Masallı şəhidləri
Zaur Vaqif oğlu Hüseynov 24 iyun 1995-ci ildə Masallı rayonunun Hişkədərə kəndində
anadan olub. Kənd
tam orta məktəbinin
9-cu sinfini, C.Naxçıvanski
adına hərbi liseyi bitirib. İki il əvvəl
Hərbi Akademiyanı
da başa vuraraq “N” saylı hərbi hissədə xidmətə
başlamışdı.
Sentyabrın 27-də səhər saatlarında erməni yaraqlıları Füzuli,
Cəbrayıl, Tərtər,
Ağdərə istiqamətlərində
Azərbaycan Ordusunun mövqelərinə, kəndlərimizə
iriçaplı silahlardan,
ağır artilleriyadan
istifadə edərək,
genişmiqyaslı təxribatlara
yol açdılar. Azərbaycan silahlı qüvvələri
təxribatın qarşısını
almaq üçün
əks-hücumla düşmənə
ağır zərbələr
endirdi. Həmin döyüşlərdə igid zabitimiz idarə etdiyi BMP-si ilə düşmənin
bir neçə müdafiə istehkamını
məhv etmişdir.
Füzuli
istiqamətində gedən
şiddətli döyüşlərin
birində Masallı rayonunun Hişkədərə
kəndində doğulub
boya-başa çatan,
Azərbaycan Ordusunun leytenantı olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistan işğalı
altında olan ərazilərin azad edilməsi üçün
başlanan müharibənin
elə ilk günündə
qəhrəmancasına şəhid
olmuşdur. Sentyabrın 28-də şəhid Zaur Hüseynovun nəşi doğma kəndində torpağa tapşırıldı.
Ailəli idi. Bir qız uşağı
yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş qapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən Masallı
rayonunun Hişkədərə
kəndindən olan Vətən Müharibəsinin
şəhidi, leytenant
Hüseynov Zaur Vaqif oğlu ölümündən sonra
«Vətən uğrunda»
medalı ilə təltif edildi.
Allah rəhmət eləsin!
Şəhid baş çavuş
Nayib Qasımov
Nayib Qasımov 1997-ci il
iyunun 12-də Masallı
rayonunun Mahmudavar kəndində anadan olub. 2014-cü ildə
Mahmudavar kənd tam orta məktəbini bitirib. 2015-ci ilin iyul ayının
13-də həqiqi hərbi
xidmətə yollanıb.
2015-2017-ci illərdə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli
əsgər kimi xidmət göstərir. 2016-cı ildə müddətli əsgər kimi "Aprel" döyüşlərində
iştirak edir. 2017-ci ildə müddətli
hərbi xidməti başa vuraraq könüllü ordu sıralarında qalır.
3 aylıq kurs
keçir və Xüsusi Təyinatlı Qüvvələrin tərkibində
müddətdən artıq
xidmət edən hərbi qulluqçu kimi xidmət etməyə başlayır.
Xidməti boyunca bir neçə dəfə nümunəvi xidmətinə
görə fəxri fərmanlarla təltif olunur.
2018-ci ildə döyüş hazırlığında uğurlar
qazandığı, Azərbaycan
Ordusunun qurulmasında
və möhkəmləndirilməsində
fəal iştirak etdiyinə görə
"Azərbaycan Ordusunun
100 illiyi (1918-2018)" yubiley
medalı ilə təltif olunur. 2020-ci ilin 12 iyul
tarixindən etibarən
Ermənistan—Azərbaycan
dövlət sərhədinin
Tavuş mərzi və Tovuz rayonu
əraziləri boyunca
başlayan, "Tovuz"
döyüşləri kimi
tanınan döyüşlərdə
iştirak etmişdir.
Baş çavuş Qasımovun son döyüşləri
məhz 2020-ci il sentyabrın 27-də
Azərbaycan Silahlı
Qüvvələri tərəfindən
Ermənistan işğalı
altında olan ərazilərin azad edilməsi üçün
başlanan Vətən
müharibəsində olur.
Nayib Qasımov
Cəbrayıl uğrunda
döyüşlərdə, 6 oktyabr tarixində şəhid olur. Doğulub boya-başa
çatdığı Masallı
rayonu Mahmudavar kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin
15.12.2020-ci il tarixli Sərəncamına əsasən
Nayib Qasımov ölümündən sonra
"Vətən uğrunda"
medalı ilə təltif edilib.
