Qərbi Azərbaycanda
hayların
törətdikləri
qırğınlar, vəhşiliklər...
31 dekabr Dünya azərbaycanlılarının
həmrəyliyinə həsr olunur
Tarixin müxtəlif mərhələlərində, xüsusilə 1918-1920 ci illərdə ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklər, kütləvi qırğınlar, soyqırımlar haqqında danışılarkən, nədənsə daha çox Bakı ətrafı kəndlərdə, Quba, Şamaxı, Göyçay bölgələrində törədilən qırğınlardan söhbət açılıb, tarixçi alimlər bu istiqamətdə tədqiqatlar aparıblar. Bunun nəticəsidir ki, Qərbi Azərbaycanda, Naxçıvanda, Qarabağda xüsusilədə Zəngəzurda törətdikləri kütləvi qırğınlara az diqqət yetirilib, az qala unudulmaq dərəcəsinə gəlib çatmışdır. Bütün bunlar uzun illər məni narahat etmişdir. Əldə etdiyim məlumatları sistemə salmaq, hadisələrin canlı şahidləri olan el ağsaqqallarından eşitdiklərimi qələmə alaraq müasirlərimizə və gələcək nəsillərə çatdırmaq qərarına gəldim. Gəlin şahidlərin dediklərinə qulaq asaq:
İrəvanlı Həsən Məhərrəmoğlunun dediklərindən:
-Mən, 1902-ci ildə İrəvan şəhərində Yusif küçəsindəki 24 nömrəli evdə dünyaya gəlmişəm. Uşaqlıq və gənclik illərim orada keçib. İrəvan və onun ətrafı xalqımızın qədim yaşayış məskənlərindən biri idi. Hələ uşaqlıq illərindən eşitdiklərim və sonralar canlı şahidi olduğum hadisələr göstərir ki, İrandan, Turandan torpaqlarımıza köçürülmüş ermənilər üzdə üzümüzə gülüb, daldada da qaramızı yamanlayır, ayağımızın altını eşirdilər. Öz əlimizlə öz başımıza oyunlar açırdılar. "Böyük Ermənistan" yaratmaq xülyasına düşürdülər. Saxtakar erməni tarixçiləri öz uydurmaları ilə başları dumanlandırır, erməni xalqının qədimliyi baradə yalanları həqiqət kimi gözə soxmağa çalışırdılar. Yalanları bizim də beynimizə yeritmək istəyirdilər. İrəvan adının yaranması da, İrəvanqulu xanın adı ilə bağlıdır. İrəvan xanlığı Azərbaycanın 9 xanlığından biri olması və əhalisinin azəri-türklərindən olması da hamıya bəllidir" Bizə məlum olan budur ki, 1390-cı ildən 1828-ci ilə qədər, 500 ilə yaxın bir dövrdə Hökmdarlığı azəri türkləri idarə edib. Erməni akademiki Ohanesyanın yazdığına görə 18-ci əsrin sonunda İrəvan şəhərində yaşayan əhalinin 75% azərbaycanlılar, 25% isə erməni və qeyri millətlər olublar. 1828-ci illərdə İrandan, Turandan gələn erməniler "Özümə yer eləyim, gör sənə neyləyim" əməli ilə işə girişiblər. Onlar yerlərini möhkəmlətdikcə torpaq iddiaları da artırdı. Həsən müəllim sözünə davam elədi: "Bununla belə hələ əsrin əvvəlində şahidi olduğum bəzi məsələlərdən söhbət açmağı lazım bilirəm, 1920-ci ildə İrəvan şəhər adlansa da, böyük olmayan qəsəbəni xatırladırdı. Zəngibasar tərəftən şəhərin girəcəyində dəmir yol vağzalı vardı. Şəhərlə vağzal arasında 3-4 km məsafədə bütün günü sərnişin daşıyan faytonçuların səsi eşidilirdi. O vaxt şəhər Şərq libasını saxlayırdı. Şəhərdən Dəlmə və Sərdar bağlarına gedən yol Zəngi çayının üstündəki Şah Abbas körpüsündən keçirdi. Şəhərin məhəllələri belə adlanırdı: - Təpəbaşı, Hacı Novruzəli, Körpüqulağı, Dəmirli bulaq, Şirəçi, Müsəlmən çarşısı. Yadımdadır belə mahnı da oxuyurdular.
