Vətən üçün doğulan
igid
İkinci Qarabağ müharibəsində müqəddəs Vətən torpaqlarını yağı düşməndən azad etmək uğrunda Amid Yədulla oğlu Salayev qəhrəmancasına şəhid olanda ömrünün 18-ci baharına təzəcə qədəm qoymuşdu. Vətənsevərlik, el-obaya bağlılıq, yurda sədaqət lap kiçik yaşlarından onun qəlbinə hakim kəsilmişdi. Həyatı dərk edən gündən dünyaya göz açdığı Masallı rayonunun Sığdaş kəndində insanlar onun milli dəyərlərə sədaqətinə, etibarına, saflığına heyran idilər. Amidin ağıllı hərəkətləri onu yaşıdlarından çox-çox üstün göstərirdi. Ürəyi qurub-yaratmaq həvəsi ilə vururdu. O, həyatının mənasını, xoşbəxtliyini Vətəninə, xalqına bağlamışdı. Uşaq olsa da, erməni vandalların Azərbaycan torpaqlarına ədalətsiz təcavüzü onun bütün rahatlığını əlindən almışdı.
Bəli, çətin məqamda canını Vətən yolunda fəda edib xalqının qəlbində qəhrəmanlıq mücəssəməsinə dönən Amid Salayev 2020-ci ildə həqiqi hərbi xidmətə gedir. Və ən əsası əyninə əsgər paltarı geyinən gündən canından artıq sevdiyi müdriklər beşiyi, dahilər diyarı doğma Azərbaycana necə sədaqətli oğul olduğunu etdiyi nümunəvi xidməti ilə göstərir. Həmişə də əsgər yoldaşlarına deyir: «Doğma qoynuna baş qoyduğumuz Ana Vətənin hər qarışı əzizdir, onu qorumaq biz oğulların ən müqəddəs borcudur».
Hərbi hissədə cəsurluğunu, çevikliyini görüb onu kəşfiyyat bölüyünə götürürlər. Vətən sevgisi igid əsgərə bütün təlimlərdə uğur gətirir, onu peşəkar hərbçi səviyyəsinə qaldırır. Amid Vətəninə oğulluq borcunu layiqincə verdiyi zaman 27 sentyabr İkinci Qarabağ müharibəsi başlanır. O, Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə ön cəbhədə erməni faşistləri ilə ölüm-dirim savaşına girir. Bir neçə gün ərzində düşmənin çoxsaylı canlı qüvvəsini, saysız-hesabsız texnikasını məhv edir. Həmişə də Amid qalib gəlmək əzmi ilə müharibəyə atılır, göstərdiyi hünərlə sözün əsl mənasında tarix yazır. Erməni dığalarına vurduğu sarsıdıcı zərbələri hesabına 30 il işğal altında qalan Vətən torpaqları qarış-qarış azad olunur.
İgid əsgər Amid Füzulidə şəhidlik zirvəsinə ucalır. Son nəfəsinədək düşmənə qarşı mərdliklə döyüşür, Vətəninin şərəfini qorumaqla canını ona qurban verir.
Xalq öz igid oğlunu
bir an belə
unutmur. Hər yerdə, hər
zaman onun adını uça tuturlar. Dövlət tərəfindən ölümündən sonra
layiq görüldüyü
“Vətən uğrunda”
medalı da Amidin böyük rəşadətinin, qəhrəmanlığının
bariz nümunəsidir.
Zəfər
ORUCOĞLU
Azad Azərbaycan.-
2021.- 20 may. S. 5.