Azalmasın poetik naxışları

 

(Əlizadə Əsədovun yaradıcılığına bir baxış)

 

Əlizadə Əsədov ismi çoxdan məşhurdur Azərbaycan ölkəsində, xüsusən Cənub bölgəsində. Tanıyırlar onu bir idman ustası kimi. Sevirlər onu Cənub bölgəsindəboksun atasıkimi. Boks arenasında şöhrətlidir SSRİ idman ustası, Beynəlxalq dərəcəli hakim kimi. Əzizdir-doğmadır yaşadığı Liman şəhərində bir müəllim kimi. Azərbaycan Respublikasının Əməkdar məşqçisidir. Azərbaycan RespublikasınınFəxri Bədən Tərbiyəsi İdman İşçisi”dir... Yetirmələri saysız-hesabsızdır. Soraqları, şöhrətləri dünyanı dolaşır. Qələbələri- zəfərlərilə ucaldırlar Vətənin başını. Qürurlandırırlar yurdun min-min vətəndaşını. Şan-şöhrətdirlər Cənub bölgəsinə, həm böyük Azərbaycana - erməni faşizmini diri-diri gəbərdən o basılmaz aslana.

Ömrünün 67- ci baharını yaşayır Əlizadə İmran oğlu. Yaşayır Vətənə tükənməz sevgi-məhəbbətlə dolu. Yaşayır çalışır bu gün Vətən naminə, Vətən eşqinə. Mənə bir həqiqət gün kimi aydındır ki, Əlizadənin müəllimliyi , idman fəaliyyəti yalnız Vətənə xidmətə hesablanıb. Elə Əlizadənin bu günlərdə “Elm təhsilnəşriyyatında buraxılan “VƏTƏN, SEVGİ ÜNVANIM” (Bakı-2022) kitabı da Vətənə xidmətin bir örnəyi, bir görküdür. Kitabda Əlizadənin şeirləri, hekayə, lətifə publisistik yazıları toplanmışdır. Kitabın ön sözündəRespublika həyatıqəzetinin baş redaktoru şair-publisist Xudaverdi Cavad çox düzgün olaraq qeyd edir ki, kitabda gedən şerlərin əksəriyyəti vətənpərvərlik hissindən qaynaqlanır. Müəllif oxucusunun əlindən tutaraq doğma Azərbaycanın seyrinə çıxır, səyahətdən doğan xoş təəssüratları misralara çevirir”. (səh.15) Ön söz müəllifinin dediklərini qəbul edərək onu da bildirirəm ki, oxucu yalnız seyrə çıxmır. Yalnız yurdun gözəlliklərindən zövq almır. O, eyni zamanda, bu ecazkar tanrısal təbiəti, müqəddəs torpaqlarımızı erməni canavarlarının caynaqlarından qoparan qəhrəman əsgər zabitlərimizin, əbədiyyət zirvəsinə ucalan şəhidlərimizin, bədəninin bu ya digər üzvünü itirən qazilərimizin qazandıqları möhtəşəm qələbədən qürurlanır bu müqəddəs savaşda dünyasını dəyişənlərə Allahdan rəhmət, sağ qalanlara min-min təşəkkürlər, uzun-uzun ömürlər diləyirlər. oxucu ürəyindən keçən bu minnətdarlıq duyğularını müəllif misralara-poerik səmimiyyəti açıq-aydın hiss edilən misralara hopduraraq sevimli oxuculara ərməğan göndərir:

 

Sıxaraq göz yaşını,

Uddun hərb savaşını.

Əzdin düşmən başını,

Azərbaycan əsgəri.

... Yatağın oldu səngər,

Etdin sinəni sipər.

Oldun qalib bir əsgər,

Azərbaycan əsgəri. (səh.33)

 

Əlizadənin poetik təqdimatında Azərbaycan əsgəridüşmənə qəbirqazandır”, “düşmən başını əzəndir”, “Qarabağın xilaskarıdır”, “düşmən aşına zəhər qatandır”, “qeyrət-şücaət simvoludur”.

 

Sən xalqa oğuldun,

Ölümündən doğuldun.

