Əbədiyaşarlıq zirvəsinə ucalanlar
Baş leytenant Əlimərdan Quluzadə
Əlimərdan Fəttah oğlu Quluzadə 1993-cü il fevralın 14-də Masallı
rayonunun Birinci Yeddioymaq kəndində anadan olub.
2000-ci ildə Birinci Yeddioymaq kənd məktəbinə
daxil olub, dördüncü sinfə
qədər bu məktəbdə oxuyub. Orta təhsilini beşinci sinfi Sumqayıt şəhər
5 nömrəli tam orta məktəbdə davam etdirib, 2008-ci ilə kimi, səkkizinci sinfi qurtarana qədər həmin məktəbdə
təhsil alıb.
Beləliklə, həyatını hərb sənətinə
bağlayan Əlimərdan
Quluzadə 2018-2011-ci illərdə
Cəmşid Naxçıvanski
adına hərbi liseydə və 2011-2015-ci
illərdə Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində
təhsil alaraq leytenant rütbəsi almışdır. Sonra
Azərbaycan Ordusunun baş leytenantı kimi Azərbaycan Silahlı Qüvvələrinin
Quru Qoşunlarında
xidmət edib. Belə ki, 2015-2020-ci illərdə baş leytenant kimi Bakı şəhərinin
Müşfiq qəsəbəsində
yerləşən N saylı
hərbi hissədə
Vətənə xidmət
borcunu şərəflə
yerinə yetirib.
2016-cı il uğurlu Aprel döyüşlərinin içtirakçısı
olub. Orduda nümunəvi zabit kimi xidməti göstərdiyinə görə
2013-cü ildə "Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin 95 illiyi
(1918-2013)" və
2018-ci ildə "Azərbaycan
Ordusunun 100 illiyi
(1918-2018)" yubiley medallarına
layiq görülüb.
2020-ci il sentyabrın 27-də Vətən
Müharibəsi zamanı
Füzulinin azadlığı
uğrunda döyüşlərdə
hünər göstərən
baş leytenant Əlimərdan Quluzadə
oktyabrın 6-da Füzulidə
gedən qanlı döyüşlər zamanı
torpaqlarımızın ərazi
bütövlüyü uğrunda
qəhrəmancasına
şəhid olub. Şəhid Əlimərdan
Fəttah oğlu Quluzadə Birinci Yeddioymaq kənd qəbirstanlığında dəfn
olunub. Ailəli idi, 2 qız övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş qapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən Əlimərdan Fəttah oğlu Quluzadə ölümündən sonra
«Vətən uğrunda»
və 24 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən «Cəbrayılın
azad olunmasına görə» medalları ilə təltif edilib.
Şəhid gizir İntiqam Əsgərli
İntiqam Bayram
oğlu Əsgərli
16 avqust 1990-cı ildə
Masallı rayonunun Kalinovka (indiki Viləş) kəndində
anadan olub.
1997-ci ildə S.Hacıyev adına indiki Viləş kənd tam orta
məktəbinin birinci
sinfinə daxil olub, 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə
bitirmişdir. Türkiyədə
kəşfiyyat kursunu
bitirib və bu sahənin incəliklərini öyrənib.
Azərbaycan Silahlı Qüvvələrinin
giziri, İkinci Qarabağ müharibəsinin
şəhidi, Vətən
Müharibəsi Qəhrəmanı
İntiqam Bayram oğlu Əsgərli
2020-ci il sentyabrın
27-də Azərbaycan Silahlı
Qüvvələri tərəfindən
Ermənistanın işğalı
altında olan ərazilərin azad edilməsi üçün
başlanan Vətən Müharibəsində
Şuşa istiqamətində
gedən şiddətli
döyüşlərdə iştirak edib. Gizir Şuşanı azad edən hərbçilərimizdən biridir.
Şuşa uğrunda
gedən döyüşlərdə
qəhrəmanlıq göstərərək
şəhid olub. İntiqam Əsgərli Aprel döyüşlərində
də iştirak edib. Onun qardaşı
Nurlan Əsgərli Aprel döyüşlərində
şəhid olub. Qardaşının cansız
bədənini döyüş
meydanından özü
çıxarıb və
bir gün intiqamını alacağına
söz verib.
Qəhrəman gizirimiz Şuşa
döyüşlərində sözünü tutdu, şəhid qardaşının
qisasını aldı.
Bu yolda özü də şəhidlik zirvəsinə
ucaldı. Şəhid
İntiqam Bayram oğlu Əsgərlinin nəşi doğma kəndində torpağa tapşırıldı. Ailəli
idi, Nur adlı bir övladı
Vətənə yadigar
qaldı. Həyat yoldaşı bir neçə aydan sonra dünyaya
gətirəcək ikinci
övladına atasının
— Azərbaycanın
Vətən Müharibəsi
Qəhrəmanının şərəfinə
İntiqam adını
verəcək.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş qapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən Masallı
rayonunun Viləş kəndindən olan Vətən müharibəsinin
şəhidi gizir İntiqam Əsgərli ölümündən sonra
«Vətən uğrunda»
medalına və Azərbaycan Respublikasının
Prezidentinin 09 dekabr
2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı”
adına layiq görüldü.
Viləş kəndinin mərkəzi küçəsi İntiqamın
qardaşı, Aprel şəhidi Nurlan Əsgərlinin adını
daşıyır.
Əlihüseyn ŞÜKÜROV
Azad Azərbaycan.- 2021.- 19 yanvar.-
S.4.