Böyük şücaətlər
göstərən zabit
44 günlük Vətən
Müharibəsi çoxlu
gənclərimizin igidliyini,
qəhrəmanlığını, şücaətini ortaya qoydu. Hansı ki, biz onlara
adi gənclər kimi baxırdıq. Çoxumuzun
ağlına belə gəlməzdi ki, bu gənclər Vətən Müharibəsində
böyük tarix yazacaqlar və hamımız onlarla həmişə qürur,
fəxarət duyacağıq.
Vüasl
Hətəmova mən
gələcəyin böyük
alimi kimi baxırdım və elə indi də
belə baxıram.
Eləcə də Sumqayıt
Dostlar Klubu idarə heyyətinin üzvləri də onun elm sahəsindəki böyük gələcəyinə
həmişə inanıblar.
Çünki o, bizim idarə
heyətində hamıdan
cavan olsa da, amma iclaslarımızda dediyi maraqlı fikirlər və təkliflər hamının
xoşuna gəlib.
Vüsal
Hətəmov, elmi işçi, jurnalist-yazardır.
1979-cu ildə Sumqayıt şəhərində
doğulub. Baki Dövlət
Universitetini və Sumqayıt Dövlət Universitetlərini bitirib.
Azərbaycan Milli Elmlər
Akademiyası Şərqşünaslıq
İnstitutunun elmi işçisidir.
2020-ci il Tovuz
hadisələri zamanı
general-mayor Polad Həşimov
şəhid olduqdan sonra, könüllü səfərbərlik xidmətinə
yazılıb. 2020-ci ilin sentyabr ayının
21-də leytenant rütbəsi
ilə artilleriya təlimlərinə qoşulub.
Amma evlərində heç kim
bilməyib ki, o, artilleriya təlimlərində
iştirak eləyir. Hətta Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvlərinin
də bundan xəbəri olmayıb.
Biz yalnız onda
eşitdik ki, Vüasl Hətəmov artıq Vətən Müharibəsi döyüşlərində
iştirak eləyir.
44 günlük Vətən Müharibəsində
120 mm minaatan batareyasının
baş zabiti kimi Fizuli, Cəbrayıl,
Xocavənd və Şuşanın azad olunması uğrunda döyüşlərdə və
Laçının müdafiəsində
o, aktiv iştirak edib. Döyüş getdiyi vaxt və ondan sonra
baş leytenant rütbəsi, “Hərbi Xidmətdə fərqlənməyə
görə” medalı
ilə təltif olunub Vüsal Hətəmov. Müharibədən sonra yenidən öz işinə qayıdıb. O, İmadəddin
Nəsiminin, Şah İsmayılın, Babəkin
çox maraqlı tədqiqatçısıdır. Elmi işini müdafiə etməyə hazırlaşır.
Bununla birlikdə Vüsal Hətəmov Vətən
Müharibəsi dövründə
və ondan sonra çoxlu hekayələr, esselər,
oçerklər, şeirlər
yazıb. Dəyərli oxuculara onun bir hekayəsini təqdim edirik. İnanırıq ki, bu hekayə oxucuların xoşuna gələcək
və biz tez-tez onun hekayələrini, şeirlərini, oçerklərini
sizə təqdim edəcəyik əziz oxucular.
Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət
xadimi
Azad
Azərbaycan.- 2021.- 4 noyabr.- S.5.