İrəvan çarşı bazar,
İçində qızlar gəzər.
O ərazidə 2 kavansara, 2 hamam, 10 məscid – Şah Abbas Məscidi,1770-i ildə inşa edilmiş Göy Məscid, Körpüqulağı Məscidi, Kümbəzli Məscid, Zilxan Məscidi, Şah Məscidi, Hüseynəli Məscidi, Novruzəlı Məscidi, Günlüklü Məscid, Təpəbaşı Məscidi əhaliya xidmət edirdi. Sadaladığım məhəllələrdə azərbaycanlılar yaşayırdılar. O ərazida erməniyə məxsus bir dənə də olsun yer-yurd adı yox idi. Erməni tarixçisi Hrand Mardrosyan yazırdı: -1829-cu ildən 1899-cu illərdə kənd və şəhərlərin adı 95% azərbaycanlı adı olub. İndi o abidələrdən Göy məscid qalır , qalanları ermənilər tərəfindən yer üzündən silinib. Bizə məlum olan budur ki, 1390-cı ildən 1828-ci ilə qədər, istər Xanlıq, istərsə əvvəllər 500 ilə yaxın bir dövrdə Hökmranlığı azəri türkləri idarə edib. Bu ərazilərin hamısı Qədim Azərbaycan torpaqlarıdır.
Rusiyada hər hansı bir çevriliş olan kimi ermənilər ondan yararlanmağa çalışmış və istədiklərinə nail olmuşlar.
XX əsrin əvvələrində də ermənilər azərbaycanlıları məhv etmək məqsədiylə nizami ordu yaratmağı qərara aldılar. 1917- ci ilin may ayında Rusiya müvəqqəti hökümətinin başçısı Kereniskinin yanına adam göndərib xahiş etdilər ki, rus ordusunda olan erməni əsgər və zabitlərinin buraxılmasına icazə versin. Həmin əsgər və zabitlərin köməyi ilə yerli ermənilərdən könüllülər toplayıb türklərə qarşı vuruşan ordu yaratsınlar. Onlar Kerenskindən həm də silah-sursat istədilər. Rusiya müvəqqəti hökümətinin başçısı ermənilərin bütün tələblərini yerinə yetirdi. Ürəklənən ermənilər 35 min nəfərlik qoşun korpusu yaratdı. General T. Nazaryan ümumi komandir təyin edildi. Korpus 3 diviziyaya bölündü. Diviziyalar arasında sahə bölgüsü aparıldı. Hansı diviziya hansı bölgələrdə yaşayan azərbaycanlıları məhv etmələri planlaşdırıldı. General Andranik Ozanyan Naxçıvan, Zəngəzuru və Qarabağın dağlıq hissəni, General Arışyan, Dro Qanayan, Nişde Qarağın (onlar 1905-ci il erməni-müsəlman davasında Qarakilsədə (Sisyanda) Qəzər Ştepanyansın dəstəsində azərbaycanlıllara divan tutublar). İrəvan, Irəvan ətrafı, Zəngibasar, Eçnuədzin, Qurudüzlü və Vedibasar rayonunun aran hissəsində, Qəmərli, Dərələyəz bölgələrində, Polkovnik Silikov Silikyan Göyçə gölü ətrafı bölgələrində yaşayan bütün azərbaycanlıları qırıb məhv etməli idi.
