Ramiz İslamoğlu sorağında

 

Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun Ramiz İslamoğluna (Ramiz İslam oğlu Hüseynov) həsr etdiyi əsrarəngiz çalarlarla, çox maraqlı bədii ümumiləşdirmələrlə, estetik cəhətdən tutarlı bədii təsvir vasitələrilə çoxsaylı folklor nümunələri, atalar sözləri, dahilərin qızıldan qiymətli kəlamları ilə zəngin olan bədii, sənədli esselər toplusunu oxumamışdan qabaq Masallının çox təpərli təmkinli alim-ziyalılarından biri mərhum Əhməd Əhmədovun Ramizlə bir məclisdəki dialoqu yadıma düşdü. Həmin məclisdə Əhməd müəllim bir sağlıq deyəndən sonra üzünü Ramizə tutdu dedi:

 

- Ramiz, əzizim, mən bayaqdan səni müşahidə edirəm, bakalını etika xatirinə yuxarı qaldırıb içmədən onu yerə qoyursan. Mənim bildiyimə görə, sən çox yaxşı yeyib-içən, deyib-gülən, bütün məclislərdə əmin-amanlığı gözləyən oğlansan. Nədənsə bu gün çox passivsən. Xüsusilə şərab içməməyinin səbəbini bilmək mənimçün maraqlıdır.

 

Ramiz özünəməxsus ədəb-ərkanla ayağa qalxdı təmkinlə dedi:

 

- Əzizim Əhməd müəllim, çox sağ olun ki, məni həmişə diqqətinizdə saxlayırsınız. Ağsaqqallarımızın diqqətində olmağımı isə özümçün böyük xoşbəxtlik, fəxarət sayıram. İçməməyimin isə elə əsaslı bir səbəbi yoxdur. Sadəcə, məclisin kontingenti alimlərdən ibarət olduğu üçün söhbətlərə, sağlıqlara ayıq başla qulaq asmaq, onların öyüd-nəsihətlərindən özümə həyat dərsi götürmək istəyirəm.

 

Əhməd müəllim gülümsəyərək:

 

- Məncə, bu, səbəblərdən biri olar-cavabını verdi.

 

Ramiz:

 

- Siz düz buyurursunuz, başqa səbəb var. – Bir qədər duruxdu. – Axır zamanlar mən şərab içəndən sonra nədənsə, kefli İsgəndərsayağı ən çox qüsurları daha çox ifşa eləyirəm. Siz özünüz yaxşı bilirsiniz ki, nədənsə düz söz heç vaxt qəbul edilmir, onu təhqir kimi başa düşürlər. Qorxuram ki, məni kefli İsgəndərin yerinə qoyalar.

 

- Sən kefli İsgəndərin bütün hərəkətlərinə haqq qazandırırsan?

 

- Əlbəttə ki, Mirzə Cəlilin qəhrəmanlarını Sizin istədiyiniz Sizin bacardığınız kimi təhlil edə bilmərəm. Amma onu deyə bilərəm ki, kefli İsgəndər şərab içərək cəmiyyətin bütün eybəcərliklərini açır, ifşa edir, ağılsızları, başıboşları, tamahkarları, kütbeyinləri acı gülüşü ilə mənən öldürür

 

Əsəri oxuyandan sonra yazıçının Ramizdəki bu xarakteri gözdən qaçırmadığına sevinsəm , belə epizodu yazıçıya verə bilmədiyimə heyfislənirəm. Təsəllim isə Ağalar İdrisoğlunun Ramizin kefli İsgəndərlə müqayisəsinə əsərdə çox maraqlı yer verməsi oldu.

 

Ressenziyama ona görə belə bir dialoqla başladım ki, doğrudan da mənim yaddaşımınarxivindəçoxlu sayda buna bənzər xatirələr var. Əsəri oxuyandan sonra həmin xatirələrin bir qismini yenidən yaşadım. Sağlıq olsun, yəqin ki, Ramiz İslamoğlu barədə başqa əsərlər yazılacaq. Güman edirəm ki, məhz qələmə alınmayan xatirələr o zaman kara gələcək.

 

Nəisə, keçək əsərin təhlilinə.

 

Yazıçı Ağalar İdrisoğluRamiz İslamoğlu sorağında…” kitabında çox geniş formada bədii, sənədli bir roman yazıb.

 

Ramiz İslamoğlu sorağında…” irihəcmli sənədli əsəri bu fani dünyadan vaxtsız-vədəsiz köçmüş, ömrünün baharı tufana-borana düşüb buzlaşan, hərtərəfli istedad, böyük nüfuz sahibi, hünərvər, cəsarətli qeyrətli bir cavanın mənalı həyatının bədii-sənədli inikasıdır. Romanı oxuduqca təkcə doğulub boya-başa çatdığı Masallıda deyil, hətta respublika ilə bir ad-sanı olan intəhasız, hörmət-izzət qazanan, heç kəsdən öz kömək əlini əsirgəməyən, ehtiyacı olanlara maddi cəhətdən köməklik göstərən, kasıb-kusuba əl tutan, sevgililəri bir-birinə qovuşduran, necə deyərlər, titanik keyfiyyətilə heç kəsə bənzəməyən, qan düşmənlərini barışdıran, günahsız türməyə düşənləri buraxdıran, arxasızlara kömək-dayaq duran bir şəxsiyyətinsirli, röyalı Ramiz dünyasıgözlərimizin qabağından kino lenti kimi keçir. Millətinin, xalqının yolunda özünü şam tək əridən, Qarabağ münaqişəsi başlanandan yuxusu ərşə çəkilən, millətinin qara günündə ürəyinə xal düşənMasallının qeyrət, heyrət simvolu”nun qəfil ölümünə acımamaq, göz yaşları axıtmamaq qeyri-mümkündür.

