“Nizami-Eşq
bağının bağbanı”
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 05 yanvar
2021-ci il tarixdə 2021-ci ilin
Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi
haqqında Sərəncam imzalayıb. Sərcamdan irəli gələn
tədbirləri həyata keçirmək məqsədilə Respublika Gənclər Kitabxanası 26 yanvar 2021-ci il tarixdə Zoom proqramı üzərindən “Nizami-Eşq bağının bağbanı”
adlı tədbir təşkil etmişdir.
Tədbirdə Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi,YAP
sədri, filologiya üzrə fəlsəfə
doktoru, dosent, Nizamişünas Xədicə Murad,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA İncəsənət İnstitutunun böyük
elmi işçisi, bədii
qiraətçi Zülfiyyə Eldarqızı,
kitabxananın daimi oxucuları və əməkdaşları
iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan kitabxananın Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbir iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan etməsinin zəruriliyindən bəhs etdi. Sonradan Xalidə Musayeva “Nizami Gəncəvi ili” ilə əlaqədar Respublika Gənclər Kitabxanasının il ərzində planlaşdırdığı tədbirlərdən söhbət açdı.
Tədbirin qonağı - filologiya üzrə fəlsəfə doktoru, Nizamişünas Xədicə Murad ilk növbədə Nizami Gəncəvi yaradıcılığından, dahi ustadın əsərlərinin tərcümələrindən danışdı. Xədicə xanım Nizami Gəncəvi yaradıcılığının ana xəttinin ilahi eşq, əxlaqi normalar, Vətənə sevgi, elmə həvəs, böyüyə ehtiram, qadına hörmət və s. kimi tərbiyəvi aspektlərdən ibarət olmasını vurğuladı. Məhz belə tərbiyəvi-əxlaqi əsərlər üzərində yetişən Azərbaycan gəncliyinin bu gün döyüş bölgəsində vətənpərvərlik nümayiş etdirərək, canları, qanları bahasına əzəli torpaqlarını geri qaytaran “Polad”lar, “İlqar”lar, “Xudayar” lar olmasından danışdı.
AMEA İncəsənət İnstitutunun böyük elmi işçisi, bədii qiraətçi Zülfiyyə xanım Eldarqızı Nizami yaradıcılığının günü bu günə kimi ölkəmizin hüdudlarından kənarda belə çox aktual olmasından, yüksək qiymətləndirilməsindən söhbət açdı. Tezliklə premyarısı gözlənilən, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin motivləri əsasında çəkilən İndoneziya-Azərbaycan kinomatoqraflarının birgə layihəsi olan filmdə Leylinin anası obrazını canlandırmasından tədbir iştirakçılarına bəhs etdi. Həmçinin, Zülfiyyə xanım Nizami Gəncəvinin qəzəllərini də səsləndirərək, bununla tədbir iştiarkçılarını xeyli sevindirmiş oldu.
Sonda tədbirin aparıcısı Günay Həsənova bu səpkili tədbirlərin gələcəkdə silsilə formasında davam etməsinin əhəmiyyətini vurğulayaraq, tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Tofiq Seyidov
Azad Azərbaycan.- 2021.- 28 yanvar.-
S.9.