General Arışyanın, Dro Qanayanın diviziyası İrəvan və şəhərətrafı azərbaycanlıları qırmağa başladılar. Irəvanda yaşayan azərbaycanlıları ermənilər qapı-qapı düşüb, qapını sındırıb, kişiləri bir tərəfə, arvad-uşaqları o biri tərəfə aparırdılar. Kişiləri güllələyirdilər.
İrəvan sakini, uzun illər məsul vəzifələrdə çalışan, hazırda haqq dünyasına qovuşan Musa Vəlibəyovun dediklərindən:
-Kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacının başına çıxıb gizləndim. Gecə o başdan qaçdım Dəlmə bağlarına ən hündür bir ağaca çıxdım onun başında qaldım. Qadın-uşaqları çılpaqladıqdan sonra ermənilər onları azərbaycanlıların Dəlmə bağlarınadakı damlarına doldurub od vurub yandırdılar. Arvad-uşağın çığırtısı bütün dərəni götürürdü. Damlar yanır yanğın sönənə qədər inilti, sızıltı səsi kəsilmirdi. Bu qəddar diviziyanın əsgərləri İrəvan ətrafı rayonlarının- Vedibasar, Zəngibasar, Qəmərli, Qurtqulu kəndlərinin əhalisini qırmış, evləri yandırmışdılar. Qəmərli rayonunun 28 azərbaycanlı kəndi -Cigdamlı, Ağhəmzəli, Sabunçu, Məsimli, Cənnətli, Seyidlər kəndlərinin camahatını ermənilər qırmış və sonra damlara yığıb yandırmışdılar. Dro Qanyanın dəstəsi Axta rayonunun Təkərli, Dərəçiçək, Gümüş və başqa bir neçə kəndin camaatını qırmış, bir hissəsini dağlara qovmuş, onlar da dağda borana düşüb qırılmışdılar. Kənəkir rayonunun 40 kəndini elə qırmışdılar ki, bir nəfər də sağ qalmamışdı.
Hüseyn Abbasoğlunun söhbətindən:
-İrəvandakı qırğın zamanı şəhərin bütün adamları qaçıb Göy məscidə Allah evinə dolmuşdular. Uluxanlı kəndinin camaatını Dəvəli stansiyasından Azərbaycana gedən qatarın 4 vaqonuna doldurub elə orada da hamısını qırmışdılar. Qəbirstanlığa gələn meyidlər şişib qoxumuşdular. Onların basdırılmasını Iran konsulluğu təşkil etdi. Bu qırğınlar Dərələyəzin Paşalı, Kotanlı, Her-her, Bulaqlar, Daylaxlı, Çaykənd, Terp, Köşbək, Cul, Komur, Safoylu, Həsənkənd, Sallı, Qışlaq, Hors, Ələyəz, Qovşuq, Ayısəsi, Qabaqlı, Qaraçay, Alxan və başqa kəndlərinin əhalisini Dro və Qaragen Nijdehin adamları damlara doldurub yandırmışdılar. Onların var-yoxunu da talan etmişdilər.
-Dronun quldur dəstəsi Dərələyəz zonasında 50-dən çox azərbaycanlı kəndini viran qoymuş, əhalisini qırmış, damlara doldurub yandırmışdılar.
Göyçə mahalına hücum edən Silikov-Silikyan Basarkeçər rayonunun Çamırlı, Tikpilləkən, Alagöllər kəndlərinin əhalisini yandırıb qılıncdan keçirəndən sonra Zod kəndinin hörmətli ağsaqqalı Səməd ağadan erməni ordusu üçün 100 xalvar (bir xalvar 25 pud taxıl tutan ölçü qabıdır) taxıl tələb ediblər. Səməd ağa bu tələbi rədd edib. Ermənilər hücum edib kəndi yandırıb, əhalisini qırıblar. Səməd ağanı diri tutublar, gündə 2 dəfə çılpaq kürəyinə qaynar samovar bağlayıblar. Əslən Şamaxılı olan daşnak Ağacanyan Səməd ağanı aparıb çayın qırağında güllələyib və Kərkidaş kəndinin altında olan qayanın dibində basdırıb.