Cəsur
kəşfiyyatçı Amid Salayev
Amid Yadulla oğlu
Salayev 10 fevral 2002-ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olub. 2019-cu ildə Sığdaş kənd
tam orta məktəbini
müvəffəqiyyətlə bitirərək 2020-cu ilin aprel ayında Masallı Rayon Hərbi Komissarlığı tərəfindən
həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidmətə Ağcəbədi
rayonunda, «N» saylı hərbi hissədə başlayıb. Amid fiziki
hazırlığına, idman
göstəricilərinə, istedadına, biliyinə və bacarıqlarına görə hərbi hissənin kəşfiyyat
bölüyündə xidmətini
davam etdirirdi...
Düşmən sentyabrın 27-dən başlayan əks-hücumun
qarşısında tab gətirə
bilmədi. Füzulinin, Cəbrayılın dağlıq ərazilərindəki
yüksəkliklərdə müqavimət göstərməyə
cəhd edirdilər.
Ancaq başa düşmürdülər ki,
torpaq, Vətən uğrunda döyüşən,
ölümün gözlərinə
gülə-gülə baxan,
vətənpərvər bir
ordunun qarşısını
almaq çətindir.
Amid də kəşfiyyatçı
kimi Vətən torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə
iştirak edirdi. O, bir çox döyüş əməliyyatlarında qəhrəmanlıqla
iştirak edir və böyük şücaət göstərirdi.
Amid Vətən qarşısında əsgəri
borcunu vicdanla, şərəflə yerinə
yetirərək Fizuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə
son damla qanına qədər döyüşərək
qəhrəmancasına şəhid
oldu.
05 oktyabr 2020-ci il
tarixdə Sığdaş
kənd qəbirstanlığında
dəfn edildi.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş qapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən cəsur
kəşfiyyatçı Amid Yadulla oğlu Salayev ölümündən
sonra "Vətən
uğrunda" medalı
ilə təltif edildi.
Allah rəhmət eləsin!
Şəhid əsgər Şəmsəddin
Təhməzov
Şəmsəddin Sərvər oğlu
Təhməzov 3 mart 2001-ci il tarixdə Masallı rayonunun Güllütəpə kəndində
anadan olub. 2007-ci ildə Yeni
Zuvand kənd tam orta məktəbinin birinci sinifinə daxil olub. İbtidai təhsilini bu məktəbdə alıb.
Sonralar ailə vəziyyəti ilə əlaqədar Beyləqan rayonuna köçdükləri üçün
təhsilini Beyləqan
şəhər 1¹-li tam orta
məktəbində davam
etdirib.
2016-cı
ildə IX sinifi bitirdikdən sonra təhsilini yarımçıq
qoyaraq əmək
fəaliyyətinə başlayır.
İşləyə-işləyə valideynlərinə maddi dəstək olur.
2019-cu ilin aprel ayında SHXÇDX-nin Masallı rayon şöbəsindən
həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini
Tərtər rayonunda yerləşən «N» saylı
hərbi hissədə
yerinə yetirməyə
başlayır.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın
Füzuli, Cəbrayıl,
Tərtər, Ağdərə
istiqamətlərində Azərbaycan
ordusunun mövqelərinə,
kəndlərimizə iriçaplı
silahlardan, ağır
artilleriyadan istifadə
edərək, genişmiqyaslı təxribatlara yol açırlar. Azərbaycan silahlı qüvvələri
təxribatın qarşısını
almaq üçün
əks-hücumla düşmənə
ağır zərbələr
endirir.
İgid əsgərimiz Şəmsəddin
Təhməzov Ana Vətən
müharibəsi uğurunda
başlanan döyüşlərdə
yüksək qəhrəmanlıq
nümunəsi göstərir. Tərtər rayonu istiqamətində gedən döyüşlərdə
düşmənlərə qarşı mərdliklə
vuruşur. Cəsur əsgər
oktyabr ayının
7-də qəhrəmancasına şəhidlik zirvəsinə
ucalır.
Şəmsəddin Təhməzov 8 oktyabr
2020-ci ildə doğulub
boya-başa çatdığı
Masallı rayonunun Güllütəpə kənd
qəbirstanlığında torpağa tapşırılıb. Azərbaycanın
ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş qapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən Masallı
rayonunun Güllütəpə
kəndindən olan Vətən müharibəsinin
şəhidi əsgər
Şəmsəddin Sərvər
oğlu Təhməzov
ölümündən sonra
«Vətən uğrunda»
medalı ilə təltif edilib.
Ondan həyatda
heç bir nişanə qalmadı. Subay idi.
Amma, Şəmsəddinin qəhrəmanlıq
nümənəsi onu
ürəklərdə daim
yaşadacaq.
İnsan
var həyatda 80-90 il ömür
sürür, tez də unudulur. Şəmsəddin kimi oğullar insanların ürəyində əbədi
olaraq yaşayacaqdır…
Allah rəhmət eləsin!
Əlihüseyn ŞÜKÜROV
Azad
Azərbaycan.- 2021.- 14 yanvar.- S.5.