Sədərəkli Şuşa fatehləri o günləri xatırlayır
«O uca dağların başında
yerləşən şəhəri yüzlərlə
düşməndən azad etmək
xəyal kimi görünsə də, biz bunu bacardıq»
Sədərək kəndi Muxtar Respublikada tanınmış
kəndlərdən biridir.
Bu kənd öz qəhrəman oğulları ilə daim fəxr edib. Kəndin qəhrəmanlıq tarixini
yazan igidlər hər zaman olmuşdur.
Vətən Müharibəsində Sədərək
rayonu dörd nəfər şəhid verib.
Bir çoxları
isə medallarla Sədərəyə dönüblər.
Onlardan biri də Murad Həsənovdur. O, 25 oktyabr
1996-cı ildə Sədərək
kəndində anadan olub. Sədərəkdə orta təhsil
alıb, sonra isə Vətən Müharibəsinə çağrılıb.
Murad iki ildir ki, şərəfli
peşənin sahibidir. Onun arzusu
hərbçi olmaq idi. Murad qeyd edir ki, “Biz cəbhə bölgəsində böyüdüyümüz
üçün uca dağların başındakı
əsgərləri tez-tez
görür, onlara həsəd aparırdım.
Hər dəfə dərsdən gələndə onların
yanına gedir, «böyüyəndə mən
də sizin kimi əsgər olacağam» deyirdim. Bu gün Müzəffər
bir ordunun əsgəriyəm və çox sevincliyəm, çünki mən də Vətən Müharibəsinin iştirakçısı
oldum. Oraya gedən gündən
ən böyük arzum Şuşaya çatmaq, o şəhər
uğrunda döyüşlərdə
iştirak etmək idi. Mən xəyal belə
edə bilmədiyim Şuşanın işğaldan
azad edilməsində iştirak etdim. Azərbaycanın incisi olan bir şəhərə qədəm qoydum. Orada Azərbaycanımızın üçrəngli
bayrağının dalğalandığını
görmək bizə qürur yaşatdı.
Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə
“Döyüşdə fərqlənməyə
görə”, “Şuşanın
azad olunmasına görə” və “Vətən Müharibəsi
iştirakçısı” medalı ilə təltif olunmağım sevincimi daha da artırdı”.
Murad fəxr edir ki, torpaqlarımızı
yağı düşməndən
azad olunmasında onun az
da olsa əməyi
var.
Digər qəhrəman döyüşçümüz
isə Əmirxan Quliyevdir. O, 18 fevral 1996-cı ildə
Sədərək kəndində
anadan olub. Orta məktəbi bitirdikdən
sonra hərbi xidmətə yollanıb.
Əmirxan qeyd edir ki,
“Həqiqi hərbi xidmətimi bitirdikdən sonra orduda qalmaq
üçün müraciət
etdim və müddətdən artıq
hərbi xidmətçi
kimi ordu sıralarında qaldım. Xidmətə başladığım, hərbi
formanı geyinən gündən bir arzum olub ki,
işğalda olan torpaqlarımızı azad
edək. Oktyabr ayının
10-da Naxçıvandan Qarabağa
yola düşən əsgərlərimizin cərgəsində
məndə var idim. Hamımız sevincli idik,
gülə-gülə gedirdik
döyüşə. Çünki bir ovuc torpaq qızıldan belə, dəyərlidir bizim üçün.
Silahdaşlarımızdan bir neçəsi
şəhidlik şərbətini
içdi, qazi olanlarımız da oldu.
Füzuli istiqamətində döyüşlərdə iştirak
etdikdən sonra Hadruta, oradan isə Daşaltı və Şuşaya getdik. Oktyabrın 18-də yaralandım, hospitala getdim. Yoldaşlarımdan ayrılmaq istəmirdim.
İki gün sonra təkid və tələbimlə geri qayıtdım və döyüşlərə davam
etdim. Şuşa əməliyyatında iştirak etməyim həyatımın ən unudulmaz səhifəsi olaraq qalacaq. O uca dağların başında yerləşən
şəhəri yüzlərlə
düşməndən azad
etmək xəyal kimi görünsə də, biz bunu bacardıq. O keçilməz
meşələrdə saatlarla
piyada, çiynimizdə
silah, üstümüzdə
ağır döyüş
geyimləri dayanmadan, nəfəs almadan döyüşə-döyüşə gedirdik. Bəzən barmaqlarımızla torpağı cırmaqlaya-cırmaqlaya,
bəzən isə bir kolun qanadından
yapışa-yapışa çıxırdıq.
Aramızda elələri var
idi ki, yaralansa
da, dözür, hədəfə
çatmağa can atırdı.
Şuşaya çatanda Köhnəqala
tərəfdən hücuma
keçdik. Təcrübəli
zabitlərimiz və kəşfiyyatçılarımızın əvvəlcədən verdikləri
məlumatların sayəsində
istəyimizə nail olduq.
Qaranlıq bir gecədə
gözəl Şuşamızı
düşmənin murdar
nəfəsindən təmizlədik.
Qürurum və sevincim
sonsuzdur, çünki
illərdir həsrətində
olduğumuz günə
çatdı xalqımız.
Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı
ilə “Döyüşdə
fərqlənməyə görə”,
“Şuşanın azad
olunmasına görə”
və “Vətən Müharibəsi iştirakçısı”
medalları ilə təltif edildim. Minnətdaram
cənab Prezidentimizə
ki, bizə belə gözəl günləri yaşatdı”.
Sədərəyin digər qəhrəman döyüşçüsü Burhan Həsənov isə 18 dekabr 2000-ci ildə Sədərək kəndində anadan olub. O, orta məktəbi
bitirdikdən sonra ordu sıralarına xidmətə çağrılıb.
Burhan da
bir döyüşçü
kimi o günləri fəxrlə xatırlayır:
“Qalib, Müzəffər
bir Ordunun Qələbə Paradında
iştirak etmək mənə dünyanın
ən böyük xöşbəxtliyini bəxş
etdi. Bundan gözəl nə ola bilər?
Bir hərbçi üçün
Qələbə qazanmış
bir ordunun fərdi olmaq dünyanın ən böyük sevincidir.
Vətən müharibəsinin iştirakçısı olub
düşmənin illərdir,
bərkitdiyi mövqelərini
dağıdıb, torpaqlarımızı
düşməndən azad
etdik. Bu cümləni tələffüz
etmək belə insana qürur yaşadır. Hələ ki,
orada olub, irəli, əmrini gözləyib düşməndən
təmizlənən yurd-yuvamızı
bir-bir görəndə
yaranan sevinci sözlə ifadə etmək çox çətindir. Bayrağımızın o torpaqlarda dalğalandığını
görmək, oraya ayaq basmaq hər
birimizin uzun illərdir, arzusu, həsrəti idi. Artıq Vətən Müharibəsi
bizim Müzəffər
Ordumuzun qələbəsi
ilə başa çatdı. Biz bir olduq, birləşdik
və düşmənə
qalib gəldik. Mən bu Vətən müharibəsində iştirak
etdiyim üçün
fəxr edirəm.
Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq əmri ilə “İgidliyə görə”,
“Şuşanın azad
olunmasına görə”
və “Vətən müharibəsi iştirakçısı”
medalları ilə təltif edildim”.
Təbii ki, sədərəklilərlə
yanaşı, bütün
Azərbaycan xalqı
da belə vətənpərvər
oğulları ilə
fəxr edir, onlarla qürur duyurlar.
Hacı Tofiq SEYİDZADƏ
Azad
Azərbaycan.- 2021.- 14 yanvar.- S.5.