Obrazın
katarsis halı
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
quruluşunda tərcüməçi-dramaturq Pərvin Nurəliyevanın
“Mən öləndə ağlama” monotamaşasına elmi-təcrübi
yanaşma
Quruluşçu
rejissor- Ayla Osmanova
İfaçı
– Səbinə Məmmədova
Ekzpozisiya
sadə bir görüntü ilə vizuallığa
uğrayır: yarıqaranlıq məkanda
gördüyümüz yeganə detal çarpayıdır.
Bu, proloqdan finala qədər faciə məkanına
çevrilən məhkumluq çarpayısıdı.
Aktrisanın
zümzüməsi eşidilir, astaca əl görünür.
Hadisəyə keçid üçün təməl rolunu
oynayan və düyün yaratmaq üçün
ifaçı tərəfindən informasiya
ötürümü başlanır: personaj
çarpayının arxasında yerdə oturub zümzümə
edir. Aktrisanın təcəssüm zümzüməsində
istər-istəməz tamaşaçı ruhuna kədər
çiləyən maraqlı minor milizm gizlənib. Nəhayət,
aktrisa təyin olunmuş təcəssüm mizanına
keçir: “Mənə soyuqdu,”- deyib büzüşən
obraz-aktrisa əslində məkan soyuqluğundan deyil, fikir
soyuqluğundan üşüdüyünü
ötürür.
Obrazın
daxili etirazı onun sadə bir ritorikasında
açılır: “Heç adamın da əlini-qolunu bağlayıb
onu sağaltmaq olar?” Bəli, psixiatriya dispanserində tənha
çarpayıya məhkum olunmuş gənc, gözəl
qız yaşından çox verdiyi həyat mücadiləsi
nəticəsində pixiofizioloji labirintə
düşmüş, anlamazlar tərəfindən
bağlı qapı arxasına salınmışdır.
Vaideyn basqıları, işlədiyi müəssisələrdə
gördükləri, ona olan təzyiqlər ruhunu elə sirkələmişdir
ki, sağlam ikən şikəstə çevrilmişdir.
Yaxın keçmişini qısaca xatırlamaqla, obrazın bu
gününün dəqiq diaqnozunu vermək olar. Qız
anasına: “Ay arvad, heç kişini də qoz qabığına
salıb cibində gəzdirmək olar?” Bu bir cümlə
qadın qısqanclığını, kişinin həyat tərzini,
ailədə baş verənləri bütün təfərrüatı
ilə aydınlaşdırır. Bu da görünməyən
obrazların tablosudu. Onu müəllif, rejissor və
ifaçı informasiya ilə gerçəkləşdirir. Obraz
- Aktrisa qalmaqal mühitində süd əmib.
Uşaqlıq
illərinin xatirələri tamaşaçının qəlbinə
kövrət notlar səpir: bir qız uşağının
bütün istəkləri nakamdı: rəqsə getmək
istəyib, qoymayıblar, musiqi təhsili almaq istəyib, icazə
verməyiblər. Hüquq fakültəsinə qəbul olunub,
atasının vecinə olamyıb. Buna görə də
Qız sındıqca sınıb. Nəticə isə
çox ağırdı: o, tədricən psixofizioloji gərginliyə
tuş gəlir. Aktrisa bu prosesi çılğın, titrək
səslə təfsir edir. Bir qız uşağının
nakam arzuları bizi kövrəldir.
Səbinənin
oyun gerçəkliyi üçün çarpayıdan
savayı heç bir detalı yoxdur. Ayla xanım,
quruluşçu rejissor kimi, dar məkandan və məhdud
imkanlardan bacardıqca çox, həm də məharətlə
istifadə etməyə çalışıb. Çünki
quruluş baxmından Ayla xanımın bir sıra maneələri
də vardır ki, bu da indiyə qədər Kiçik Səhnədə
gerçəkləşən tamaşalarla
bağlıdır: döşəmədən tutmuş tavana
qədər hər bir detaldan, fiziki fəaliyyət
üçün çoxsaylı vasitələrdən və
elementlərdən istifadə olunub. Bu baxımdan, mizan-fəaliyyət
gerçəkliyi üçün seçilən detal –
çarpayı, bir da aktrisanın fərdi peşə
imkanlarıdır. Bu baxımdan rejissor tamaşanın plastik həllini
ifaçının potensial imkanlarına hesablayıb. Nəticədə,
yozum imkanlarını, dramaturji materialı düzgün oxuya
bilib və bunu bizə oxutdura bilir. Bütün çərçivələrə
baxmayaraq, sevinirik ki, rejissor konsepsiyası ideya
çözümünə yol açır: insanları tənhalığa
düçar olmağa qoymayın; dar anında yanında olun;
dünyanın ən ağır və dəyərli vasitəsindən
– SÖZdən istifadə edin, təsəlli verin!
