Tarix yazan igidlərimiz: Şəhid Ruslan
Cəfərli
Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolunu tanıtmaq məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsini uğurla davam etdirir.
“Tarix yazan igidlərimiz” layihəsinə daxil edilən yeni informasiya şəhid yaxını Çinarə xanım tərəfindən elekton məktubla kitabxanaya ünvanlandı. İnformasiya-resurs şöbəsinin təqdim etdiyi “Şəhidlər haqqında” informasiya məktubu və videoçarx şəhid əsgər Cəfərli Ruslan haqqındadır.
Kitabxananın İnformasiya-resurs şöbəsinin sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən hazırlanan informasiya məktubunda şəhidin həyat yolu, qəhrəmanlıqları, ailəsinin onunla bağlı xatirələri, son sözləri məlumat şəklində toplanılıb. Videoçarxda isə şəhidin fotoları, videolentləri yer alır.
Azərbaycanın qəhrəman oğlu Cəfərli Ruslan Nəcəf oğlu 25 may 1995-ci il tarixində Mingəçevir şəhərində anadan olub. Ailəsinin yeganə oğlu olan Ruslan göstərdiyi şücaətlə Vətənin oğlu oldu. Gənc qəhrəman Cəfərli Ruslan Mingəçevir şəhərində yerləşən 4 saylı tam orta məktəbdə təhsil alıb. O, 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə çağrılıb, 2015-ci ildə isə tərxis edilib.
Ruslana “Ceki” deyə müraciət edirdilər. O, gülərüz,
dayanıqlı, qoçaq,
çevik bir gənc idi. Döyüş meydanında səhhətində
problemin olmasına baxmayaraq o, bu yoldan geri dönməyərək
ön cəbhədə
haqq savaşını
davam etdirməyi özünə borc bildi.
Şəhid əsgər Cəfərli
Ruslan 2020-ci il
27 sentyabr tarixində başlayan Vətən Müharibəsində Tərtər-Ağdərə
istiqamətində vuruşub.
Ruslan ermənilər Mingəçevirə raket
atanda atasına zəng edərək qürurla belə deyib: “Qorxmayın, burada cavablarını veririk! Axırlarına çıxacağıq! İndi döyüşə
gedirəm, narahat olmayın!”
O zəngdən sonra Ruslandan xəbər almayan ailəsi bir gün cəbhə
ilə bağlı verilən bir sujetdə əsgərlərin
verdiyi müsahibədə
kənardan onları izləyən Ruslanı görürlər. Ruslanın
sağ olduğunu görən ailəsi sevinc hissini yaşayır. Lakin həmin görüntülər
həftələr öncə
kadra alınıbmış.
Noyabrın 18-də ailəsinə Ruslanın döyüşlərdə itkin
düşdüyünü xəbər verdilər. Lakin sonra
məlum oldu ki, Ruslan artıq
şəhidlik zirvəsinə
ucalıb. Onun cansız
bədəni isə neytral zonada qalıb. Şəhid əsgər Cəfərli
Ruslan noyabrın 21-i Mingəçevir Şəhidlər
Xiyabanında torpağa
tapşırıldı.
Azərbaycan Respublikasının ərazi
bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarında iştirak
etmiş və hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası
zamanı vəzifə
borcunu şərəflə
yerinə yetirmiş Ruslan Cəfərli ölümündən sonra
"Vətən uğrunda"
medalı ilə təltif edildi. Ruslanın əsgərlik xatirələri
ilə bağlı tutduğu qeyd dəftəri ondan geri qalan ən
gözəl xatirə
oldu. Dəftərdə
qeyd etdiyi əl yazısından biri...
Sevgilimdən ayrıldım,
Silahıma sarıldım.
Torpağıma bağlandım
Təki
Vətən sağ olsun!
Zəfər gününü Azərbayan
xalqına yaşadan qəhrəmanlar, Sizlərə
ömrümüzün sonunadək
minnətdarıq!
Tofiq SEYİDOV
Azad Azərbaycan.-
2021.- 14 yanvar. S. 9.