 

Romanda təsvir edilən Şakir Həsənov, Ələkbər Hüseynov, Hacı Cabir, Çingiz Hüseynovlar, Millət vəkili Məşhur Məmmədov, Allahqulu Zeynalov, Vaqif Mirzənəziroğlu, eləcə ədəbi qəhrəmanınGözəl simalı, saçlı ala gözlü”, xanım-xatın anası Hacı Qəribnisə, Yaqub Məmmədov, Vaqif Əliyev başqa obrazlar Ramiz şəxsiyyətinin hərtərəfli açılmasına, yaddaşlara əbədilik həkk olunmasına kömək edir. Həmyerliləri, görkəmli ziyalı sadə əmək adamlarının Ramiz İslamoğlu haqqındakı xatirələrini həyəcansız, ağrısız, sızıltısız oxumaq olmur. Hacı Adilin kövrək bir xatirəsi qeyrətli, ləyaqətli şərafətli eloğlumun necə narahat, kövrək, həlim bir ürək sahibi olduğunu göstərir: “Bir dəfə Bakıda Ramizlə küçə ilə gedirdik. “Azərnəşr”in yanında gördük ki, bir qoca, ağsaçlı qadın dilənir. Ramiz cibindən iki əlliminlik pul çıxarıb qadına verdi. Qadın əvvəl çaşdı, bilmədi pulları götürsün, ya yox. Ramiz dedi: “Götür, ay ana. Bu pul sənin halal qazancındır. Bundan sonra sən heç vaxt dilənməyəcəksən. Hər 15 gündən bir ya mən, ya da bu oğlan elə burda gətirib sənə 15 “şirvan pul verəcəyik”.

 

Millətinin dilənçilərilə rastlaşanda özünə yer tapa bilməyən, sarsılan Ramizin təmənnasız yaxşılıqlarına, xeyirxahlıqlarına, əsl kişiliyinə qeyrətinə güzgü tutan yüzlərlə həyati faktlardan yalnız biridir bu hadisə.

 

Doğrudan da, əfsuslar olsun ki, biz onu vaxtında layiqincə qiymətləndirə bilməmişik. “Görəsən insanlar niyə belə olur?” (Daha doğrusu, biz üçün bu qədər biganəyik?). “Yaxşının qiymətini öləndən sonra bilirik”.

 

Əsərdən çıxan əsas ideya, başlıca qayə oxucuya pıçıldayır: “Yox, ölməzlik heç vaxt ölə bilməz!”.

 

Ağalar İdrisoğlu hətta kitaba ad seçəndə bu ənənəsinə sadiq qalır. Əsəri əlinə alan hər bir oxucu elə zənn edir ki, yazıçı ilk təşəbbüslə Ramiz İslamoğlunu soraqlayan, qəm ağacı əkməyi arzulamayan heç kəsə arzu etməyən masallıların yaralarına məlhəm qoyur. Sanki bu ad bütün masallıların bütövlükdə Ramizsevərlərin teşnə ürəyinə sərin su çiləyir.

 

Güman edirəm ki, Ramiz İslamoğlunun sorağında olan əmisi, istəkli anası, əziz qardaşları bircə oğul balası, kövrək çöhrəli qızları, dəcəl nəvələri, hamını ovunduran kürəkənləri, etibarlı dostları, sadiq yoldaşları bir sözlə bütün Ramizsevərlər Ramizə əbədi ölməzlik gətirən aktyor, rejissor, yazıçı, dramaturq, publisist, jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunaÖmrün Uzun olsun! Allah Sənə Yar Olsun! Deyəcəklər”.

 

İnanıram ki, səhnə ustası, qüdrətli qələm sahibi əziz dostum, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlununRamiz İslamoğlu sorağında…” adlı bədii, sənədli, publisit xatirələr toplusu adlı kitabı oxucuların kövrək könül dünyasına rahat bahar təravəti gətirəcəkdir.

 

Mən, bu kitabın ərəsəyə gəlməsində maliyyə xərci çəkən dəyərli ziyalı, “Tərəqqimedallı, “Əməkordenli, beynəlxalqSokratmükafatı laureatı Şakir Rəfi oğlu Həsənova öz minnəttarlığımı bilrirəm. O, bu kitabın ərsəyə gəlməsində elədiyi maliyyə köməyi ilə Ramiz İslamoğlunun bundan sonra əbədi yaşamasına böyük vasitəçi olub. Belə xeyirxah insanlar da heç vaxt unudulmamalıdır.

 

Fərahim SADIQOV

 

Azad Azərbaycan.- 2020.- 14 oktyabr.- S.-7.