Basarkeçər rayonu, Çamırlı kənd sakini İmanqulu kişinin dediklərindən:
-1918-ci ildə qışın lap qarlı-boranlı günlərində 6 nəfər erməni gəlib dedilər ki, bütün kişiləri pristav çağırır. Ev-ev bütün kişiləri yığdılar. Mən bizim evin yanında olan zağada gizləndim. Aparılan kişilərdən xəbər çıxmadı. Sonra ermənilər gəlib qadınları-uşaqları damlara doldurub yandırdılar. Basarkeçər rayonunda 40-dan çox azərbaycanlı kəndi var idi. Silikov-Silikyanın quldur dəstəsi Çamırlı, Mollalı, yuxarı Zağalı, Qızılvəng kəndlərini talayıb, əhalisini qırıb, qadın, uşaq, qoca, cavan hamısını damlara doldurub yandırmışdılar. Basarkeçər rayonunun Atdaşı, Yanıx, Xartdıq, Qızıl Xaraba kəndlərinin heç yana çıxış yolu tapmayan əhalisi Gözəldərə dağına üz tutdular hamısı da dağda borana düşüb qırıldılar. Daşnak Silikyan əsgərlərinə xüsusi tapşırırdı:- Patronlara qənaət üçün döyün, qovun dağlara qoy dağlarda qırılsınlar meyidlərini qurd-quş yesin.
Göyçə gölü ətrafında olan kəndlərin əhalisini, Bəyazıt rayonunun əhalisini qışın oğlan çağında qayıqlara doldurub, gölün ortasında gölə töküb qırmışdılar. Həmin qırğınlarda iştirak edən A. Papyan ermənilərə fəxrlə deyirmiş:
-Mən Basarkeçərdə ağına-bozuna baxmadan tatarları, azərbaycanlıları qırıb tökdüm, hərdən adamın gülləyə heyifi gəlirdi bu köpəklərə qarşı ən etibarlı vasitə döyüşdən sonra sağ qalanların hamısını yığıb quyuya doldurub üstlərindən ağır daşlar tökdürürdüm. Onlardan heç biri indi sağ qalmaz.
1918-ci ildə Qərbi Azərbaycanın 575 min azərbaycanlı əhalisindən 1920-ci ilin noyabrında burada ancaq 12min azərbaycanlı qalmışdı. 563 min soydaşlarımız erməni vəhşiləri tərəfindən məhv edilmişdi.
Nəhayət “Daşnaksütyun” partiyasının tapşırığı ilə Andronik Tarosoviç Ozanyan Naxçıvanı, Zəngəzuru və Qarabağı ələ keçirməli idi. Nəticədə onlar Bərdədə görüşməli idilər.
Andronik Tarosoviç Ozanyan kimdir?
Elə birbaşa quldurbaşı, qəddar, vəhşi, amansız desəm yanılmaram.
O, 1865-ci ildə Türkiyənin Qarahisar yaxınlığında Şahtah qəzasında dünyaya gəlib. Gənc yaşlarında eyş-işrət içərisində yaşayıb hələ 16 yaşında quldurluğa və terrorçuluğa meyilli olub. Öz xasiyyətində dığaları başına yığıb küllü miqdarda mal-qoyun aparıb, insanları qətlə yetirib və onlar arasında ədavəti qızışdırıb. Dişini Avropa dövlətlərinə, türk dünyasına qıcayan, ələxsus Qara dənizə göz dikən rus çarı özgə torpaqlarda gözü olan quldur dəstəsinə quldur, daşnak lideri Andronik Tarosoviç Ozanyanı da qoşub. Özündən güclüyə quyruq bulayan Andronik özünü fəal göstərdiyi üçün çar hökuməti bildirir ki, Andronik kimi oğulları olan xalqa hər şey, hətta “Böyük Ermənistan”ın gələcək hökümdarı olmaq da halaldır. Deməli, erməni quldurları rus çarına sədaqətlə qulluq edəcək olsa, əvəzində Türkiyənin şərqi-Ərzurum, Sarıqazamış, Qars və Vangölü, Azərbaycanın qərbi-Uluxanlı, Vedibasar, Qəmərli, Dərələyəz, Zəngəzur bölgələrini Ermənistana birləşdirib “Böyük Ermənistan” yaradacaq və Andronik Tarosoviç Ozanyan da oranın hökmdarı olacaq.
