Qarabağın dini və maddi-mədəni
tarixi (IV-XX əsrlər)
A.Çavçavadze "Ermənilər və
qan ağlayan daşlar" əsərində yazır: “Ermənilər
aborigen albanları süni şəkildə
qriqoryanlaşdıraraq vaxtilə
sığındıqları Azərbaycan torpaqlarını
"Hay ölkəsi"- Şərqi Ermənistan
adlandırırlar”
Ermənilərin özlərini
dünyanın ən qədim xalqı hesab etməsi, Yaxın
Şərq və Qafqazda “Böyük Ermənistan” adlı
mifik dövlətləri haqda cəfəngiyyatları tarix
elmində heç bir fakta, sənədə, dəlilə
söykənməyən uydurmalardır. Bu
uydurmalara dünyada özlərindən başqa heç kim
inanmır, lakin bu onlara bu cür utopik saxta tarixi xəritələr
düzəltməyə mane olmur (saxta "Böyük Ermənistan
xəritəsi"- Azərbaycan Ordusu tərəfindən azad
eilmiş ərazilərdə inzibati idarə binasında
aşkar olunub- yazının 1-ci hissəsində verilib,
Qafqazın, Azərbaycanın, həmçinin Qarabağın
etnik, siyasi, tarixi xəritələri də 2-ci hissədə
verilib, 3-cü hissədə isə dini və mədəni xəritələr
dərc edilib- E.B). Qarabağla bağlı saxta erməni
tarixi, erməni irsi, erməni mədəniyyəti də
heç bir elmi əsası olmayan, fakta söykənməyən
boşboğazlıqdan o yana keçmir. Qarabağda olan hər
şey Azərbaycan xalqının tarixi irsidir, qədim mədəniyyətidir,
bunun minlərlə elmi sübutu var. Yazımızın
3-cü- sonuncu hissəsində bu məqamlara
toxunacağıq.
Əvvəli burada
1-ci hissə -
https://sia.az/az/news/politics/836156.html
2-ci hissə
- https://sia.az/az/news/politics/836350.html
III
HISSƏ
Qarabağdakı toponimlərin 90 faizindən çoxu Azərbaycan,
alban, türk toponimləridir və ermənilərə
heç bir aidiyyatı yoxdur. “Qarabağ” özü
Azərbaycan mənşəli sözdür. Toponimin etimoloji mənasına erkən orta əsrlərə
aid tarixi qaynaqlarda (VII əsr) rast gəlinir. Qarabağ bölgəsi əvvəllər bir
tarixi-coğrafi anlayış kimi konkret məkanı
bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə
aid edilmişdir. Elmi mülahizələrə
görə, Qarabağın adı Azərbaycan dilindəki
“qara” və “bağ” sözlərindən əmələ gəlmişdir.
Azərbaycan dilində “qara”nın rəngdən başqa
“böyük”, “əzəmətli” kimi mənaları da var.
“Bağ” sözü isə özünün əsas mənasından
əlavə qədim dilimizdə həm də Tanrı mənasında
işlənib. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni
“böyük Tanrı torpağı”, “əzəmətli bağ”
və s. mənası kəsb edir. Ermənilərin
çox işlətdiyi Arsak sözü də qədim alban
toponimidir. Etimologiyası sak
tayfasının adə ilə bağlıdır və mənası
İgid sakların ölkəsi mənasını verir.
Qarabağdakı bütün mədəni
tapıntılar, yazılar, tarixi tikililər və Azərbaycan
xalqının irsinə məxsusdur və ermənilərə
heç bir aidiyyatı yoxdur. Bunu dünya tarix elmi qəbul
edib. Yuxarı Qarabağın Xankəndi, Ağdərə,
Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə,
Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin
Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar
zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri,
numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini,
etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini,
məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın
bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli
əks etdirir.
Qarabağda xalqımızın qədim mədəni
irsinə ermənilərin yiyə çıxmasında dinin də
böyük rolu olmuşdur. Belə ki, Azərbaycanda
islamın yayılmasından sonra ərəb idarəçiləri
azərbaycanlıların qədim sərvəti olan yerli alban
məbədlərini ermənilərə
bağışladılar, onlar da bunu kilsə kimi istifadə
edib özününküləşdirdilər.
