Ölməzliyə qovuşanlar

 

(Elegiya)

 

Haqqın dərgahında əbədiyyətə qovuşan, ruhi ölməzlik səviyyəsinə çatan,böyük Zəfəri, möhtşəm Qələbəni xalqımıza bəxş edən, misilsiz fədakarlıq göstərərək ölkəmizin ərazi bütövlüyüuğrunda canlarından keçən, hər birimizə sonsuz qürur və fərəh hissləri yaşadanşəhidlərimizürəklərə, yaddaşlara həkk olunublar. Onları səmimi, ülvi duyğularla yad etmək, adlarını daim qəlbimizdə yaşatmaqhər birimizin borcudur.

44 günlük Vətən müharibəsi zamanı ömrünün çiçəklənən dövründə ən yüksək məqama - şəhidlik zirvəsinə yüksələn oğullarımız haqqında nə qədər danışsaq, yazsaq azdır. Çünki bu gün hər birimiz firavan həyat sürürüksə, bu, şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsindədir.

Şəhid Səmid Əliyev 5 iyun 1998-ci ildə Sumqayıtın Corat qəsəbəsində valideynlərinin 7 ilik oğul həsrətindən sonra dünyaya gəlib. Təlim-tərbiyəsi ilə digər uşaqlardan həmişə seçilib. Dərslərini yaxşı oxuyub, şagirdlər arasınd nümunəvi olub. Müəllim və sinif kollektivininn xüsusi sevgisini, rəğbətini qazanıb. Corat qəsəbəsində 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Beyləqan rayonunda rabitəçi kimi qulluq edib. Yaxşı xidmətlərinə görə komandiri onu Fəxri Fərmana, təşəkkürnamələrə layiq görüb. Çox ağıllı, düşüncəli, allahlı-imanlı olub. Namaz qılıb, arada təsərrüfatla məşğul olub. Musiqiyə, detektiv filmlərə maraq göstərib. Güclü iradə sahibi olanlara rəğbət bəsləyib. Ədəbiyyatı, şeiriyyəti çox sevib. Öz insanlığı, mərdliyi, sədaqətilə yaxşı dostlar qazanıb. İstiqanlılığı, mehribanığı, zarafatları, mərhəmətliyi ilə özünü hamıya sevdirib. Həqiqi hərbi xidmət borcunu şərəflə başa vurduqdan sonra istehsalatda çalışmağa başlayıb. Ailədə 3 bacının yeganə qardaşı olan, xalası qızı ilə nişanlananSəmid Əliyev Vətən müharibəsi başlamazdan əvvəl, 21 sentyabr tarixində könüllü olaraq ön cəbhəyə gedib. Sonuncu dəfə sentyabrın 29-u ata-anası və nişanlısı ilə danışıb. Onlar narahat olmasın deyə hər şeyin yaxşı olduğunu, “Qələbə bizimlə olacaq, tez bir zamanda Zəfər çalıb geri dönəcəyəm”, deyərək sağollaşıb. Oktyabrın 1-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Prezidentin sərəncamı ilə “Füzulinin azad olunması”və “Vətən uğrunda” medalları ilə təltif təltif edilib.

Səmidin timsalında bütün şəhidlərimizə görəüzülürük. Lakin təsəllini aldığımız qisasla, işğaldan azad etdiyimiz tarixi ərazilərimizlə tapırıq.

Qəhrəman övladlarımızın əziz və unudulmaz xatirəsi qədirbilən millətimiz tərəfindən hər zaman dərin ehtiramla yad edilir, onların hamımıza dogma və əziz olan ailəüzvləri dövlətin, eləcə də xalqın diqqət və qayğısı iləəhatə olunur.

Ən ali məqama ucalan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizəşəfa arzulayırıq!

 

İlhamə MƏHƏMMƏDQIZI

 

Azad Azərbaycan.- 2022.- 7 iyul.- S.5.