Laçının
laçın oğlu, "Sumqayıt uşağı":
Bəhruz
Əzizov
Valideynləri
Laçından olsa da, Bəhruz (əsl adı Pərvizdir,
ancaq hamı onu Bəhruz kimi tanıyır) Sumqayıtda
dünyaya gəlib – 3 aprel 1993-cü ildə,
Laçının işğalından 11 ay sonra.
Laçın haqqında, onun əlçatmaz dağları,
geniş düzləri, sıx meşələri, gur və saf
sulu çayları haqqında ancaq atasından eşidib, o yerləri
yalnız şəkillərdə, köhnə videolarda
görüb. Vətən müharibəsi başlayanda qeyrətli
bir oğul kimi evdən xəbərsiz könüllü olaraq
Milli Orduya yazılıb. Rəsmi
çağırışı gözləməyə səbri
çatmayıb, hər gün hərbi komissarlığın
yolunu “döyənək” eləyib və artıq oktyabrın
1-də istəyinə nail olaraq, bununla həm də evdəkiləri
təəccübdə, heyrətdə qoyaraq, cəbhəyə
yollanıb. Bircə bunu deyib: ”Ata, gedirəm sənin,
babalarımızın yurdunu düşməndən azad etməyə!”.
Bunun müqabilində atası Zöhrabın qürurla
oğluna baxıb, ona uğur, qələbə diləməkdən
başqa çarəsi ola bilərdimi?
Boylu-buxunlu,
cüssəli, cəsur oğlan olan Bəhruz artıq neçə
vaxtdır atasına verdiyi sözə əməl edib.
Döyüş dostları ilə birgə cəbhə boyu Cəbrayılda,
Qubadlıda düşmənə qan udduraraq, daha da irəliyə
gedib, Laçına ilk yetişən igidlərimizdən olub
(rəsmi xəbərdən də neçə gün əvvəl!).
Və böyüyüb, boya-başa çatdığı
Sumqayıta, atasına şad xəbər də göndərib:
“Ata, sənin doğma yurdunda - Laçındayıq, sənin
Vəlibəyli kəndindəyik. Ermənilərdən gəbərtdiklərimizi
gəbərtdik, qalanları da tülkü kimi qaçıb
getdilər. Allah qoysa, tezliklə bütün
laçınlılar öz dədə-baba ocaqlarına
dönə biləcəklər. Bir də o murdar düşmənin
ayağı bu yerlərə dəyməyəcək!
Qoymarıq!”
Bəhruzun
Laçın dağlarında əldə silah at oynatması,
özünün və döyüş yoldaşlarının
igid, vüqarlı görkəmləri də göstərir
ki, Vətənin bu cəsur övladları Laçına,
bütün Qarabağa bir daha düşmən
ayağının dəyməsinə heç vaxt yol verməyəcəklər.
...Bəhruz
Vətən müharibəsinə qədər Azərbaycan əsgəri
kimi çox çətin relyefli, havası sərt,
qarlı-sazaqlı olan Murov dağında ciddi sınaqlardan
keçib. Onun ilk olaraq Goranboyun Ağcakənd, Ballıqaya ərazilərindən
başlanan əsgər həyatı sonralar
qarlı-şaxtalı Murov zirvələrində davam edib.
Bəhruz
hələ uşaqlıqdan – ağlı kəsəndən elə
o arzuda-istəkdə olub ki, ordumuzun sıralarında vuruşaraq,
azğın düşməni döyüş dostları ilə
birgə doğma torpaqlarımızdan qovaraq, müqəddəs
sandığı Qarabağı, üzünü görmədiyi,
bəlkə atasından da çox daim həsrətində
olduğu dədə-baba yurdu Laçını azad etsin. Həmişə
bu istəklə yaşayıb. Fikirləşib ki, əgər
Azərbaycanın əfsanəvi sərkərdəsi Şah
İsmayıl Xətai hələ 14 yaşından
ağır, qanlı döyüşlər apararaq,
böyük Azərbaycan naminə möhtəşəm qələbələr
qazana bilibsə, niyə o özü və yaşıdları
18-19 yaşında düşmənə qan uddura bilməsinlər?
Ona görə də hərbi sirrlərə, hərb qaydalara
mükəmməl yiyələnmək üçün əsgərlik
dövründə komandirlərin keçdikləri təlimlərdə
həvəslə iştirak edib, fəallıq göstərib.
Neçə il əvvəl hərbi komandanlıqdan
aldığı təşəkkürnamələr də
bunu təsdiq edir.
Elə
o zaman Murovdağda düşmənlə üz-üzə
dayanıb hərbi xidmətini davam etdirərkən əsgər
yoldaşları kimi o da hər gün Ali Baş komandanın
“hücum!” əmrini gözləyib. Çünki elə o
vaxtlar hiss etmişdi ki, üz-üzə dayandıqları erməni
dığaları mənfur olduqları qədər də
qorxaqdırlar, Milli Ordumuzun qurd ürəkli oğullarının
kiçik bir harayı, həmləsi qarşısında davam
gətirməyib, qaçmağa üz tutacaqlar.
Ataları
Zöhrab kişinin doğma Laçınla bağlı
söhbətlərinin, həsrət dolu kövrək xatirələrinin
nəticəsidir ki, Bəhruzun kiçik qardaşı Məhəmmədəli
də əsl dağlar oğlu kimi hərbi xidmətini məhz
Murovdağda keçib. Hətta cəsur bir əsgər kimi
2016-cı ilin Aprel döyüşlərində də
iştirak edib, komandanlığın təşəkkürünü
də alıb. Həmin il əsgəri xidmət dövrü
başa çatsa da, yaranmış hərbi vəziyyətə
görə o, hələ bir aydan da artıq xidmətini davam
etdirməli olub.
Elə
Bəhruzu könüllü döyüşə getməyə,
Qarabağ uğrunda vuruşmağa, çətin,
qanlı-qadalı yollardan keçməyə sövq edən də
məhz ailədə hökm sürən vətənpərvərlik,
torpağa bağlılıq hissləri olub. Axı, onun
babası Lətif Əşrəf oğlu Əzizov da vaxtilə
döyüşçü olub - ikinci Dünya müharibəsinin
iştirakçısı kimi uzun və ağır
döyüş yolu keçib, el-obasına üzüağ,
orden-medallarla, 1-ci qrup müharibə əlili kimi
qayıdıb. Onun sonralar Laçın dağlarında
keçən mənalı həyatı daim doğma yurdu ilə
bağlı olub. Lətif kişinin unudulmaz, nurlu xatirəsi bu
gün də nəvələr üçün əzizdir,
onların yoluna işıq saçır...
Bugünlər
Bəhruzun atası Zöhrab Əzizov Qarabağ
torpaqlarımızı, doğma yurdu xilas etmək
üçün odlardan-alovlardan keçmiş oğlu ilə
fəxr edir, böyük qürur duyur! Axı, hansı ata belə
oğullarla fəxr etməz, öyünməz, sevinməz
kİ?!..
Rəhman ORXAN.
Azad Azərbaycan.-
2021.- 7 yanvar. S. 5.