Nizami Gəncəvi haqqında biblioqrafik icmal hazırlanıb

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qüdrətli söz fikir ustadı olan Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə "Nizami Gəncəvi ili" elan edib. Bununla əlaqədar olaraq, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası "Əsrlərin şairi Nizami Gəncəvi" adlı biblioqrafik icmal hazırlayıb.

 

AZƏRTAC xəbər verir ki, icmalda dahi şair mütəfəkkir Nizami Gəncəvinin həyat yaradıcılığı haqqında ətraflı məlumat verilib, şairin həm Azərbaycan, həm rus dilində çap olunmuş kitablarının biblioqrafik təsviri, əsərlərdən şeir parçaları təqdim edilib.

 

Vəsaitdə, həmçinin, ədibin iki qəzəli, şeirləri əsasında bəstələnmiş musiqi əsərləri (romanslar, muğamlar, operalar, simfonik əsərlər), virtual kitab sərgisi öz əksini tapıb.

 

Bundan əlavə, kitabxana dahi Nizamiyə həsr edilmiş ingilisdilli auditoriya üçün nəzərdə tutulan videoçarx da hazırlayıb. Videoçarxda Nizami Gəncəvinin həyat yaradıcılığı geniş işıqlandırılıb. Hazırlanan materialda XII əsr ictimai-siyasi hüquqi fikirlərinin ən görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin öz əsrinin misilsiz humanist mütəfəkkiri olması, onun sosial-siyasi ideyalarının Azərbaycanın siyasi hüquqi fikir tarixinin inkişafında mühüm rol oynaması, Yaxın Orta Şərqin fəlsəfi, ictimai-siyasi fikrində humanist, demokratik ideyaların formalaşmasına inkişafına müstəsna təsir göstərməsi qeyd edilib. Videoçarxda Nizami dünyanın ən böyük humanist sənətkarlarından biri kimi yad edilib. İstifadəçilərin böyük marağına səbəb olan videoçarx böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında maraqlı məlumatlarla zəngindir.

 

Sözügedən materiallar Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının rəsmi saytında İnstaqram səhifələrində yerləşdirilərək istifadəçi auditoriyasına təqdim olunub.

 

2021.- 525-ci qəzet.- 30 mart.- S.9.