Səbinə
dramaturqla rejissorun psixiofizioloji vəziyyətdən qaynaqlanan təcəssümünü
sakit səs çaları ilə gerçəkləşdirir.
Obrazın etirazlarını emosional çılğın, vəhşi
bağırtılarla deyil, nisbi sakit-emosional, daxili təbbəddülatdan
doğan həyəcanla ifa edir. Ginekologiya şöbəsində
işə düzələn personaj – Səbinə
tamşaçıya çox dəhşətli informasiya
ötürür. Qalıq qabının içində
doğranmış körpə barmaqlarını görüb
ürpənir. Düzü, bu məqam gerçəkliyində
daxilimizdən sanki elektrik cərəyanı keçdi: necə
yəni bapbalaca barmaqlar? Sonra təhtəlşüurumuzda gizlənən
emosional yaddaş fəaliyyətə keçdi: axı, hamiləliyin
süni pozuntusu zamanı bədən üzvləri hissə-hissə
ambutasiyaya uğrayır. Qalıqlar qabında
doğranmış barmaq hissələrinin olması
labüddür. Bu, xanım dramaturqun mənəvi
ağrılarının təcəssümüdü. Bunu
duyub səhnə oyununa çevirən rejissor və onun səhnə
yükünü daşıyan aktrisa eyni ağrılar
aurasındadırlar. Belə bir real baxış həyatımızın
müdhiş bir tablosunun rəsmidir. Dramaturq
tamaşaçısına çox ciddi sosial problemləri
çözərək ötürməyə
çalışır, ağıllı tamaşaçı
bunu duyur.
Səbinənin
“Tanqo”su çox məharətli ifadır, qəbul etməmək,
bəyənməmək mümkün deyil. Sözsüz ki, bu
məharət aktrisanın xoreoqrafiq təhslindən irəli gəlir.
Lakin ritmik gerçəkliyin, maraqlı plastik həllin arxa
planında böyük təəssüf hissi gizlənib.
Dramaturq, rejissor və ifaçı qulağımıza
pıçıldayır: “Kaş ki, bwtwn gerçəkliyimiz
bu “Tanqo” qədər gözəl olaydı!
Rejissor
dramaturqun təklif etdiyi obraz etiraflarını aktrisanın
ruhuna elə hopdurub ki, istər-iatəməz
tamaşaçı qəlbinə sirayət edir. Sözsüz
ki, Səbinə Məmmədova istedadlıdır və o,
obrazın etiraflarını bizə ötürə bilir. Elə
səviyyədə ötürür ki, onun katarsis halına
inanırıq. Bu, özünü daxili təmizləmədi
və bu katarsis halı tamaşaçı ruhuna nəm səpir.
Tamaşa
bütün zahiri ötürümü ilə
tamaşaçı daxilinə gizli bir informasiya sızır:
bu gözəl qızı bədbəxt edən mühitdir.
Trionun – müəllif, rejissor və ifaçının da
üsyanı həmin mühitə qarşıdır. Deməli,
günahkar cəmiyyətdir. Bu baxımdan da, yuxarıda
xatırladığımız ideya çözülür.
Monotamaşanın
uğurunun başında çox təcrübəli bədii-yaradıcı
heyət dayanır: quruluşçu rəssam Reyhan Aslanova, rəqslərin
quruluşu Ceyhun Dadaşov, musiqi tərtibatçısı
Zaur Rəşidov, işıq üzrə rəssam Vadim Kuskov
və ən əsası isə bədii quruluş hissə
müdiri Zəminə Erbir.
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
Kiçik Səhnəsinin bu maraqlı töhfəsi
kollektivimizin peşəkarlığı, səhnə sənətinə
sədaqəti kimi dəyərləndirilə bilər.
Rafiq
RƏHİMLİ,
yazıçı-dramaturq,
Əməkdar mədəniyyət
işçisi
Azad Azərbaycan.-
2021.- 7 yanvar. S. 9.