Albaniyada erkən orta əsrdə (IV əsrdə)
xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın
tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər
tikinti mədəniyyətini səciyyələndirən
xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər-
alban xristian dini abidələri yaradılıb.
Bu regionun
əsas əhalisi gəlmə ermənilərdən fərqli
olaraq, mənşə, dil və mədəniyyət
etibarı ilə min illərlə Böyük Qafqaz
dağları ilə Araz çayı arasında
yaşamış türk mənşəli və Qafqaz dil
qrupuna mənsub olan etnik qruplardan ibarət olub.
Azərbaycanın digər ərazilərindən fərqli
olaraq, Qarabağ ərazisində dini ayrılığın
davam etməsi bölgədə sonralar böyük dəyişikliklərin
yaranmasına gətirib çıxarıb. Albaniyada
xristianlığın müsəlmanlıqla əvəz
olunduğu zaman Qarabağın dağlıq ərazisində
yaşayan və xristianlıq dini ideologiyasına etiqad etməkdə
davam edən avtoxton albanların xristian olmasından istifadə
edərək, oraya XIX əsrdən etibarən çoxlu erməni
ailəsi köçürülüb. Onlar
yerli xristian albanları qriqoryanlaşdıraraq, assimilyasiya
etmiş, hayklar adlandırıb, ərazini isə “hayk ölkəsinin
bir hissəsi” kimi qələmə veriblər.
Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq
etmiş alimlər bu abidələrin bir çox xarakterik
xüsusiyyətlərinə və memarlıq
planlaşdırma üslublarına görə erməni dini
memarlıq abidələrindən fərqləndiyini bildirib. Həmin abidələri
bütün tarixi sübutlara görə, xalqımızın
milli mədəni irsinə aiddir.
Həmin
abidələr sırasında Laçın rayonunda yerləşən
Ağoğlan monastrı, Kəlbəcər rayonunda Xudavəng
monastrı, Xocavənd rayonunda Amaras monastrı, Ağdərə
rayonunda Müqəddəs Yelisey məbəd kompleksini, Ağdərə
rayonunda Gəncəsər monastırlarını göstərmək
olar.
“Ağoğlan monastr kompleksi IX əsrdə inşa
edilib. Möhkəm bazalt daşdan tikilmiş bu monastr məharətli
konstruktiv həllinə görə alban xristian
memarlığı abidələri içərisində
xüsusi yer tutur.
Xudavəng monastr kompleksi Kəlbəcər rayonunun ərazisində,
Tərtərçayın sol sahilində yerləşən
Xotavəng və ya Xudavəng monastr kompleksi Xaçın
Alban knyazlığının dini mərkəzi olub. Kompleksdə
alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət
göstərib. Alban knyazı tərəfindən
inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə
görə qonşu xalqların kilsələrindən fərqlənir.
Müqəddəs Yelisey Məbəd kompleksi Ağdərə
rayonunda yerləşib. Dəniz səviyyəsindən 2000 metr
yüksəklikdə, uca bir dağın zirvəsində
tikilib və qala divarları ilə əhatə olunmuş
monastr kompleksinin əsası V əsrdə qoyulub.
Qandzasar monastr kompleksi isə Ağdərə rayonunun Vəngli
kəndində Xaçın çayının sol sahilində
dağın üstündə ucaldılmış məşhur
Qandzasar monastrı Qafqaz Albaniyası xristian
memarlığının ən görkəmli abidələrindən
biridir. Uzun müddət Alban xristianlarının iqamətgahı
olmuş monastr dinin baş xəzinəsi mənasında Gəncəsər
adlanlandırılıb.
Albaniya ərazisində yaşayan tayfaların bir qismi
xristianlığı qəbul edərək
xristianlaşmış, bir hissəsi isə sonradan
İslamı qəbul etmişdi. Lakin Qafqazda
köklü tarixləri olmayan ermənilər burada süni
şəkildə öz tarixlərinin izlərini yaratmaq məqsədi
ilə Alban abidələrini mənimsəmək, milli mənsubiyyətini
dəyişmək yolunu tutublar. Ən
çox mənimsənilməyə məruz qalan abidələr
isə xristianlıq dövrü abidələridir. Bu da ondan irəli gəlir ki, bu tipli abidələr
üzərindəki xristian dininin rəmz və simvolları,
eləcə də daş və divar rəsmləri içərisindəki
buna bənzər rəsm nümunələrini əsas
götürərək bunları erməniləşdirməyə
çalışırlar. Bu da öz
növbəsində tarixin saxtalaşdrılmasına gətirib
çıxarır.
