Foto və video salnaməmizin
yaradıcılarından
biri olan sənətkar
(Portret cizgiləri)
Tarixi şəxsiyyətlərin
dediyi sözlər: “Rasim Sadıqov fofoaparatını
süngüyə çevirən əsl sənətkar
jurnalistdir”.
əvvəli
ötən sayımızda
Beləliklə,
bu gün mənim arxivimdə Rasimin çəkdiyi çoxlu
şəkillər və məqalələr, o illərdən əziz
bir xatirə kimi qalır. Elə həmin vaxtlarda da mən
Rasimdə fotoqrafiya sənətinə qarşı çox
böyük sevgi və hətta bir rejissorluq, rəssam
bacarığı olduğunu görmüşdüm,
duymuşdum. Çünki o, tamaşalarda şəkillər
çəkəndə elə maraqlı, gözlənilməz
məqamlar, anlar, obrazlı ifadələr tuturdu ki, bu mənim
özümə və bu şəkillərə baxan hər
bir adama da xoş təsir bağışlayırdı. Elə
həmin vaxtlardan, yəni 1976-cı illərdən də Rasim
Sadıqov Sumqayıt şəhərində keçirilən
dövlət səviyyəli bütün tədbirləri
fotoqraf kimi çəkməyə başladı. Baxmayaraq həmin
vaxtlar Sumqayıtda peşəkar, tanınmış fotoqraflar,
foto müxbirlər çox idi və şəhər rəhbərliyi
də hər bir işi onlara tapşırırdı. Amma
Rasimin elə ilk tədbirlərdə çəkdiyi şəkilləri
görən şəhər rəhbərləri onun işlərinin
orijinallığını görüb, bundan sonra əsas
işləri ona tapşırmağa başladılar. Beləliklə,
az bir zamanda Rasim Sadıqov Sumqayıtda ən məşhur foto
müxbir oldu. Artıq Sumqayıt Dövlət Dram
Teatrının tamaşalarını və Sumqayıta gələn
məşhur kollektivlərin və şəxsiyyətlərin
də foto şəkillərini Rasim çəkməyə
başladı. Şəhərdə mədəniyyətlə,
incəsənətlə, məşhur insanlarla
görüşlərlə bağlı əsas işləri
çəkmək məhz ona etibar olundu. Həmin vaxtdan da
başlayaraq Sumqayıtda çap olunan bütün qəzetlərdə
və respublika qəzetlərində “ foto Rasim Sadıqovundur”
imzası ilə çox maraqlı şəkillər çap
olunmağa başladı. Heç 5-6 ay keçmədi ki,
eşitdim Rasim Sadıqovu həmin vaxtlar respublikada ən məşhur
qəzet olan “Ədəbiyyat və İncəsənət” qəzetinin
baş redaktoru, məşhur dramaturq, alim, dəyərli
ziyalı, Xalq şairi Nəriman Həsənzadə qəzetdə
işləməyə dəvət elədi. O vaxtlar bu qəzetdə
məqalə çap etdirmək və işə düzəlmək
çox çətin idi. Çünki Nəriman müəllimin
böyük səyi və zəhməti nəticəsində
bu qəzetin hər nömrəsi 120 min müsxə çap
olunurdu. Bundan başqa isə qəzet həm də Nəriman Həsənzadənin
böyük təşkilatçılığı ilə
yüksək tirajla fars və latın qrafikası ilə də
çap olunub, Cənubi Azərbaycana və Türkiyəyə
göndərilirdi. Hər iki qonşu respublikada bu qəzetin
oxucuları həddindən artıq çox idi. Ona görə
də burada müxbir, foto müxbir işləmək hər
insana nəsib olmurdu. Buna görə fotoqrafdan böyük
peşəkarlıq və orijinallıq tələb olunurdu.
Deməli, xalqımızın böyük ziyalısı, təkcə
ədəbiyyatı yox, həm də jurnalistikanı mükəmməl
bilən Xalq şairi Nəriman Həsənzadə Rasim
Sadıqovun uğurlu gələcəyini görüb, onu lap
cavan yaşlarında işə götürmüşdü.
İllər keçəndən sonra sübut olundu ki, Nəriman
müəllim Azərbaycan xalqı üçün Rasim
Sadıqov kimi onlarca gözəl sənətkar yetişdirib.
Xalq şairi Nəriman Həsənzadə təkcə Rasimin
yox, bu gün Azərbaycanda və dünyada məşhur olan
onlarla yazıçının, məşhur alimin, tənqidçinin,
jurnalistin də “Ədəbiyyat və İncəsənət”
qəzetində yetişməsinə böyük köməklik
eləyib.
