyət idarəsinin Siyəzən üzrə nümayəndəsi Zəminə Qədirli, Siyəzən Mərkəzi kitabxanasının direktoru Şəfiqə Arzudova, Xızı rayon C.Cabvarlı ev muzeyinin direktoru Həcər Mahmudova, M.Müşfiq muzeyinin direktoru Orxan Azimov digər yoldaşlar videokonfrans tətbiqi vasitəsilə şairin həyat yaradıcılığından geniş məzmunlu çıxışlarını etdilər.

 

Tədbirin sonunda təklif səs birliyi ilə şairin gəlini, Xalq artisti Əliabbas Qədirovun qızı Gültəkin Novruzova "Cabir Novruz" poeziya evinin direktoru təyin olundu.

 

Füsünkar gözəlliyi, görənləri heyran qoyan dağlarıyla əhatələnmiş Xızının Upa kəndində dünyaya göz açmış Cabir Novruz adı Azərbaycan ədəbiyyatında qırmızı xətlə keçən, bu gün xalqın sevimli övladı olan şair 88-ci ildönümündə onu sevən xalq tərəfindən hörmət ehtiramla yad edilir. C.Novruz yaşadığı dövrdə , bu gün , gələcəkdə seviləcəkdir. Əbədiyaşarlıq qazanan şairi xalqımız istər onun sağlığında, istərsə ölümündən sonra  onu sevmiş sevirlər.

 

Xalq üçün yaşayıb - yaradanları xalq özü qəlbində yaşadacaqdır. Dövlətimiz bu dahi şairin adını əbədiləşdirmiş xatirəsini hər zaman əziz tutmuşdur.

 

Rəsmiyyə HEYBƏTAĞAQIZI

 

 Azad Azərbaycan.- 2021.- 18 mart.- S.11.