Lakin həm erməni quldurlarının, həm də çarın “Böyük Ermənistan” yaratmaq arzuları gözlərində qaldı. Avropa dövlətlərinin xüsusi ilə də İngiltərənin işə qarışması nəticəsində Əbdülhəmid bu fürsəti əldən vermədən Türkiyə hüdudlarında fəaliyyət göstərən bütün erməni quldur dəstələrini darmadağın edir, Andronikin qulağını kəsir. Amma iki erməni fahişənin fəallığı və erməni qayğısı ilə Andronik türklərin əlindən qaçıb qurtarır. (Babam Kərbalayı İsgəndər danışırdı).
Türk əsgərləri erməni
qızlarını özlərinə
aşiq etmişlər. Həmin fahişələr əsgərlərin
danışığından mətləbi tuturlar, Andronikin yerini öyrənirlər və
qaravulçuları ələ almaqla, yumşaq yerlərini
onların qucağına qoymaqla, Tayqulağı azad edirlər.
Andronik əvvəl
Bolqarıstana qaçır, 1912-14-cü illərdə Balkan
müharibəsində quldurluq edərək bir müddər
silahsız, dinc türk əhalisinə divan tutur. 1914-15-ci ildə
Tiflisə gəlir, türklərə qarşı vuruşmaq
niyyətində olduğunu bildirir. Həmin vaxt ruslara Andronik kimi quldur hava və su kimi
lazım idi. Türkiyə ərazisində erməni
könüllərindən ibarət rusların
hazırladıqları 4 korpusdan birini quldurbaşı Andronik
Ozanyana həvalə edirlər. Erməni könüllüləri
rus ordusu ilə çiyin-çiyinə Türkiyənin Van,
Qars, Sarıqamış və Ərzurumda vuruşur və
türk əhalisinə divan tuturlar. Lakin bu savaşda da məğlubiyyətə
uğrayan Andronik 1917-ci ildə çar hökümətinin
devrildiyini general Baratovun geri
çəkildiyini görüb rusların
silah-sürsatlarını oğurlayıb 15 min qoşunla
qaçır. O, İranın Xoy şəhərini, Cənubi
Azərbaycanı, Culfa şəhərini keçərək
Naxçıvana basqın edir. S. Şaumyanlaəlaqı
yaradan daşnak Andronik “Daşnaksütyun” partiyasının
“Böyük Ermənistan” yaratmaq planı ilə tanış
olur. O, Naxçıvana soxulduqdan sonra elan edir ki, “Məni
Naxçıvana rəhbər təyin ediblər” Andronik
Stepan Şaumyanın göstərişi
ilə Naxçıvan əhalisindən bütün
silahları yığır.
Onun bu hərəkətləri, fəallığı S.
Şaumyana xoş tədir bağışlayır və
Androniki “xalq qəhrəmanı” adlandırır. O,
bolşevik lideri Vladimir
İliç Leninə belə
bir teleqram vurur:
“AndronikOzanyan
Naxçıvanda Şura hökümətini qurur. Ona əlavə
kömək lazımdır”.
Teleqram V. İ. Leninə
çatar-çatmaz daşnak “əlavə
köməyi” təşkil edir.
