Şəhidlik ən uca zirvədir

 

Atasının döyüşçü yolunu davam etdirən Şəhidimiz Niyaməddin Ələkbərov

 

Sədərək rayonu Birinci Qarabağ savaşında - 1990-1992-ci illərdə 109 şəhid vermişdir. Vətən müharibəsinin müdafiəsində isə dörd şəhid, qanı ilə, canı ilə Vətəni müdafiə etmişdir. Şəhidlik zirvəsi ən uca zirvədir. Ora hər adam çıxa bilməz. Lakin ata-babalarımızın nəsihətinə əməl edərək şəhidlik zirvəsinə ucalan övladlar qəhrəmanlıq göstərərək, xalqımızın qəlbində əbədi yaşayacaqlar.

Belə şəhidlərimizdən biri də Ələkbərov Niyaməddin İsrafil oğludur.

Niyaməddin Ələkbərov 12 iyul 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub. İbtidai təhsilini Sədərək kənd 1 nömrəli tam orta məktəbində alıb. Sonra Məhəmməd Füzuli adına Ordubad şəhər İnternat məktəbində təhsilini davam etdirib. 2003-cü ildən Sumqayıt şəhər 35 saylı orta məktəbdə təhsilini davam etdirib. 2007-ci ildə təhsilini başa vurub.

Niyaməddin Naxçıvan Muxtar Respublikası Dövlət Universitetinin Jurnalistika fakültəsinə imtahan vermiş və tələbə adını qazanmışdır. Amma müəyyən səbəblərə görə təhsilini yarıda dayandırıb. 2011-ci ilin oktyabr ayının 21-də Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hərbi xidməti bitirməsindən bir neçə ay sonra onda yenidən hərbidə xidmət etmək həvəsi oyanır. O, Sumqayıt şəhər Hərbi Komissarlığına müraciət edərək, Naftalan şəhərində yerləşən N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət etməyə başlayıb.

Şəhidimiz 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak etmişdir. Bu döyüşlərdə göstərdiyi şücaətə görə, Müdafiə nazirinin 26.06.2018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illik medalı” ilə təltif olunub. 2018-ci ildə gizirlik kursuna getmiş və Beyləqan rayon N saylı hərbi hissədə kəşfiyyatçı gizir kimi xidmətini davam etdirmişdir.

Niyaməddin xidməti zamanı N saylı hərbi hissənin zabiti polkovnik-leytenant Orxan Əkbərov tərəfindən 28.05.2020-ci il 28 May Respublika günü münasibətilə, eləcə də döyüşictimai siyasi hazırlıqda qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə görə Fəxri fərmanla təltif olunmuşdur.

Şəhidimiz 03.07.2020-ci ildə general-mayor Mayis Bərxudarov tərəfindən Azərbaycan Ordusu  miqyasında “ən yaxşı kəşfiyyat bölüyü” adı uğrunda keçirilən yarış zamanı I yerin əldə edilməsində göstərdiyi səy və bacarığına görə də Fəxri fərmanla təltif olunub.

Niyaməddin İ Ələkbərov 27 sentyabr 2020-ci ildə başlayan ikinci Qarabağ müharibəsində torpaqlarımızın azad olunmasında da çox böyük şücaət göstərmişdir. O, Füzuli şəhərinin azad olunmasında 02.10.2020-ci ildə qəhərəmancasına şəhid olmuşdur.

Şəhidimizə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncam əsasında bir sıra ordenmedallar verilib: “Vətən uğrunda medalı”, “Üçüncü dərəcəli Vətənə xidmətə görə ordeni”, “Füzulinin azad edilməsi uğrunda medalı”.

Onu da qeyd edək ki, Şəhid Niyaməddinin atası İsrafil Ələkbərov da döyüşçü olmuş, Sədərək döyüşlərində fəal iştirak etmişdir. Müharibə veteranıdır.

Şəhidlər unudulmaz, Vətən bölünməz!

 

Hacı Tofiq SEYİDZADƏ

 

Azad Azərbaycan.- 2021.- 28 yanvar.- S.5.