Qeyrət simvolu oldun,

Azərbaycan əsgəri (səh.33)

 

ƏlizadəninAzərbaycan oğullarışeri 8 bənddən ibarətdir. Janrına görə gəraylıdır, mərdlik qəhrəmanlığa, savaş çarpışlara çağıran gəraylı. Şair çalışıb ki, bu gəraylıdaVətənin ər oğullarınıonlara göstərdikləri qəhrəmanlıqlara xoş söz ifadələrlə vəsf etsin bu mərd oğulları bugünün sabahın gənclərinə parlaq nümunə, qəhrəmanlığın həqiqi varisləri kimi təqdim etsin. Şair Babəkin Şah İsmayılın adlarını yad etməklə oxucularına demək istəyir ki, bugünkü Azərbaycan oğulları öz ulu əcdadlarının qəhrəmanlıq ənənələri əsasında tərbiyə almışlar, bu ənənə üzərində boy atmışlar, ox kimi, nizə kimi düşmən gözlərinə batmışlar. Babək , Şah İsmayıl kimi xan-bəy babalardan qullar yox, Vətənin dərdinə yanan, Vətən üçün özünü odlara atan oğullar da böyüməlidir.

 

Şah İsmyıl nəvəsidir,

Ulu Babək varisidir.

Qəhrəmanlıq töhfəsidir

Vətənin ər oğulları. (səh.26)

 

Bugünkü ər-oğullar haqdan, qeyrətdən doğulublar. Eşqi-andı rüşvət, talan, saxtakarlıq, yalançılıq yox, eldir-obadır-yurddur. Beşiklərdə yatdılar. Döyüş-savaşlarda yaşa doldular. Çünki üstünddə boy atdıqları torpaq onlara haqsevər kişilərdən əmanətdir. Əmanətə isə xəyanət olmur:

 

Haqdan, qeyrətdən doğuldu,

Eşqi, andı Vətən oldu.

Döyüşlərdə yaşa doldu

Vətənin ər oğulları (səh.25)

 

Şeirdə adları keçən Pəncəli, Mübariz, Polad kimi Milli Qəhrəmanlarımız da Cavanşir, Babək, Cavadxan kimi igidlərimizin qəhrəmanlıq çeşməsindən su içənlərdir, ulu babaları kimi Vətən-yurd uğrunda şirin canından keçənlərdir:

 

Həzi kimi çox əzizdi,

Pəncəlidi, Mübarizdi.

Coşqun, dalğalı dənizdi

Vətənin ər oğulları.

İtirsə Poladını,

İtirməyib soyadını.

Yazdı tarixə adını

Vətənin ər oğulları (səh.25)

 

Əgər ƏlizadəVətənin ər oğulları”, “Azərbaycan əsgərişeirlərində ümuminin qəhrəmanlığından danışırsa, “General”, “Mübariz”, “Haqqın yaşayırşeirlərində artıq konkret hərbçilərdən: Milli Qəhrəmanlarımızdan: Polad Həşimovdan, Mübariz İbrahimovdan milli ordu quruculuğuna ilk qatılanlardan sayılan general-mayor Fikrət Seyfulla oğlu Məmmədovdan danışır. Şair hər üç eloğlunu hörmətlə yad edir, onların vətənə böyük məhəbbətlərindən danışır, qəhrəmanlıq şücaətlərindən söz açır. Şairin “General” şeri hərbi-vətənpərvərlik ruhlu qoşmadır. Burada sevinc kədər qol-boyundur. Şair sevinir ki, Qarabağ azaddır. İşğal libasını soyunub. Ay-ulduzlu üçboyalı bayraq dalğalanır Qarabağda. Şuşa, Kəlbəcər, Laçın, Zəngilandan duman çəkilib. Hər yanda toy-şadyanalıqdır. Kədərlidir şair. Kədərlidir ki, Polad Həşimovsuzdur, o, qələbə sevincini yaşamadı. Təsəllisi budur ki, Polad rəşadəti, Polad hünəri yadigar qalıb, mənəvi-əxlaqi miras qalıb xalqına.

 

Sən yoxsan, qələbə sevincimiz var,

Yoxluğundan doğan nisgilimiz var.