1918-ci
ilin mart ayının 10-da Qərbi Azərbaycanın Ləmbəli bölgəsindən
olan milis (polis) işçisi Mustafa
Əfəndiyev İrəvandan
Naxçıvana gedən
qatarda yoxlama apararkən xeyli silah-sursat-60 plemyot,
saysız-hesabsız patron aşkar edir. Burada atışma başlayır,
ölən və yaralanan olur. Mustafa
Əfəndiyev həbs olunur və onun taleyi bu gün də
məlum deyil. Şaumyan
daşnağın qeyd etdiyi
“Əlavə kömək” azərbaycanlıları
qırmaq üçün Andronikə göndərilən
silah-sursat idi. Şaumyana beli bağlı olan quldur Andronik
öz qoşunu ilə Çənnəb, Aza, Yayıcı,
Camaldin, Əbrəqunis, Ərəzin,
Çeşməbasar kəndlərini talan edir, od vurub
yandırır, əhali dədə-baba yurdundan didərgin
düşür. Evlər, məscidlər, örüşlər,
yamaclar, zəmilər odlara qalanırdı.
Naxçıvan
Muxtar Respublikasının Əbrəqunis kəndində yaşayan İslam
Qurbanovun 1965- ci ildə mənə
danışdıqlarından:
-Kəndlərimizə
basqın edən erməni quldurları dinc əhalimizi
qılıncdan keçirir, qadınların bətninə nizə
soxurdular. Bir az üzdə olan adamların, el qəhrəmanlarının
boyunlarını vurur, başlarını dərə
aşağı diyirləyirdilər. Süleyman adlı Ordubad
rayonun Tivi kəndindən bir qoçaq adam əmələ gəlmişdi.
Adına Qaçaq Süleyman deyirdilər. Qaçaq
Süleyman qorxu bilməz
oğullardan 25 nəfər
başına yığıb dəstə düzəltmişdi.
Onlar ermənilərin kəndlərə soxulan quldurlarına
divan tutur, silahlarını ələ keçirirdi. Qaçaq
Süleymanın dəstəsi Andronikin qoşununa xəlvəti
zərbələr endirir, say-seçmə adamlarını dənləyirdi.
Qaçaq Süleymanın dəstəsi Tivi
dağlarının ətəklərində Bülöv kəndindəki
Babək qalasında qalırdı. Androniki təqib edən Əbdülhəmidin
əsgərləri Xoy Maku istiqaməti ilə irəliləyərək
Ərəblər, Şahtaxtı ərazisindən Araz
çayını keçib Düzdağ təpələrindən
daşnakları top atəşinə tuturlar. Mərmilərdən
biri düz Andronikin qərargahının yanına
düşür. Türk qoşunun zərbəsini
görmüş Andronik öz əsgərlərinə qaçmaq
komandası verir. O, çox vaxt erməni dilində
danışırmış. “Ara, Şudarapaxenq,
torkeriyeqab” (Ədə, tez olun
qaçaq, türklər gəldi.)
O, ildırım sürəti ilə dağıara
çəkilir.
Bu quldur dəstə
Sisiyan mahalına çəkilərkən Ordubad rayonunun
dağ kəndlərindən keçməli olur. Tivi, Bist, Ələhi,
Nəsiraba, Bülöv kəndlərindən keçib
Qıpıcıqdan Zəngəzura aşmağa tələsən
quldur Tividə bir tələ qurur. O, öyrənir ki, Tividə
Qaçaq Süleymanın “dostu” Hayrik adlı erməni
yaşayır. Andronik Hayriki ələ alır. Bir atalar
sözü var: “İt itin
ayağını, bastamaz. O it, o itin dayısı, haya gedər
hamısı!” məsələni elə qurur ki, Hayrik
qonaqlıq təşkil etməli və Süleymanı qonaq
çağırmalı olur. Həmişə bizim el qəhrəmanlarını
Qaçaq Nəbini, Babəki, Qaçaq Qardaşxanı,
Keçili Qaçaq Təhməzi xəyanətlə
güdaza verən erməni olmayıbmı? Indi də belə
deyilmi?
