Xatirəyə dönən ömür (Elegiya)
Aydan, ildən an damır,
Damır,
nə yaman damır,
Mənim
qan yaddaşımdan
Ruh biçimli can damır!...
Tale xalqımızı çox sınaqlara çəkib. Bu gün
torpaqlarımız mənfur
düşmənin çirkin
caynaqlarından azad olunub. İndi torpaq uğrunda canlarını qurban vermiş yüzlərlə,
minlərlə igidimiz,
ərənimiz var. Belə
oğullardan biri də tankçı Elnur Təvəkgül oğlu Abdullayevdir.
Dünyaya adi bir oğlan
kimi gəlmişdi Elnur. Adi bir insan kimi yaşadı. Adi bir vətəndaş idi. Ancaq döyüşlər təsdiq etdi ki, onun qanında,
canında adilik yox, qeyri-adilik var idi. O, dostlarından, yoldaşlarından,
həmyaşıdlarından igidliyi ilə, qətiyyəti ilə seçildi. İgid kimi yaşadı, igid kimi döyüşdü,
igid kimi də öldü...
İndi də igid kimi xatırlanır...
O,
1983-cü il iyulun 10-da Sumqayıt şəhərində anadan
olub. Əslən Qubadlıdan, Qaçaq
Nəbinin kəndi olan Mollu kəndindəndir.
13 il müddətdən
artıq hərbi xidmətdə olub. Hər kəsin hörmətini qazanıb. Tank idarəetmənin bütün
incəliklərini mükəmməl
bilib. Döyüşlərə Füzulidən başlayıb.
Cəbrayılda hücuma keçən
zaman onun tankı və digər tank heyətləri
vurulmuş, o sağ qalaraq təkbaşına yaralı döyüş yoldaşlarını kolluqlarda
gizlətmiş və
sonra hamısını
hərbi hissəyəçatdırmışdır.
Ağır, şiddətli döyüşlərin
getməsinə baxmayaraq
öz tankını və başqa tankları da iki gündən sonra döyüş mövqeyindən
çıxara bilmişdir.
Gecə vaxtı əlavə altı ədəd düşmən tankını
Azərbaycan Ordusuna təhvil vermişdir.
Cəbrayıldan sonra
Xocavənd istiqamətdə
döyüşllərdə iştirak etmiş, burada da igidcəsinə vuruşmuş, bir neçə düşmən
tankını və istehkamlarını dağıtmış
və 2020-ci il
oktyabrın 27-də şəhidlik
zirvəsinə ucalmışdır.
Oktyabrın 30-da Sumqayıtda Şəhidlər xiyabanında
torpağa tapşırılmışdır.
Ölkə başçısının sərəncamları ilə
ölümündən sonra
"Cəsur döyüşçü”,
"Vətən uğrunda”,
"Cəbrayılın azad
olunmasına görə”,
"Xocavəndin azad olunmasına görə”,
"Füzulinin azad olunmasına görə” medalları ilə təltif olnmuşdur.
Dövlətimiz bütün şəhid ailələrinə olduğu
kimi, Elnurun ailəsindən də qayğısını əskik
etmir. Səlahiyyətli qurumların nümayəndələri
ailə üzvləri
ilə tez-tez maraqlanırlar. Ailə iki
otaqlı mənzillə
təmin olunub.
Bu gün Elnur bizim aramızda yoxdur, onun ruhu,
qəlbimizdə, zehnimizdə
yaşayır.
“İnsan var yaşayır ölmək
üçün, insan
var ölür yaşamaq üçün!” Sakit təbiətli,
mehriban xasiyyətli, alicanlı, böyük-kiçik
yeri bilən Elnuru yaşadan onun vətənpərvərliyi,
düşmən qarşısında
sinəsini dayaq verməyi idi. Onun bir amalı
var idi: “Təki Vətən yaşasın!” Bu vətənpərvər oğulun
şəhidliyi, dünyadan
getməyi söz yox ki, qəlbimizi
ağrıdır. İki qız
övladı atasının
şücaəti ilə
qürur duyur, “Qarabağ Azərbaycandır!
Qələbə bizimdir!”, -deyir.
Əziz
Elnur qardaşımız!
Rahat uyu, qəbrin nurla dolsun, xalqımız səni heç zaman unutmayacaq! Sən şəhidliyin zirvəsinə ucaldın!
Çünki bu yolu özün seçdin! Allah sənə
qəni-qəni rəhmət
eləsin!
İlhamə MƏHƏMMƏDQIZI
Azad
Azərbaycan.- 2021.- 4 noyabr.- S.5.