Rabindranat Taqor dünya ədəbiyyatı

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Rabindranat Taqorun (1861-1941) anadan olmasının 160 illiyinə həsr olunmuşRabindranat Taqor dünya ədəbiyyatıadlı onlayn Beynəlxalq Elmi Konfrans keçirilib.

 

525.az-a verilən məlumata görə, konfransda Hindistanın Azərbaycandakı səfiri ilə yanaşı, Hindistandan olan bir sıra alimlər iştirak ediblər.

 

Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik Hindistan səfirinə tədbirimizə qatıldığına görə təşəkkürlərini çatdırıb. Taqorun fəaliyyətinə toxunan akademik İsa Həbibbəyli əlavə edib ki, “Taqoru böyük rus yazıçısı Lev Tolstoyla müqayisə etmək olar. O, Hindistanın müstəqillik mübarizəsində önəmli şəxsiyyətlərdən biridir. Mahatma Qandi Hindistanın siyasi düşüncəsinə yön vermişdirsə, Taqor Hindistanın bədii düşüncəsini ifadə edib. O, Hindistanın manifestini yaradıb, Hindistanın rəmzlərindən birinə çevrilib. Onu bütün dünya oxuyur. Azərbaycanda da Taqorun əsərləri oxunur, tədqiq təbliğ edilir.

 

Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ermənistanda Mahatma Qandinin heykəlini yandırdılar. Bu vandal ermənilərin vəhşiliyinin daha bir təzahürüdür biz bunu pisləyirik. Azərbaycan isə Rabindranat Taqorun 160 illiyini qeyd edir. Akademiya professor Bədirxan Əhmədlinin yazdığı Taqora aid kitab çap etdirib. Heykəli yandıran Ermənistandır, kitab çap edən, yubiley keçirən Azərbaycandır. Azərbaycan bütün dünya ilə, o cümlədən Hindistanla əməkdaşlığını uğurla davam etdirir.

 

Nobel mükafatçısı Rabindranat Taqora həsr edilmiş bu konfrans həm hind xalqına ehtiramın ifadəsidir. Biz Hindistan mədəniyyətini ədəbiyyatını öyrənmək işini davam edəcəyik. Rabindranat Taqor Azərbaycanla Hindistan arasında ədəbi körpüdür. Bu konfrans Azərbaycan-Hindistan dostluğunun daha da möhkəmlənməsinə xidmət edir”.

 

Sonra Hindistanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Bafutlinq Vanlalvavna Rabindranat Taqora aid konfransda iştirakından məmnun olduğunu bildirib. Səfir çıxışında əlavə edib ki, “Taqor çoxşaxəli istedada malik insan idi, 1913-cü ildə Asiyadan ilk dəfə “Nobel” mükafatına layiq olan şəxs olmuşdur. O, Hindistan istiqlal marşı da daxil olmaqla, üç ölkənin marşının müəllifidir. Onun əsərləri 1960-cı illərdən bəri Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrinə tərcümə olunaraq, təbliğ olunur. Ədəbiyyat İnstitutunda da belə bir konfransın təşkil edilməsi çox sevindirici haldır” .

 

 Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli bildirib ki, Taqora həsr olunmuş kitabın ərsəyə gəlməsi Ədəbiyyat İnstitutunda aparılan uğurlu işlərin nəticəsidir. Rabindranat Taqor təkcə hind ədəbiyyatının deyil, dünya ədəbiyyatının görkəmli nümayəndəsidir. Hind ədəbiyyatının bədii təfəkkürünün nümunəsidir. Hind bədii düşüncəsi ilə Azərbaycan bədii düşüncəsi arasında müəyyən bağlılıq var. Nizami Gəncəvidən, Saib Təbrizidən üzü bəri Azərbaycan şairlərinin Hindistan ədəbiyyatına təsiri olub. Rabindranat Taqorun yaradıcılığı çoxsəsli-polifonik bir yaradıcılıqdır. O, şair, yazıçı, dramaturq, bəstəkar, aktyor, rejissor, ictimai xadim kimi fəaliyyəti ilə geniş sferaya malikdir. Rabindranat Taqorun anadan olmasından 160 il keçib. Onun yaradıcılığı bu illər ərzində daha şaxəli yeni aspektdən öyrənilib. O, yaradıcılığında Şərq-Qərb sintezini özündə əks etdirən yazıçıdır. “Nobel” mükafatı alan ilk asiyalıdır. Anadan olduğu il ingilis müstəmləkəsinin gəldiyi il olsa da, ömrünün sonları ingilis müstəmləkəçiliyinin bitməsi ilə eyni vaxta düşür. Azərbaycanda Taqorun öyrənilməsinin artıq yüz ili tamam olur. Ölkəmizdə onun səkkiz cildliyi çap olunub. Azərbaycanın müstəqillik dövründə əsərləri tərcümə nəşr olunur”.

 

Giriş nitqlərindən sonra Rabindranat Taqorun həayat fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

 Ardınca Cəvahirləl Nehru Universitetinin əməkdaşı, professor Əhməd Əxlaq çıxış edərək bildirib ki, “müstəmləkəçiliyə qarşı simvola çevrilən Taqor pəncab urdu dillərində yazmışdır. Mən Rabindranat Taqor urdu poeziyasımövzusunda məruzə edəcəm”.

 

Hindistandan olan alimlərdən Camia Milliyə İslamiyyə Universitetinin Tarix Mədəniyyət şöbəsinin əməkdaşı, tarix elmləri doktoru, professor Fərhad NəsrinMüsəlman mistikasının metafizikası Rabindranat Taqor professor Rupali SinhaTaqor poeziyasında qadın surətiməruzələri ilə çıxış ediblər.

 

Konfransda Ədəbiyyat İnstitutunun alimlərindən Gülər Abdullabəyova, Bəsirə Əzizəliyeva, Cavidə Məmmədova, Şəhla Qurbanova, Nərmin Cahangirova, Samir Səttarov, Gülnar Yunusova, Lamiyə Nəsirova, Şəbnəm Əsədzadə Orxan İsayev Azərbaycan ingilis dillərində məruzələrini təqdim ediblər.

 

Digər elmi müəsisələri təmsil edən iştirakçılardan Pərvin Nurəliyeva, Ramiz Qasımov, Nərgiz İsmayılova, Sevinc Səlimova Aynur Səfərli Taqor yaradıcılığına aid maraqlı məruzələrlə çıxış ediblər.

 

 Azad Azərbaycan.- 2021.- 6 may.- S.11.