İranın ağası
və... dığası
Səhər-səhər
qrupda dostlarımdan biri mənə bir link atdı. Oxudum, uğundum, az qaldı qəşş
eləyib gedim işimin dalınca. Son vaxtlar bu qədər
heç gülməmişdim.
Ay sənin evinəcən, Rəsul Quliyev!
Deməli,
jurnalist ona sual verir:
- Turanla İranın fərqi nədədir?
Rəsul
da cavab verir:
- Metanla etanın fərqi nə qədərdisə, o qədərdir.
Onun siyasi hazırlığını
qoyuram bir kənara. A kişi,
day molla əmilərə
heç olmazsa bu qədər yaxınlıq eləmə
də. Məgər bilmirsənmi, gəncləri tiryəklə
göylərdə uçurdub
"cənnətə" göndərən, özünü
şiələrin lideri
elan (şəxsən
biz xahiş etməmişik,
heç yalvarmamışıq
da) edən ölkədə
"ağa" və
"dığa" ("dığa"
ermənicə "oğlan"
deməkdir) eyniləşdirilir?
Nə gözəl səslənir: Ağa və dığa.
O gün İranda yaşayan biri mənə zəng edib "ağa" deyə müraciət edir.
Soruşdum:
- Əvvəllər bizə
"baba" deyə müraciət
edərdiniz, nə oldu, belə?
Gülə-gülə cavab verdi:
- Ağa, daha sizi babalıqdan çıxartdıq.
Elə bildim şuxluq (zarafat) eləyir. Mən də gülə-gülə
yenə sual verdim:
- Niyə?
Bu dəfə tam ciddi şəkildə dilləndi:
- Bizim dığaların xətrinə dəymisiniz.
Başbilənlərimiz ermənilərə söz vermişdilər ki, bəs nə
qədər biz varıq,
onlar sizinlə müharibə etməyə
curət etməzlər,
çünki Azərbaycan
bizim arxa bağçamızdır. Nə istəsək, orada əkə bilərik.
Bizim molla fəqih dığaları o qədər
arxayın etmişdi ki, ermənilər Qarabağda at oynadırdılar.
- Sonra pıçıltıya
keçdi. - İnsafən, biz də pis qazanmırdıq.
Bir xeyli adam Qarabağdan
çörək pulu
çıxarır. Elə ki,
siz savaşa başladınız, torpaqları
aldınız, bu dığaların başbilənlərindən
bir neçəsi gəlib oturdu ayətullahi fəqihin qapısının ağzındakı
qara daşın üstündə. Bəs,
söz vermişdiniz, bağça belə
gəldi, nə istəsək əkmək
belə getdi. Nə oldu? Baxdıq ki, deyəsən Azərbaycanda çəkilən
xərc hədər imiş. Orada heç yel
də əkə bilmirik. Odur ki, sizi babalıqdan çıxartdıq.
İndi dığalarla vermişik baş-başa.
Sizdən incimişik, daha
ölkənizə dua
və aftafa göndərməyəcəyik.
Kişi
sözünü bitirən
kimi dedim:
- Ağa və dığa çoxdan qardaş idilər. Azərbaycanda yel də əkə bilməyəcəyinizi
əvvəldən duymalı
idiniz. Vaxtın varsa, ayətullahdan
bir əhvalat danışım.
- Buyur, - dedi və
hiss etdim ki, ayətullah sözünü
eşidən kimi bütün diqqətini mənə yönəltdi.
- Deməli, ayətullahın
kənddə, - aram-aram
danışmağa bağladım,
- kasıb vaxtları idi. Başını camaata dua yazmaqla dolandırır.
Kimisi qovun, kimisi yumurta,
xoruz, çolpa verməklə ömür
sürür. Bir qonşu
kənddən xəbər
gəlir ki, bəs bir xəstəyə
dua yazmaq lazımdır. Başını orda islat, burda
qırx. Neyləməlidir? Əlbəttə, durub getməlidir,
işıq gələn
yerə barmağını
soxmayacaq ki? Palanı eşşəyin üstünə atır, xurcuna da bir kiçik qovun qoyur ki, bəs
yolda yeyərəm.