Azərbaycanın xristianlıq dövrü abidələrinin
ermənilər tərəfindən mənimsənilməsi
faktlarını gürcü tarixçisi
A.Çavçavadze "Ermənilər və qan ağlayan
daşlar" əsərində dolğun şəkildə əks
etdirmişdi.
O yazır: ". . . Ermənilər aborigen
albanları süni şəkildə qriqoryanlaşdıraraq
vaxtilə sığındıqları Azərbaycan
torpaqlarını "Hay ölkəsi"– Şərqi Ermənistan
adlandırırlar".
Lakin tədqiqatçılar göstərir ki,
hətta xristianlıq dövrü abidələri belə nə
erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə
və mənşəyinə uyğun gəlir. Belə ki, Azərbaycan
ərazilərindəki Alban-xristian abidələrinin
tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi
xristianlığın bir çox xüsusiyyətlərini
aydınlaşdırmağa kömək edir. Xristianlıq
dövrü alban abidələrinin ermənilər tərəfindən
mənimsənilməsinin bir səbəbi də, 1836-cı ildə
Alban Apostol kilsəsinin ləğv edilərək Erməni
Qriqoryan kilsəsinə tabe edilməsidir. Alban kilsələri
ermənilərin qriqoryan kilsəsinin tabeliyinə keçdi.
Bununla da Alban dini rəhbərliyi Eçmiədzinə
köçürüldü.
Sonrakı əsrlərdə də
ermənilər Ermənistandakı Azərbaycan dilində olan
bütün toponimləri erməniləşdirdilər,
oradakı tarixi tikililəri, məbədləri, qalaları,
maddi mədəniyyət tapınlarını
saxtalaşdıraraq erməni mədəni irsi kimi qələmə
verdilər. Bu işi işğal etdikdən sonra
Qarabağda da davam etdirdilər.
1971-ci ildə Ermənistan SSR Elmlər
Akademiyasının məcmuəsində ABŞ-ın Kolumbiya
Universitetinin professoru Nina Garsoyanın "Ermənistan IV əsrdə"
("Ermənistan" və "Sadiqlik" terminlərinin
aydınlaşdırılması məsələsinə dair)
məqaləsi dərc edilmişdi. Onun fikirləri ermənilərin
əvvəlki bütün müasir tarixi əsərlərini
tamamilə inkar etdi və daha da çox erməni tarix
yazıçıları tərəfindən bəhs edilən
"qədim erməni salnamələrinə" amansız
bir zərbə vurdu. IV əsr dövrünü
təhlil edən Amerika tarixçisi inandırıcı şəkildə
göstərir ki, 1500 ildir Ermənistanda heç bir dövlətçilik
və müstəqillik olmayıb, qədim xristianlaşma
tarixi isə saxtadır və bütün qədim erməni
tarixi və sonrakı salnamələr yalançı ruha
bürünmüş, həsəd və digər xalqlar
arasında fərqlənmək istəyi səbəb
olmuşdur. Maraqlıdır ki, alimin məqaləsinin dərc
edildiyi bu material dərhal
yığışdırıldı və ləğv
edildi...
İşğalçı Ermənistan
Azərbaycan ərazilərinin 20 faizə yaxınını-
15 min kv km lik hissəni işğal altında saxlaması 30 ilədək
çəkdi. 2020-ci ilin payızında isə Ali Baş
Komandan İlham Əliyevin rəbhərliyi altında Azərbaycan
Ordusu öz torpaqlarını azad etdi, Rusiyanın vasitəçiliyi
ilə bağlanan sülh müqaviləsi nəticəsində
tarixi ədalət və beynəlxalq hüquq bərpa edildi. Azərbaycan
xalqı öz tarixi və hüquqi ərazilərində - o
cümlədən Qarabağda yaşamağa davam edəcək
və Ali baş komandanımızın dediyi kimi- heç bir
qüvvə buna mane ola bilməz.
Elçin Bayramlı
Səs.- 2020.- 11
noyabr.- S.15.