Rasim
Sadıqovla bizim müştərək və daha ciddi işlərimiz
yuxarıda yazdığım kimi, mən Əbdürrəhim
bəy Haqverdiyev adına Ağdam Dövlət Dram
Tetarının rəhbərliyindən Hüseyn Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının rəhbərliyinə
qayıdandan sonra, yəni 1989-cu ilin yanvar ayından daha
çox oldu. Artıq həmin vaxtı Rasim Sadıqov məşhur
“Ədəbiyyat və İncəsənət” qəzetinin
fotoqraf-müxbiri olmaqla, təkcə bu qəzetdə yox,
respublikanın demək olar ki, bütün aparıcı qəzetlərində
onun- “foto Rasim Sadıqovundur” imzası ilə çoxlu şəkilləri
çap olunurdu. O, 1997-ci ilin sonuna kimi, yəni mən öz ərizəmlə
teatrdan işdən çıxana kimi Sumqayıt Dovlət
Musiqili-Dram Teatrında tamaşaya qoyulan bütün səhnə
əsərlərinin və teatrda keçirilən respublika,
şəhər səviyyəli maraqlı görüşlərin
foto şəkillərini özünə məxsus
orijinallıqla çəkdi. Və hər bir
tamaşadakı, tədbirlərdəki şəkillərə
yüksək yaradıcılıqla yanaşdı. Bu gün həmin
kadrlar böyük tarixi sənədlərdir. Eləcə də
bütün bu illərdə Azərbaycan incəsənəti
Rasim Sadıqovun sayəsində tarixə köçüb. Azərbaycan
incəsənətində elə unikal tamaşalarımız,
konsertlərimiz var ki, onlar məhz Rasim Sadıqovun
fotoaparatı və videokamerası sayəsində bir tarixi
nümunə kimi muzeylərdə qorunub saxlanılır.
Ağdamda
işlədiyim 1985-88-ci illərdə mən Rasim Sadıqovu mətbuat
vasitəsi ilə izləyirdim. 1988-ci ildən başlayaraq Azərbaycanda
başlayan oyanışda, milli birlikdə əsasən Rasim
Sadıqovun çəkdiyi bir-birindən maraqlı, təkrarsız
fotoşəkillər qəzetlərin əsas səhifələrini
bəzəyirdi. Rasim həm jurnalist, həm bir vətəndaş
kimi ən maraqlı məqamları təkcə fotoqraf kimi
yox, həm də özünün videokamerası ilə lentə
alırdı. Yuxarıda yazdığım kimi, həmin
vaxtlar o, dəfələrlə Qarabağ bölgəsində
olmuşdu və hətta Ağdamda da biz onunla
görüşmüşdük. O həmin orijinal şəkillər
və çəkdiyi video lentlər vasitəsilə ermənilərlə
çox böyük cəsarətlə təkbaşına
vuruşurdu. Bu unukal kadrları dünya mətbuatına
ötürməklə Rasim Sadıqov bizim haqq işimiz
uğrunda, öz torpaqlarımızı qorumaq yolunda
vuruşduğumuzu məntiqi şəkildə sübut etməyə
çalışırdı və sübut da eləyirdi. Amma
həmin vaxtlar ölkə rəhbərliyində, Milli Məclisdə
Rasim Sadıqovu müdafiə eləyənlər çox az
olduğundan və bəzən də olmadığından
Rasim təklənirdi. Böyük əsəb gərginliyi,
stresslər keçirirdi. Hətta onun böyük əziyyətlə,
çətinliklə, öz həyatını risqə
qoymaqla çəkdiyi şəkilləri, onların lentini və
video lentləri də yüksək rütbəli məmurlar,
qolu zorlular əlindən alıb məhv edirdilər,
yandırırdılar. Həmin anları Rasim Sadıqov indi də
xatırlayanda böyük stresslər keçirir.
1990-cı ilin 19-20 qanlı
yanvar tarixi günlərinin
əsas foto və video
çəkilişlərinin müəlliflərindən biri də Rasim
Sadıqovdur. O, çox böyük
möcüzə nəticəsində həmin vaxt
sağ qalıb. Deməli, həmin dəhşətli
hadisələri bu günümüzə ən
tutarlı faktlar kimi gətirmək
üçün Böyük
Yaradan özü Rasim Sadıqovu düşmən güllələrindən
və sapı özümüzdən olan baltalardan qoruyub. Ona görə də biz dostlar Rasim Sadıqova
“Allahın ən sevimli bəndəsi” deyirik. Rasim Sadıqovun çəkdiyi həmin foto
şəkilləri və video lentləri biz dövlət səviyyəsində dünyaya, dünya mətbuatına
çıxara bilsək, elə qanlı 19-20 yanvar
faciəsilə o vaxtlar
Rusiyaya rəhbərlik edənləri dünyada rüsvay eləyib
beynəlxalq məhkəməyə verə bilərik. Həmin
dəhşətli faciəni də soyqırım hadisəsi kimi dünyada təsdiq
etdirə bilərik. Çünki Rasim Sadıqovda bununla
bağlı çoxlu tutarlı şəkil
və video lent var.
Ardı
var
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət
xadimi
Azad Azərbaycan.- 2023.- 6 aprel. -S.8.