Yolu yarı etməmiş acıyır. Eşşəyini bir ağacın altında saxlayıb xurcundan qovunu çıxardıb kəsir,
yarısını yeyir.
Qovun da nə qovun, şipşirin. - Tanışımdan
soruşuram. - Ağa,
başını ağrıtmıram?
İranlı dərhal cavab verdi:
- Yox, ağa, nə danışırsan?
Elə şirin danışırsan ki, adam lap uyuyur.
Atmacamdan
qalmadım:
- Siz elə yüz
illərdir uyuyursunuz. Ayılan vaxtınız olub ki? - Əhvalatın
davamını danışmağa
başladım. - Hə,
elə ki, qovunun yarısını yeyir, nə fikirləşirsə, o biri
yarısını götürmür.
Öz-özünə deyir ki, qoy buradan hörmətli
bir ağanın keçdiyini düşünsünlər.
Yoluna davam edir, amma
qovunun dadı damağından getmir.
Fikri yarımçıq qalmış
qovunda olur. Geri dönüb o biri yarısını da ədəb-ərkanla yeyir.
"Qoy desinlər
ki, ağanın nökəri də vardı, qovunu səxavətlə nökərilə
bölüb" düşüncəsilə
eşşəyinə minib
getmək istəyəndə,
gözü qovunun dadlı qabıqlarına sataşır. Qabıqdan da keçə bilmir. Təzədən eşşəkdən düşüb qabığı
da yeyir. Sonra da özünə təsəlli
verir: "Qoy desinlər ki, ağanın eşşəyi
də vardı".
Susmağımla telefonun o biri başında qəhqəhə
səsini eşitdim. Bir qədər güldükdən
sonra soruşdu:
- Ağa, indi bu danışdığının
mənası nədir?
Dedim:
- Qardaş, özünüzə
bir gün ağlaya bilmirsiniz, ölkənizin içi bu gündə, çölü başqa gündə. Bir dığaya görə
bütün müsəlman
dünyasına sinənizi
sipər etmisiniz.
Görmürsünüz bu dığalar
sizi hara aparır? Uçuruma!
Bütün qonşularla, dığalardan
başqa, nəinki qonşularla onlara görə hamı ilə üz-göz olmusunuz.
Baxdım ki, ağa telefonun
o biri başında dərin sükuta gedib. Handan-hana dilləndi:
- Ağa, düz deyirsən, bu dığalara görə
qardaşlarımızın üstünə gedirik. Bu dığalar nəmənə
şeydir ki, bizim başbilənlərimiz
onların başlarını
buraxmaq istəmirlər?
Bəs neyləmək lazımdır?
Yadıma
sovetdənqalma lətifə
düşdü:
- Ağa, şura vaxtı bir təbliğatçı Nehrəm
kəndinə gəlir.
Camaatı yığıb
deyir ki, tələsməyin, bir ayağımız sosializmdə,
bir ayağımız
da kommunizmdədir, az qalıb. Bunun üstündən beş il
keçir. Bu təbliğatçı
yenə Nehrəmə
gəlib həmin moizəni oxuyur:
"Bir ayağımız sosializmdə, bir ayağımız kom..."
demək istəyəndə
arxadan bir ağsaqqal ayağa durub onun sözünü
kəsir: "Ay oğul!
Nə vaxta qədər biz haça-paça qalacayıq?
Ayaqlarımız ağrayır axı".
İndi də İran haça-paça qalıb.
Bizə uyuşdurucu, xurafat, Ermənistana isə silah, neft göndərir.
Elə bilir, bunu görmürük.
İranlı tanışım uzun
duşuncədən sonra
dilləndi:
- Duz deyirsən, ağa! Bu ağa-dığa
məsələdi İranı
haça-paça edib.
Belə getsə təkcə ayaqlarımız yox, başımız da çox
ağrıyacaq.
İndi mən
qorxuram ki, burada da bəziləri
uzun müddət haça-paça qalsın.
Yunuz Oğuz
Azad
Azərbaycan.-2021.- 14 oktyabr.- S.4.