Sənlə qürur duyan ürəyimiz var

Göstərdin rəşadət, hünər, general! (səh.29)

 

“General” şerinin ümumi ruhundan belə qənaət hasil olur ki, el-oba, yurd-vətən uğrunda şəhid olanlar ölmürlər, əbədiyyətə qovuşur, xalqın hafizəsində canlı, diri qalırlar:

 

Şöhrətin, nüfuzun doğma elində,

Nəğmətək səslənir adın dilində.

Döyüşür silahın əsgər əlində,

Səni anır hər bir əsgər, general! (səh.30)

 

Azərbaycanın Milli Qəhrəmanı, təkbaşına azğın düşmənlərə qan udduran Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunub şairinMübarizşeri. Əlizadə bu şeirdə bir ordunun görə bilmədiyini Mübarizin təkbaşına gördüyü faktı ümumiləşdirir. Bu fakt fonunda Əlizadə Mübariz qəhrəmanlığının özünəxaslığını şerin nüvəsinə yeridərək fokuslaşdırır Mübariz cəsarəti, Mübariz fədakarlığı qarşısında oxucunu heyrətləndirir:

 

Qoydu ölümünü göz qabağında,

Düşmənlə üz-üzə durdu Mübariz.

Bir ordunun görə bilmədiyini,

Fəqət təkbaşına gördü Mübariz. (səh.36)

 

Dağ görkəmli, fil gövdəli Mübariz qorxu-hürkü bilmədi. Aldı avtomatı əlinə. Gözlənilməz hücumla getdi düşmən üstünə. Getdi ki, onlara göstərsin həddini. Kəssin yağıların əhədini. Biçsin töksün onları alaq otutək. Alsın onlardan yurdunun qisasını, yurdunun intiqamını. Ürəklərdə qoymasın xalqın-millətin arzu-kamını:

 

Gəldi düşmən ilə qabaq-qabağa,

Gəldi ki, göstərsin ona həddini.

Cəsədlər leş kimi düşdü torpağa,

Əymədi əyilməz çinar qəddini. (səh.35)

 

Şair Əlizadə təfərrüata varmadan Mübarizi yaddaqalan poetik ştrixlərlə əbədiyyət taxtına - Allah dərgahına qaldırır təsdiqləyir ki, Mübariz cismani ölümünü mənəvi diriliyinə qurban verdi, şəxsi həyatını xalqının ömrünə qatdı, ölümü ilə həm özünü, həm vətənini yaşatdı:

 

Saxladı özünə son gülləsini,

Ölümdən qorxmadan ölümə getdi.

Apardı özüylə yurd sevgisini,

Tanrı dərgahını ziyarət etdi. (səh.38)

 

Əlizadə ƏsədovHaqqın yaşayırşerində oxucuları daha bir şəhid eloğlumuzla - general-mayor Fikrət Məmmədovla görüşdürür. Fikrət Məmmədov əslən Lənkərandandır. Ziyalı ailəsində doğulub, şəhər 4 saylı orta məktəbinin məzunudur. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib Frunze adına Moskva Hərbi Akademiyada ali hərbi təhsilini başa vurub. Zaqafqaziya Hərbi Dairəsində bir sıra məsul vəzifələrdə çalışıb. Erməni təcavüzü başlayanda doğma Azərbaycana qayıdıb milli ordu quruculuğuna qatılıb. Lakin hərbi yaradıcılığının qaynar çağlarında general-mayor Fikrət Seyfulla oğlu Məmmədov 40 yaşında gözlənilmədən həyatı tərk edir... Əlizadənin şeri ömrü yarımçıq qırılmış bu gənc generalın həyatına bir ağı, bir mərsiyə, bir elegiyadır. Öz şerilə şair matəm saxlayır, göz yaşı tökür 40 yaşlı istedadlı hərbiçiyə, təəssüflənir ömrü-günü mübhəmliklərdə talan generala:

 

Qapını kəsəndə o azğln düşmən,

Ordunu yaratmaq zərurət oldu.

Vətən kömək umdu hər bir hərçidən,

İşğala qəlbində bir hiddət oldu. (səh.39)

 

(ardı var)

 

Musa Xanbabazadə

Azad Azərbaycan.- 2023.- 20 aprel. S. 6.