Yeni-yeni
böyük cinayətləri bu gün törədən
anası erməni milliyətindən olan “qan
qardaşlarımız” deyilmi? Nə isə Hayrikin vasitəsiylə Qaçaq
Süleyman başının dəstəsi ilə Andronikin
toruna düşür. Andronikin göstərişi ilə
Süleyman və onun dəstəsinin boynu vurulur başları
dərənin dibinə yuvarlanır. Andronikin quldur dəstəsi
Naxçıvanı tərk edərkən Naxçıvanda
11 kəndi, Ordubadda 9 kəndi, Culfada 3 kəndi viran qoymuş,
Sirap dərəsində sığınacaq tapan 20 min əhalini
cinsinə, yaşına fərqinə varmadan güllələmiş,
Yayıcı kəndin 2500 nəfər əhalisini
qılıncdan keçırıb, meyidləri Araz
çayına atmışlar. Ümumiyyətlə,
Naxçıvan bölgəsində Süleyman kimi Kəblalı
xan, Cəfərqulu xanın oğlu, Kəngərli,
Salmanın oğlanları, Əliciqusun oğlu Həsən,
hambal Hüseynin oğlanları kimi el qəhrəmanları
olmasaydı, türk ordusu gəlməsəydi daha böyük
dəhşətli faciələr olardı:
Mirzə Cabbar Baxçabanın dediklərindən:
-“1918-ci
ildə daşnaklar İrəvan vilayətində 211 azərbaycanlı
kəndini dağıdıb, 300 mindən çox insanı qətlə
yetirmişlər. Fəlakətlə, ölümlə üzləşən
azərbaycanlılar ev-eşiklərini atıb xiyabanlara,
dağlara qaçmışdılar. Mən Noraşen kəndində
ailə üzvlərimlə bir tövlədə bir köynəkdə,
alt paltarında qalırdım. Bu kənd İrəvandan
qaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həmin
vaxt daşnaklar Naxçıvanı viran etmişdilər.
Andronikin göstərişi ilə adamların diri-diri dərisini
soyurdular. Kütləvi sürətdə əhalini
qırırdılar. İran azərbaycanlıları
Naxçıvana köməyə gəlmək istəyirdilər.
Lakin İran dövləti onları Naxçıvana getməyə
qoymur, qabaqlarını alırdı”.
Andronik Ozanyan
Naxçıvandan Zəngəzura
aşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli
Təhməzin dəstəsi ilə toqquşur, xeyli itki verir. Silah yüklü
üç at dəli Təhməzin əlinə keçir. Həmin
silahlarla onun oğlu Quşdan 30-cu illərə qədər
erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı
ömrünün sonuna kimi Şahbuz dağlarında
qaçaqlıq edib.
Andronik Zəngəzura
aşandan sonra azərbaycanlılar yaşayan kəndlərin əhalisinə
divan tutur. Kəndlərin yaşlı adamları
danışırdılar- Bazarçay boyunca yerləşən
kəndləri Ərikli, Sükar, Pulkənd,
Şükarlı, Məliklər, Saybalı, Əlili,
Zabazadır, Hortuyüz, Dulus, Ağdü, Şam,
Pürüllü, İrmis, Bəhluli, Dərəkənd,
Qalaçıq, Urud, Dərəbəs, Anabat,
Şükürbəyli, Çınqıllı kəndlərini
xaraba qoyub əhalini qırırlar.
Ardı
var
Əvəz
MAHMUD LƏLƏDAĞ,
şair,
dramaturq, publisist,
Sumqayıt
Dövlət Universitetinin müəllimi,
28.11.2023-cü
il
Azad
Azərbaycan.- 2023.- 21 dekabr, ¹42.- S.6.